01.02.18

2-3-4 fevral üçün 8 məşğuliyyət

Afişa
2-3-4 fevral üçün 8 məşğuliyyət

Bütün ailə üçün səkkiz faydalı və əyləncəli məşğuliyyət:

  • Teatra tələsin:

Addım Gənclər Təşkilatı birliyi Gənclər günü şərəfinə 2 fevralda Rus Dram Teatrında "Bu ehtiraslı aşiq" tamaşasına gediş təşkil edir. Nil Saymonun "Sonuncu ehtiraslı aşiq" adlı tamaşası əsasında Azərbaycan Xalq Artisti Yuri Balıyevin rəhbərliyi altında təqdim olunub. Rejissor -  RDT aktyoru İlkin Mehtiyevdir. Yerlər məhduddur, qeydiyyat üçüADDIM-ın Facebook səhifəsinə mesaj yazın.

Harada: Rus Dram Teatrı

Nə vaxt: 2 fevral, 18:20

Necə: ADDIM səhifəsində öncədən qeydiyyat 

  • IT öyrənmək:

Çoxdan peşənizi dəyişmək istəyirsiniz, ancaq nədən başlayacağınızı bilmirsiniz? 3 fevralda STEP IT Acadamey-nin keçirdiyi pulsuz seminarda peşə sirlərini, hansı bacarıqlara sahib olmaq lazım olduğunu, İT peşə perspektivlərini və üstünlüklərini, həmçinin İT mütəxəssislərinin işi ilə bağlı stereotiplər və miflərdən uzaqlaşmaq barədə məlumat veriləcək. Seminarı İT sahəsində 25 ildən artıq təcrübəsi olan STEP IT Academy Azerbaijan direktoru Aleksey Sleptsov aparacaq.

Harada: STEP IT Academy

Nə vaxt: 3 fevral, 16:00

Necə: Öncədən qeydiyyat burada

Qiymət: Ödənişsiz

  • Hamilələr üçün rəqs:

3 fevral 18:00-da Harmony Dance Studio kafesində gənc və gələcək anaların görüşü təşkil olunacaq. Sizi bir stəkan çay və xüsusi dəvət olunmuş qonaqlar: həkim-ginekoloq Gülnarə Rəhimova və radio aparıcısı Səma Abiyeva ilə birlikdə gənc anaları maraqlandıran mövzularda xoş söhbətlər gözləyir. Bundan əlavə sizi fiziki ağırlığı olmayan latino-rəqsləri gözləyir. Bu rəqslər sizə nəfəsinizi qaydada tutmağı və əzələlərinizin tonusunu saxlamağı öyrədəcək. Dəyişik ayaqqabı götürməyi unutmayın!

Harada: Harmony Dance Studio

Nə vaxt: 3 fevral, 18:00

Necə: Bu nömrədə qeydiyyat - 994 55 700 1066, 99455 747 3329

  • Zaman maşınında səyahət:

Uşağınızda tarixə maraq yaratmaq, yaddaşını inkişaf etdirmək və komanda ilə işləməyi öyrətmək istəyirsiniz? Onda Milli Tarix Muzeyində - tarix kvesti tam da sizin üçündür. 3 fevralda uşaqlar (5-6 nəfərlik komandalarda) təkcə muzeyə baxmayacaqlar, həmçinin ipucu tapmaq üçün otaqları araşdıracaqlar.

Harada: Azərbaycan Tarix Muzeyi

Nə vaxt: 3 fevral, 14:00

Qiymət: Bir uşaq üçün 15 manat (muzey bileti də daxil olmaqla)

  • Qaynana ilə dil tapmaq:

Qaynana VS Gəlin tarixi Romeo və Culietta tarixi kimi qədimdir. Siz hələ də ortaq dil tapmamısınız, ancaq ailədə sağlam münasibətlər qurmaq istəyirsinizsə, İntellektual İnkişaf və Psixoloji Dəstək Mərkəzi USL CLUB-da Aytən Mirzəzadənin iştirakı ilə bu mövzuya həsr olunmuş "Mən - qaynanayam" müzakirəsində iştirak edin.

Harada: USL Club, Mixail Lermontov küç. 123/3

Nə vaxt: 3 fevral, 15:30

Necə: Öncədən telefonla qeydiyyat - 99412 492 6718, 99451 604 0008

Qiymət: 7 manat

  • Yarımarafon qaçırıq:

Hər il keçirilən marafonda iştirak etməyə hazırlaşırsınız? Onda artı hazırlıqlara başlamalısınız. Ən yaxşısı bunu 4 fevral Baku Marathon Clubla etməkdir. Həmin gün fərqli sürətlə 4 qrup qaçacaq: 10 və 21,1 km. Deyirlər, hava küləkli olacaq, ona görə də isti geyinin və su götürməyi unutmayın.

Harada: Dalga Plaza, Neftçilər pr. 24

Nə vaxt: 4 fevral, 9:00-11:30

Necə: İştirak sərbəstdir

  • Ata ilə bir gün:

Bazar günü ananın çox işi var? Super-ata uşaqlara baxar, onlara birlikdə "Sumo-robotlar döyüşü"nə gedər! Döyüş yeri - Megafun, yaş - 8 yaşdan yuxarı.

Harada: Megafun

Nə vaxt: 4 fevral

Necə: Bu nömrədə qeydiyyat - 994 513886670

Qiymət: 25 manat

  • Dağlara gedirik:

Təmiz dağ havası almaq, ulduzlara yaxın olmaq və xizəklə sürüşmək istəyirsiniz? Xtreme Pro ilə Tufandağa yollanın. İki günlük tur proqramına daxildir: səhər və ya axşam xizək və ya snoubord sürmək, səhərə qədər əyləncə, səhər yeməyi, ətrafda gəzinti və ya xizək/snoubord sürmək.

Harada: Tufandag

Nə vaxt: 3-4 fevral

Necə: Bu nömrədə qeydiyyat - 9950 414 041

Qiymət: 40 manat (yaşayış yeri daxil)

Like a local: Kopenhagen

Like a local: Kopenhagen

Qış, soyuq: 5 ətir

Qış, soyuq: 5 ətir

Növbəti paylaşım
Top