#WINTER
31.01.19

1-2-3 fevral üçün 8 məşğuliyyət

Afişa
1-2-3 fevral üçün 8 məşğuliyyət

Gizli konsert, əyləncələr, maraqlı filmlər və yeni marşrutlar üzrə gəzinti. 

  • Nə vaxt: 3 fevral
  • Necə: 1 fevral 23:59-dək burada qeydiyyatdan keçmək olar
  • Bilet qiyməti: 15 manat

Sofar Sounds - beynəlxalq gizli konsertlər seriyasıdır, burada konsertin baş tutacağı yer sadəcə bir neçə gün öncədən, layn-ap isə musiqiçilərin səhnəyə çıxmasına görə məlum olur. Fevral Sofarı üçün qeydiyyatdan keçməyə tələsin və gizli "sənətkarların" bir hissəsi olun.

  • Nə vaxt: 3 fevral
  • Harada: Cafe Cassette
  • Necə: Bu nömrədə masa sifariş etmək olar (+994 55) 982 04 32

Cafe Cassette-də dostlarla toplanıb rahat film izləmək olar. Bu bazar Rasim Ocaqovun "Ölsəm bağışla" (1989) filmini izlədik.

  • Nə vaxt: 3 fevral
  • Harada: Park Cinema Flame Towers 
  • Necə: Biletləri buradan almaq olar

Yana Vermeerin "Mirvari sırğalı qız" - incəsənət tarixinin ən məşhur şəkillərindən biridir. Şəkil hələ də bu film-sərginin müəlliflərinin tapmağa çalışdığı bir çox sirrlərlə əhatə olunub. Təsvir olunan qız kim olub? Həqiqətən Vermeer onun bir çox digər əsərlərində də olan bu muzaya aşiq idimi yoxsa bu sadəcə izləyicini maraqlandırmaq üçün bir oyundurmu? Şəkil necə və niyə çəkilib? Niyə ona belə heyran qalırlar? Bütün bu sualların cavabını artıq bazar günü Park Cinema Flame Towers-də tapacaqsınız. 

  • Nə vaxt: 2 fevral
  • Harada: iN
  • Necə: Bileti girişdə almaq olar

CMLXXXV - alman dj və "Herrenasuna"nın rezidentidir. Hələ keçən il o Tbilisidə BASSİANİ-ni silkələyirdi, bu şənbə günü isə Bakıda çıxış edəcək.

  • Nə vaxt: 1 fevral
  • Harada: Yarat! Contemporary Art Space
  • Necə: Giriş sərbəstdir

Bu cümə günü YARAT Freestyle layihəsinin qonağı gənc musiqiçi və bəstəkar Ramil Babayev olacaq. Konsert zamanı Ramil öz bəstələrini gitara, piano və qarmonda ifa edəcək.

  • Nə vaxt: 1 fevral
  • Harada: Vinyl
  • Necə: Giriş - 10 manat

Bu cümə günü Vinyl qastro-kafedə Leyla Əliyevanın ifasında caz kompozisiyalar dinləyir və müəllif kokteyllərinin dadına baxırlar. 21:00-da başlayır, işdən sonra özünüzü çatdıra bilərsiniz.

  • Nə vaxt: 1 fevral
  • Harada: Sintetik
  • Necə: Giriş - 5 manat

Proqressivlə rəqs etmək istəyirsiniz? Onda birbaşa Sintetikə. Cümə günü bit və atmosferə BUNBECK və ALİOT cavabdeh olacaqlar.

  • Nə vaxt: 3 fevral
  • Necə: Nömrəyə zəng etmək və ya yazmaqla tura yazılmaq olar (+994 50) 203 32 47 – BackPack Azerbaijan, (+994 55) 896 37 67 – Hiking Azerbaijan

Qalanı yaxşı qala edən nədir? Əlçatmaz yerdə yerləşməsi, tikinti və ya sirrlər? Bazar günü BackPack Azerbaijan uşaqları Cavanşir qalasına səyahətə gedəcək və özlərini əsl kəşfiyyatçı rolunda hiss edəcəklər. Hiking Azerbaijan təşkilatçıları isə təbiəti seyr etməyi və donmuş göl Əmbilə getməyi təklif edirlər.

Təndir və pomidor-yumurta: İçərişəhərdə 6 restoran

Təndir və pomidor-yumurta: İçərişəhərdə 6 restoran

Görüş yerini dəyişmək olmaz: barmenlər günü

Görüş yerini dəyişmək olmaz: barmenlər günü

Növbəti paylaşım
Top