07.03.19

8-9-10 mart üçün 7 məşğuliyyət

Afişa
8-9-10 mart üçün 7 məşğuliyyət

İllüstrasiya: Jessica Strelioff

Cümə günü tamamilə qadınlar gününə həsr olunub - onu necə maraqlı keçirmək haqda biz artıq burada danışmışdıq. Oxuyun  yadda saxlayın. Biz isə qalan həftə sonları üçün planlar haqqında danışaq:

  • Nə vaxt: 9 mart
  • Harada: Marionet teatrı
  • Necə: Biletləri buradan almaq olar

Əgər siz hələ də "Leyli və Məcnun" muğam operasını görməmisinizsə, elə indi 9 marta bilet almağınızı tövsiyə edirik. Bu tamaşaya hazırlanmaq 4 ilə yaxın vaxt aldı və bütün kukla və dekorasiyalar əl ilə düzəldildi.

  • Nə vaxt: 9 mart
  • Harada: iN
  • Necə: Bilet qiyməti girişdə - 10 manat

Artıq üçüncü dəfədir ki, gürcü dj NEWA Bakıya qonaq olur. Musiqiçidən nə gözləyəcəyinizi onun soundcloud profili sizə deyəcək, biz isə bildirək ki, qaranlıq, hipnoz edən texnonu sevənlər onun musiqisini mütləq dəyərləndirəcəklər.

  • Nə vaxt: 9 mart
  • Harada: Şirvan milli parkı
  • Necə: Tur qiyməti - 40 manat

Dəfələrlə - coğrafiya atlaslarında, aydınlıq havada ağaclarda gördüyümüz quşlar haqqında əslində nə bilirik? Birdwatching Azerbaijan qanadlıların həyatı ilə maraqlananları Şirvan milii parkı turuna gözləyir. Tur boyunca iştirakçılar binokl və teleskoplardan istifadə edəcək, qoruqda yaşayan quşlar haqqında bir çox yeni şeylər öyrənəcəklər.

  • Nə vaxt: 9 mart 
  • Harada: Quba rayonu kəndləri
  • Necə: Turun qiyməti - 140 manat

Bu şənbə Camping Azerbaijan kemperləri Quba kəndləri Zeyid, Buduk, Budukqazma, Dağüstü və Qırızdəhnəyə iki günlük eko-tur planlayırlar. İlk gün onlar Ərgüc kəndi xarabalıqlarına da baş çəkəcəklər.

  • Nə vaxt: 9 mart
  • Harada: Görüş yeri - "İçərişəhər" metro stansiyası
  • Necə: Biletləri www.bakusightseeing.com saytından almaq olar

Beynəlxalq Qadınlar günü şərəfinə Bakusightseeing Azərbaycanın seçilmiş qadınları haqda bayram turu elan etdi. İnteraktiv gəzinti iştirakçıları öz ölkələrinin təkrarolunmaz qadınlarının həyatını, onların keçdikləri çətinliklər və çatdıqları zirvələr haqda öyrənəcəklər.

  • Nə vaxt: 10 mart
  • Harada: Asəf Zeynallı, 16
  • Necə: Böyüklər üçün qiymət - 20 manat, uşaqlar üçün - 15 manat

Qonçar incəsənəti - əsl sehir və möcüzədir. Tarana's Small Gallery and Café-də ailəvi master-klassa yazılıb, bunu anlaya bilərsiniz.

Seçilmiş qadınlar haqqında 8 kitab

Seçilmiş qadınlar haqqında 8 kitab

İpəklə toxunanlar: Bakıda kəlağayını harada axtaraq

İpəklə toxunanlar: Bakıda kəlağayını harada axtaraq

Növbəti paylaşım
Top