11.04.19

12-13-14 aprel üçün 8 məşğuliyyət

Afişa, Məkanlar, İlham
12-13-14 aprel üçün 8 məşğuliyyət

İllüstrasiya: Yukai Du

Ağır iş günlərindən dincəlməyin əsl vaxtıdır! Baku Afisha sizin üçün başınızı qatacaq, həvəsləndirəcək və rahatlaşdıracaq məşğuliyyətlər siyahısı hazırlayıb:

  • Nə vaxt: 12-13 aprel
  • Harada: ETUD Cafe & Bar
  • Necə: Qiymət girişdə - 5 manat

Cümə günü Ahmedowsky Trio ETUD Cafe & Bar-da öz albomları və başqa caz kompozisiyalarından ibarət 2 set-listlə çıxış edəcəklər. Onların ilk albomu "Sketches of Vagif" Vaqif Mustafazadəyə həsr olunub, ikinci "Caspian Broadcasting" albomu isə Bakı küçələrində eşitdiyimiz hər cür səs və siqnalları özündə birləşdirir. Şənbə günü rəqs etmək istəyirsiniz? Dj Killa Jazz və Slim Skillz öz çıxışları ilə sizə oturmağa imkan verməyəcəklər.

  • Nə vaxt: 13 aprel
  • Harada: Le Chateau Music Bar
  • Necə: Qiymət girişdə - 3 manat

Bu şənbə Albina Le Chateau Music Bar-da dünya musiqi çartlarını təqdim edəcək. O sizinlə birlikdə öz hip-hop tələləri siyahısını oxuyacaq! Yer sifariş etməyə tələsin ki, dinamik həftə sonu keçirəsiniz!

  • Nə vaxt: 13 aprel
  • Harada: Diskoteka 
  • Necə: Giriş sərbəstdir

DİSKOTEKA ilə birlikdə baş döndürən musiqi və fasiləsiz rəqs dünyasına qərq olun, axı təkrarolunmaz RONFOLLER onların xüsusi qonağı olacaq! Həmçinin, bu şənbə sizi istedadlı rezident Rameen və Rish-in dj-setləri gözləyir!

  • Nə vaxt: 14 aprel
  • Harada: Saqi Wine Bar
  • Necə: Giriş sərbəstdir 

Bazar axşamına Saqi Wine Bar-da masa sifariş edin ki, necə lazımdı dincələsiniz, sehrli abhavaya qərq olub, bütün fikirlərdən azad olaraq əla pasta və pulsuz şərabdan həzz alasınız.

  • Nə vaxt: 14 aprel
  • Harada: Maraqlı art
  • Bir nəfər üçün qiymət: 25 manat

Ev əşyaları rəsmləri - layiqsiz unudulmuş bir incəsənətdir. Əvvəllər bütün boşqab və stəkanlar, daha sonra isə bütün ev əşyaları gözəl ornamentlərlə bəzənirdi. Maraqlı art club hamıya ilhamlanmağı və keramik çaydanların maraqlı rəsmləri ilə tanış olmağı təklif edir.

  • Nə vaxt: 14 aprel
  • Harada: «Art Tower» («Arts Council Azerbaijan»)
  • Necə: Giriş sərbəstdir

Maya Bağırovanın şəkillərini "təəsürat" sözü ilə xarakterizə etmək olar. Maya Fransada təhsilinin ilk illərində öz fotoobyektivi ilə Parisi kəşf edirdi. Tanımadığı, dilinin yad olduğu şəhərdə gəzərək, onun qoxusunu, melanxoliya və tarixini öyrənirdi. Frankofoniya Həftəsi çərçivəsində «Art Tower» qalereyasında fotoqrafın kəşflərinin monoxrom kadrlarda öz əksini tapdığı sərgi keçirilir.

  • Nə vaxt: 14 aprel
  • Harada: Yoga Shahi
  • Bir nəfər üçün qiymət: 0-80 manat

Yoga Shahi hərkəsi reallığı dəyişən seminara dəvət edir. Bunun sayəsində siz hiss edəcək, dolacaq və canlanacaqsınız. Seminarda siz "İndiki An" məkanına - xoşbəxtlik, sevinc və yaradıcılığı hiss etdiyimiz yeganə zamana düşəcəksiniz.

Baku Fashion Expo 2019 – niyə ölkənin ən iddialı Dəb tədbiridir?

Baku Fashion Expo 2019 – niyə ölkənin ən iddialı Dəb tədbiridir?

Bu yaz baxmağa dəyər 7 serial

Bu yaz baxmağa dəyər 7 serial

Növbəti paylaşım

Oxşar paylaşımlar

Top