#AUTUMN
20.09.18

20-21-22-23 sentyabr üçün 8 məşğuliyyət

Afişa, Yay
20-21-22-23 sentyabr üçün 8 məşğuliyyət

Baku Afisha sizin üçün bu həftə sonlarına ən maraqlı hadisələri toplayıb:

Boşluğu doldururuq

  • 20 sentyabr ARTIM layihə məkanında virtual reallıq boşluğunu doldururuq. Sərgidə sizə rəssamlar Şahnaz Ağayeva, Sərxan Rəcəbov və Orxan Qarayevin işlərini təqdim edəcəklər. Öz layihələrini həyata keçirmək üçün rəssamlar Oculus Rift, Tilt Brush, Masterpiece və Gravity Sketch proqramlarından istifadə ediblər.

Harada: İçərişəhər, Böyük Qala küç.30, 001A

Nə vaxt: 20 sentyabr, 17:00-21:00

Necə: Giriş növbəylədir

Fransız şərabı içirik

  • 20 sentyabrda Gurmania Bakuda Cadet D’oc və Montmeyrac fransız şərabları içir, əl işi şokoladlar yeyirik. Dequstasiya qeydiyyatla pulsuzdur, qeydiyyat qaydaları burada. Dequstasiyadan sonra isə evə bir şüşə Bordo alın. 

Harada: Gurmania Baku, Nizami küç.98

Nə vaxt: 21 sentyabr, 19:00

Necə: İştirak qeydiyyatladır

Debatlarda iştirak edirik

  • İncəsənət haqda danışmağı sevirsiniz? 21 sentyabrda Yarat müasir incəsənət mərkəzin Debatlar tədbiri keçiriləcək. Burada siz incəsənət haqqında fikirlərinizi paylaşa və ingiliscə praktika edə bilərsiniz. Birinci görüş zamanı YARAT mərkəzində təqdim olunmuş Şilpa Quptanın "Sənin dilinə qarışmaram" sərgisi ilə tanış olan iştirakçılar "Mən ruh və kainat, mən zaman və dünyayam" mövzusunu ingiliscə müzakirə edəcəklər.

Harada: YARAT Müasir İncəsənət Mərkəzi 

Nə vaxt: 21 sentyabr, 19:00

Necə: Giriş sərbəstdir

Fransız filmi izləyirik

  • Bu cümə günü “Mon cinéma français” kinoklubu çərçivəsində rejissor İlqar Safatla birlikdə gənc nəsil kinematoqraflar üçün qeyri-uzlaşmalı yaradıcılıq ikonu olan Rober Bressonun "Pul" filmini izləyəcəyik. Film fransızca ingilis dilində subtitrlərlə olacaq.

Harada: Landmark, Nizami küç.90A

Nə vaxt: 21 sentyabr, 19:30

Necə: Giriş sərbəstdir

Səhərədək rəqs edirik

  • 21 sentyabr Buddha Barda dərin tech grooves, baslar, hipnotik perkussiya, melodik və atmosferli sintezator ilə məşhur olan DJ Acrobatdan Melodic House & Techno miksi, Tech House dinləyəcəksiniz.

Harada: Buddha Bar, JW Marriott Absheron otel, Neftçilər pr.99

Nə vaxt: 21 sentyabr, 21:00

Necə: Bu nömrələrdə masa sifariş edin: (050) 404 82 09 / (012) 404 82 09

Myuzikl dinləyirik

  • 22 sentyabr Azərbaycan ifasında Brodvey myuziklı dinləyirik. Sevgi, sədaqət və incəsənətin gücü hekayəsinin rejissoru Pol Qordon Emerson, baş xoreoqrafı isə - Amikayela Qastondur.

Harada: Heydər Əliyev Sarayı

Nə vaxt: 22 sentyabr, 19:00

Necə: Biletləri şəhərin kassalarından və iticket.az saytından onlayn ala bilərsiniz

Qiymət: 20-50 manat

Önəmli olanı düşünürük

  • 22 sentyabrda Kapellhausda Goethe-Zentrum Baku payız proqramı "Gerikonun gəmi qəzasına qayıdış. Qaçqın və miqrantlar" sərgisi ilə başlayır. Sərgi rəssamlıq vasitələrinin köməyilə miqrasiya mövzusunu problemə poetik yanaşmayla açır.

Harada: Kapellhaus, 28 may küç.3

Nə vaxt: 22 sentyabr, 19:00

Necə: Giriş sərbəstdir

Şəhərdən kənara çıxırıq

  • 23 sentyabrda Ecotour ilə birlikdə vəhşi çimərlikləri və palçıq vulkanlarını fəth etməyə, dəniz mağaralarını kəşf etməyə gedirik.

Harada: Sahil metrosu

Nə vaxt: 23 sentyabr, 09:00

Necə: WhatsApp ilə qeydiyyat: +99455 742 08 20

Qiymət: bir nəfər üçün 20 manat

28-29-30 sentyabr üçün 7 məşğuliyyət

28-29-30 sentyabr üçün 7 məşğuliyyət

Növbəti paylaşım

Oxşar paylaşımlar

Top