#WINTER
24.01.19

25-26-27 yanvar üçün 8 məşğuliyyət

Afişa
25-26-27 yanvar üçün 8 məşğuliyyət

Bu həftə sonları nə ilə məşğul olacağınızı bilmirsiniz? Baku Afishanın planları var:

  • Nə vaxt: 26 yanvar
  • Harada: Park Cinema Metro Park, Park Cinema Flame Towers 
  • Necə: Biletləri buradan almaq olar

Emosiyalar, drayv və sevdiyiniz treklər. K-pop sevirsiniz? Onda BTS WORLD TOUR ‘LOVE YOURSELF’ konsertinin videosunu görmək şansını qaçırmayın.

  • Nə vaxt: 25-30 yanvar
  • Harada: Nizami Cinema Center
  • Necə: Festivalın tam afişası ilə burada tanış olmaq olar

25 yanvardan "Nizami" kinoteatrında "Zoroaster" italyan-azərbaycan kinofestivalı keçiriləcək. Festivalın məqsədi İtalya və Azərbaycanda kinematoqrafik incəsənətin, hər iki ölkə sənayesinin oxşar və fərqli cəhətlərini göstərməklə təşviq edilmisidir.

  • Nə vaxt: 26 yanvar
  • Harada: Sintetik 
  • Necə: Bilet qiyməti girişdə - 10 manat

Şənbə günü Sintetikdə "dostlar üçün" əyləncə olacaq. Bu axşamın musiqisi gürcü djlər SHNGL və STROİVET, həmçinin elektron musiqiçi RASHAD-a aid olacaq.

  • Nə vaxt: 25-26 yanvar
  • Harada: ETUD Cafe & Bar
  • Necə: Bilet qiyməti girişdə - 5 manat

Caz, fank, bir qədər etno - əgər siz heç bir dəfə də olsa Ahmedowsky Trio-nu canlı dinləməmisinizsə, cümə günü bu xoşagəlməz vəziyyəti dəyişin. Şənbə günü isə ETUD-a djlər Killa Jazz və Slim Skillz ifasında fank dinləməyə gəlin

  • Nə vaxt: 26 yanvar
  • Harada: Sektoreight
  • Necə: Biletləri girişdə almaq olar

Bella Sarris - İsveçli istedadlı elektron ifaçıdır. Bella ilk dəfə 15 yaşında səsləri sınaqdan keçirməyə başladı. Onun ritm və musiqilərinin ifadə edilməyən enerjisi onu böyük dünya səhnələrinə apardı. Bu şənbə günü isə Bella Sektoreight-də çıxış edəcək. Dj SOMNİUM və NİAZ da orada olacaqlar.

  • Nə vaxt: 26 yanvar
  • Harada: BeeArif
  • Necə: Giriş sərbəstdir

Bu şənbə R&N-project Dance School in Baku məktəb-studiya istəyən hamını latino tərzli axşama dəvət edir. Axşamda salsa, baçata və əlbəttə ki, kizomba da olacaq.

  • Nə vaxt: 27 yanvar
  • Harada: Baku Jazz Club
  • Necə: Biletlər üçün bu nömrələrə müraciət edin (+994 50) 435 55 00, (+994 55) 531 01 30

Qışda bazar axşamını Bear Humor-un rezidentləri ilə isti bir kompaniyada keçirməkdən daha yaxşı nə ola bilər. "Cazda yalnız ayılar" konsertində sizi stend-aplar, miniatürlər, musiqi çıxışları, həmçinin layihənin yerli yumorçularının təqlidləri gözləyir.

  • Nə vaxt: 26-27 yanvar
  • Necə: Qeydiyyatdan keçmək üçün bu nömrələrə zəng edin və ya yazın (+99450 303 36 88) – Backpack Baku,  (+994 55) 896 37 67 – Hiking Azerbaijan, (+994 51) 400 90 91 – Camping Azerbaija

Təbiət qoynunda olmaq istəyirsiniz? Bu həftə sonları Backpack Baku Şəkidə isti şəlalərə və Lahıcda "7 gözəl" şəlaləsinə tur təşkil edir. Hiking Azerbaijan-dan həvəskar alpinistlər Girkan milli parkı ərazisində yerləşən kiçik bir kəndin sakinlərini ziyarət edəcəklər və yüksək dağ kəndləri Qalaxudat və Qrıza gedəcəklər.

DƏBDƏyəm: Yeni dəb cərəyanına qoşul

DƏBDƏyəm: Yeni dəb cərəyanına qoşul

Necə qurulub: Sintetik

Necə qurulub: Sintetik

Növbəti paylaşım
Top