#WINTER
30.08.18

31 avqust, 1-2 sentyabr üçün 7 məşğuliyyət

Afişa
31 avqust, 1-2 sentyabr üçün 7 məşğuliyyət

Dərslər başlayana qədər yayı yola salmaq, təəsüratlar toplamaq və dostlarla görüşmək lazımdır. Baku Afisha sizin üçün hərəkət planı hazırlayıb:

Fransız cüməsi:

  • 31 avqust Fransız institutu kino sevənləri Jan-Pyer Malvilin "Qırmızı dairə" kinosuna baxmağa və kinorejissor Teymur Haciyevlə müzakirə etməyə dəvət edir. Filmi fransız dilində ingiliscə subtitrlarla göstərəcəklər.

Harada: Landmark, Nizami küç.90A

Nə vaxt: 31 avqust, 19:30

Qiymət: Giriş sərbəstdir

Bir axşamlıq Hindistanda

  • 31 avqust insanın fiziki, emosional və mənəvi vəziyyətinin balanslaşması üçün unikal meditasiya - Saxaca yoqa ilə məşğul olacaq, hind geyimlərində şəkillər çəkdirəcək, mehendi seçəcək, bxacanı dinləyəcək və hind rəqsləri üzrə master-klassda iştirak edəcəksiniz. Giriş burada mütləq qeydiyyatla sərbəstdir.

Harada: Yoga Shahi, C.Cabbarlı küç.609

Nə vaxt: 31 avqust, 18:00-22:00

Necə: Giriş qeydiyyatla sərbəstdir

Çin döyüşü

  • Döyüşə rəqsdən daha çox üstünlük verənlər üçün 1 sentyabrda 300 illik tarixi olan çin döyüş sənəti Vin-Çun üzrə açıq dərs keçiriləcək. Vin-çunun tərzi cinsindən və yaşından asılı olmayaraq hamıya uyğundur, ona görə də burada yazılın və gəlin.

Harada: Yoga Shahi, C.Cabbarlı küç.609

Nə vaxt: 1 sentyabr, 12:00-13:30

Necə: Giriş qeydiyyatla sərbəstdir

Kitab sevənlər üçün cənnət

  • 1 sentyabrdan Baku Book Center oxumağı sevənlər üçün cənnət öz qapılarını açacaq. Diqqət, kitab mərkəzi - oradan çıxmaq istəməyəcəyiniz bir kitabxanadır. Mərkəzdə 10 min ədəd kitab: bir neçə dildə elmi, həmçinin bədii ədəbiyyat var. Burada gözü zəif olanlar da kitab oxuya bilərlər. Əgər kitabı evə aparmaq istəyirsinizə - elə oradaca almaq olar. Tezliklə isə mərkəzin saytında istədiyiniz kitabı onlayn sifariş edə bilərsiniz.

Harada: Ü.Hacıbəyov və Qoqol küçələrinin kəsişməsi

Nə vaxt: 1 sentyabrdan 

Atlara qonaq

  • 2 sentyabr uşaqları götürün və Cıdır atçılıq hippodromuna atlara qonaq gedin. Uşaqlar (iki yaşdan yuxarı) interaktiv göstərişləri dinləyəcək, atlara qulluq edəcək və gənc atçı testi keçəcəklər. Yerlər məhduddur, bu nömrədə öncədən yazılın: +994 55 716 36 63

Harada: Cıdır Atçılıq, Nəcəf Nərimanov küç.36A

Nə vaxt: 2 sentyabr, 11:00-13:00

Necə: Telefonla qeydiyyat: +994 55 716 36 63

Qiymət: Bir uşaq üçün 15 manat

Yapon axşamı:

  • Bazar günü dostlarınızı yapon sayağı axşam əyləncəsinə çağırın. CHİNAR restoranının baş aşpazı Takuma Seki ilə böyük kompaniya üçün - şabu-şabu yeməyi hazırlayın (vurğu "a" hərfində). Reseptə baxın və ya dostlarınızla CHİNAR-a gəlin.

Rəsm çəkmək

  • Sentyabrda Yarat "Özünü tanı" layihəsi çərçivəsində rəsm çəkməyi arzulayan böyüklər üçün master klass keçirəcək. Professional rəssam-müəllimlər sizə özünüzü tanımağa kömək edəcək. Dərslər həm yeni başlayanlar, həm də bildiklərini artırmaq istəyənlər üçün olacaq. Yerlər məhduddur, ona görə də gecikdirmədən bu həftə sonu 5 sentyabrdakı master-klassa yazılmağı tövsiyə edirik. Qeydiyyat çərşənbə axşamından bazar gününə kimi 12:00-dan 20:00-dək bu nömrədə mümkündür: +994 50 251 4115

Harada: Ünvan: ХХ-ХХI əsr Azərbaycan Rəssamlıq Muzeyi (Bayıl, Dövlət Bayraq Meydanı)

Nə vaxt: 5, 19, 26, 19:00-21:00

Necə: Qeydiyyatla: +994 50 251 4116

7-8-9 sentyabr üçün 4 məşğuliyyət

7-8-9 sentyabr üçün 4 məşğuliyyət

Növbəti paylaşım
Top