06.03.19

Seçilmiş qadınlar haqqında 8 kitab

İnsanlar, İlham
Seçilmiş qadınlar haqqında 8 kitab

İllüstrasiya: Danish Hasan

Beynəlxalq Qadınlar günü - təkcə bahar, gözəllik və zəriflik bayramı deyil, həm də seçilmiş qadınları yada salmaq, hətta onlar haqqında oxumaq üçün bir fürsətdir. Baku Afisha sizin üçün tarixdə iz buraxan, seçilmiş qadınlar haqqında 8 kitabdan ibarət siyahı hazırlayıb:

  • "Astrid Lindqren. Həyat elə bugündür" // Yens Andersen

Bu kitab - görkəmli isveç nağılçısının ölümündən 40 il sonra işıq üzü görən ilk bioqrafiyasıdır. Kitab sizə kiçik bir şəhərdə ilk dəfə şalvar və pencək geyinməyə cəsarət edən, saçlarını qısa kəsdirən, yalnız ana olan və dünyaya sevimli qəhrəmanlar hədiyyə edib, uşaqları Skandinaviya ruhu ilə tanış edən cəsur Astrid haqda danışacaq. 

  • "Frida Kalo" // Heyden Errera

Heyden Erreranın "Frida Kalo" kitabı rəssamın şəxsi günlüyündən əlavələr olan yaxşı yazılmış bir bioqrafiyadır. İlk növbədə kitab bizim "Frida kimdir" sualımıza təkcə onun yaradıcılıq həyatı deyil, həm də hiss və duyğularını da mühakimə edərək cavab verəcək.

  • "Mata Hari. Cəsus" // Paulo Koelo

"Onun tək cinayəti - azad qadın olması idi". Koelonun kitabı açdığı atəş 20-ci əsrdə Parisdə kütləvi iğtişaşlara səbəb olmuş məşhur rəqqasə və agentə həsr olunub. Yazıçı Hollandiya, Böyük Britaniya və Almaniya təhlükəsizlik xidmətlərinin sənədli materiallarına əsaslanaraq Harinin taleyi haqda təkmənalı nəticələr çıxarmaqdan qorxmur.

  • "Mən - Malala" // Malala Yusufzay

Güclü qadınları təkcə kitab səhifələrində görmürük - həyatda onlar daha çoxdur. Malala Yusufzayın hekayəsi - bunun üçün yaxşı bir nümunədir. Gənc qız öz haqqları və azadlığı uğrunda Taliban təmsilçiləri ilə savaşır və qızların təhsil haqqı üçün mübarizə aparır. Onun avtobioqrafiyası hələ məktəbliykən ədalət uğrunda savaşda keçdiyi bütün dəhşət və əzablar haqda danışır.

  • "Səhra gülü" // Diri Uoris

Top-model Uoris Dirinin həyatını nağıl adlandırmaq çətindir: dörd yaşındaykən o zorlanmaya məruz qaldı, beş yaşında qadın sünnəti oldu, 13 yaşında isə doğma evini həmişəlik tərk etdi. Bütün çətinliklərə baxmayaraq, o təkcə model deyil, həm də BMT-nin səfiri oldi. Kitabda məhz bu haqda danışılır.

  • "Üsyankar qızlar üçün gecə nağılları" // Elena Favilli, Françeska Kavallo

Müəlliflər Françeska Kavallo və Elena Favillinin "Üsyankar qızlar üçün gecə nağılları" kitabı qızlar və qadınlar haqqında yaradıcılıqla, elmlə, idmanla və hər hansı bir sahədə kariyera ilə məşğul olmağa həvəsləndirəcək qısa hekayələr toplusudur. Kitabın qəhrəmanları Koko Şanel və Mariya Kyuridən, Kraliça birinci Elizavetaya, Frida Kalo və Zaha Hadidə qədər - 100 fərqli qadın oldu.

  • "Qadınlar kosmosda" // Lyudmila Şerbanok

Lyudmila Şerbanokun "Qadınlar kosmosda" kitabında öz taleyini kosmos və  Yer orbitində elmi kəşfiyyatlarla birləşdirən qadınların bioqrafiyası təqdim olunub. Kitab sizə hər bir qəhrəmanın ulduzlara yolu, onların çəkisizlikdəki və sonrasında yer həyatındakı təəsüratları haqda danışır.

  • "İnanılmazlar. İncəsənət və tarix yaradan on beş qadın" // Bricit Kvinn

İncəsənət tarixi araşdırmaçısı Bricit Kvinn öz kitabında maraqlı və ağıllı bir şəkildə XVII əsrdən günümüzə qədər, müxtəlif dövr və ölkələrdən 15 rəssam qadının həyat və yaradıcılığı haqqında danışır. Bu bilikləndirici və olduqca maraqlı kitab parlaq işlər və hekayənin qəhrəmanlarının müasir portretləri ilə tamamlanıb.

City Guide: 8 martı harada keçirək

City Guide: 8 martı harada keçirək

8-9-10 mart üçün 7 məşğuliyyət

8-9-10 mart üçün 7 məşğuliyyət

Növbəti paylaşım
Top