#AUTUMN
27.09.18

28-29-30 sentyabr üçün 7 məşğuliyyət

Afişa, Yay
28-29-30 sentyabr üçün 7 məşğuliyyət

Sentyabrı əyləncəli və zövqlə başa vururuq:

Pivə içirik...

  • 28 və 29 sentyabrda JW Marriott Absheron Baku otelində yerləşən Fireworks Urban Kitchenda alman pivələri, Bavariya sosisləri, şnitsel, qulyaş və almalı ştrudellərlə canlı musiqi altında Oktoberfesti qeyd edəcəklər. Bir nəfər üçün qiymət: 55 manat

Harada: Fireworks Urban Kitchen

Nə vaxt: 28-29 sentyabr, 19:00-23:00

Qiymət: 55 manat

...Və şərab:

  • Əgər siz şəraba üstünlük verirsinizsə, 28 sentyabr JW Marriott Absheron Baku otelində OroNero Bar & Ristoranteyə gedin, burada cəmi 59 manata limitsiz bufet, şərablar və canlı musiqi təklif edirlər.

Harada: OroNero Bar & Ristorante 

Nə vaxt: 28 sentyabr, 19:00-22:00

Qiymət: 59 manat

Piknikə gedirik:

  • 28 sentyabr Atletlər kəndinin arxasında Böyükşor gölünə piknikə gedirik. Özünüzlə səbətdə yemək üçün dadlı bir şeylər, ədyal və ya xalça götürün və bizə qoşulun. Piknikə yarım saat tez gəlin ki, yaxşı yer tuta biləsiniz.

Harada: Böyükşor gölü bulvarı 

Nə vaxt: 28 sentyabr, 18:30-21:00

İnfo: +994 12 4447444, +994 70 408 0108

Film izləyirik:

  • 28 sentyabrda film sevənləri aktyor və rejissor Bəhram Bağırzadə ilə birlikdə Fransis Veberin "OYUNCAQ" filminə gözləyirlər. Film fransızca ingilis dilində subtitrli olacaq.

Harada: Landmark, Nizami küç.90A

Nə vaxt: 28 sentyabr, 19:30

Qiymət: Giriş sərbəstdir

Fransızca öyrənirik:

  • Təkcə fransız filmlərinə deyil, fransızcanı da çox bəyənirsinizsə, 29 sentyabrda Fransız İnstitutunda praktikaya gəlin. İrəli kurs: 11:00-dan, başlanğıc kursu: 13:00-dan.

Harada: Fizuli küç.67

Nə vaxt: 29 sentyabr, 11:00 və 13:00

Qiymət: 5 manat

Yaradırıq, öyrənirik, seyr edirik:

  • 28 sentyabr Azərbaycan xalq rəssamı Böyükağa Mirzəzadənin həyat və yaradıcılığını onun qızının sənət tarixçisinin dilindən öyrənirik.

Harada: Yarat! Bayıl, Dövlət Bayraq Meydanı 

Nə vaxt: 28 sentyabr, 19:00

Qiymət: Giriş sərbəstdir

  • 29 sentyabr Yarata gedirik. Əgər siz çoxdan rəssamların necə işlədiyini bilmək istəyirdinizsə, bu sizin üçün yaradıcı insanlarla münasibət qurmaq üçün bir şansdır. Tam proqram burada.

Harada: YARAT Studios, Bakı, Akademik Həsən Əliyev küç.1061

Nə vaxt: 29 sentyabr, 12:00-19:00

Qiymət: Giriş sərbəstdir

  • 29 sentyabrda iştirakçıların DanceAbility Azerbaijan çərçivəsində üç həftə öyrəndikləri inklüziv rəqsi izləyəcəyik.

Harada: Daş Salnamə Muzeyi

Nə vaxt: 29 sentyabr, 17:15

  • 30 sentyabrda YARAT uşaqları böyük bir bayrama toplayır. Tam proqram burada. Pulsuz biletlər burada.

Harada: YARAT Mərkəzi və Rəsm Muzeyi

Nə vaxt: 30 sentyabr, 09:00-17:00

Qiymət: Giriş pulsuz biletlərlə

Təqdimata baxırıq:

  • 29 sentyabr İsmayil İmanın qaçqınların çətin yolları haqda yazdığı LİMBO pyesinə baxırıq. Bu nömrədə qeydiyyat: +994 55 396 0291

Harada: Xalça Muzeyi 

Nə vaxt: 29 sentyabr, 19:00

Qiymət: Qeydiyyatdan keçən hər kəs üçün giriş sərbəstdir

  • 30 sentyabr Marionet teatrında uşaqlarla birlikdə Arşın mal alan tamaşasını izləyirik. Bundan əlavə sizi teatr üzrə ekskursiya, tematik master-klass, furşet və fotosessiya gözləyir. Yaş: 9+

Harada: Marionet teatrı

Nə vaxt: 30 sentyabr, 14:00

Qiymət: 25 manat (uşaq)/ 20 manat (böyük)

Yazılma və məlumat: +994 77 2190707

20-21-22-23 sentyabr üçün 8 məşğuliyyət

20-21-22-23 sentyabr üçün 8 məşğuliyyət

Oxşar paylaşımlar

Top