#AUTUMN
04.10.18

5-6-7 oktyabr üçün 7 məşğuliyyət

Afişa
5-6-7 oktyabr üçün 7 məşğuliyyət

Bu həftə sonları nə ilə məşğul olacağınızı bilirsiniz? Biz sizin üçün hər şeyi fikirləşmişik, sizə də seçmək qalıb:

Səhərədək rəqs edirik:

  • Sintetik klubda proqressiv cümə gözlənilir. 5 oktyabr 00:00-dan burada Bunbeck, Alioth və Estgamin çıxış edəcəklər. 21+, mütləq şəxsiyyət vəsiqənizi özünüzlə götürün.

Harada: Sintetik, S.Vurğun küç.106

Nə vaxt: 5 oktyabr, 00:00

Qiymət: 5 manat

  • 6 oktyabrda treklərini Solomunun ifa etdiyi DJ Space Motion ilə birlikdə Buddha Barda yeni sezonu açırıq. Serb dj techno, progressive, tech və deep house miksləri ilə çox əyləndirəcək. Face control/Dress control olduğunu da unutmayın.

Harada: Buddha Bar, Neftçilər pr.99

Nə vaxt: 6 oktyabr, 23:00

Necə: Giriş sərbəstdir

Ulduzla şam edirik:

  • 5 oktyabr Vinyl-də musiqiçi Eldar Qasımovla söhbət edir və xüsusi menyunu dadırıq. Yerlər məhduddur! Bu nömrədə masa sifariş edin: +995559397076

Harada: Vinyl, Ü.Hacibəyov küç.62

Nə vaxt: 5 oktyabr, 20:00

Qiymət: 80 manat

Payıza hazırlaşırıq:

  • Oktyabrın başlanğıcı - payızın başladığını qəbul eləməyin vaxtıdır. Ən yaxşısı isə bunu 6 oktyabr Passage 1901-də Handicraft Bazaar "Hello Autumn" yarmarkasında edin. Özünüz və ya eviniz üçün demək olar ki, 40 əli işi masterinin əl işlərini ala bilərsiniz. 

Harada: Passage 1901, N.Rəfibəyli küç.20

Nə vaxt: 6 oktyabr, 10:00-20:00

Qiymət: Giriş sərbəstdir

Yaponiyaya uçuruq:

  • 6 oktyabr bütün yapon mədəniyyətini sevənləri ADA Universitetində Yukata Show milli geyim xeyriyyə şousunda gözləyirlər. Sizi mahnılar, rəqslər, rəngarəng yukata və kimonolar gözləyir. Mütləq öncədən bilet alın: + 994 55 716 74 33

Harada: ADA University, Ağaoğlu küç.11

Nə vaxt: 6 oktyabr, 15:00

Qiymət: 8 manat

Dostlar axtarırıq:

  • Əgər nəyinsə çatışmadığını hiss edirsinizsə, ola bilər ki, əsl dostunuz yoxdur! 6-7 oktyabr Pullman Baku "Dost axtarılır" sərgisində dördayaqlı dost tapmaq olar. 

Harada: Pullman Baku, M.Müşviq küç.1

Nə vaxt: 6-7 oktyabr, 12:00-18:00

Qiymət: Giriş sərbəstdir

Kokteyl içirik:

  • Baku Afisha redaksiyası artıq sizin üçün paytaxtın bar və restoranlarında 6 payız kokteyli seçib, sizə isə onların dadına baxmaq qalır. Tam siyahı burada.

Gözəlliyi seyr edirik:

  • Kokteyl içmək istəmirsinizsə, 7 oktyabrda ROOM BAKU-ya şərab içməyə və rəssam Ülviyyə Nəsibin işlərini izləməyə gedin. Sərgi bir ay davam edəcək, sevdiyiniz şəkli isə özünüzlə evə apara bilərsiniz - hamısı satışa qoyulacaq.

Harada: ROOM Baku, T.Əliyarbəyov küç.10

Nə vaxt: 7 oktyabr, 19:00

Qiymət: Giriş sərbəstdir

Top