#SUMMER
05.04.18

6-7-8 aprel üçün 8 məşğuliyyət

Afişa
6-7-8 aprel üçün 8 məşğuliyyət

Deyəsən hava düzəlir və həftə sonlarına planlar qurmaq olar. Baku Afisha sizin üçün 8 ideya toplayıb:

İtalyan-sayağı ailəvi şam yeməyi:

  • Həftə sonları sevdiklərinizlə valideynləriniz, bacınız, qardaşınız, həyat yoldaşınız və uşaqlarınızla bir yerə toplanmaq üçün əla imkandır! Canlı musiqi altında böyük şam yeməyini italyan restoranı Da Massimoda təşkil etmək olar - burada 6 aprel 20:00-da italyan musiqisi ilə Eka, 8 aprel 19:00-da isə Leila çıxış edəcəklər. Pasta, ravioli, kapreze və əlbəttə ki, yaxşı şərab sifariş edin.

Harada: Da Massimo, Nizami küç.67 A

Nə vaxt: 6 aprel 20:00, 8 aprel 19:00

Necə: Geniş ailə üçün böyük masanı bu nömrədə sifariş etmək olar: +994 12 596 03 04

Frankofon həftə sonları:

  • Biz bilirik bu həftə sonları Fransanı və ona aid olan hər şeyi sevənlər harada olacaqlar - Bakıda filmlər, sərgilər, dairələr və konsertlərlə Frankofoniya həftəsi keçirilir tam proqram burada.
  • 6 aprel 19:00-da Azərbaycan kinoteatrında "Mom and other loonies in the family" komediyası, 7 aprel 16:00-da Landmark oteldə "Cloudy Sunday" filmi, 18:00-da isə "The Bug Trainer" filmi göstəriləcək. 8 aprel Landmark oteldə 16:00-da "Morocco seen from the sky", 18:00-da "Grigris" filmlərini göstərəcəklər. Fransız dili lüğətini götürün və irəli!

Harada: Azərbaycan kinoteatrı, Landmark otel

Nə vaxt: 6-7-8 aprel

Necə: Giriş sərbəstdir

  • Əgər bu filmləri izlədikdən sonra fransız əhvalı sizi tərk etmirsə, Fireworks Urban Kitchena yerli Gout de France-a gedin - 7 apreldə sizi 6 yeməkdən ibarət set-menyu (60 manat) və şərab (100 manat) gözləyir.

Harada: Fireworks Urban Kitchen

Nə vaxt: 7 aprel, 19:00-23:00

Necə: Bu nömrədə masa sifariş etmək olar: + 994 55 268 0548

Psixodelika dinləyirik:

  • 6 aprel YARAT-da Permdən olan musiqiçi və psixodelika musiqilərinin müəllifi Anton Ripatti çıxış edəcək. Onun musiqisi bluz, psixodelika, gitara, caz, embiebt, rok-n-roll, şanson və nuarın kokteylidir. Tom Ueytsi sevirsinizsə, mütləq xoşunuza gələcək. Yerlər məhduddur, mütləq bu nömrədə 10:00-dan 18:30-dək qeydiyyatdan keçin: (994 50) 246 9292

Harada: Yarat! Contemporary Art Space

Nə vaxt: 6 aprel, 19:00

Necə: Bu nömrədə qeydiyyat - (994 50) 246 9292

Həyat xilas etmək:

  • 7 apreldə sizin Azerbaijan Animal Rescue Centerdə bir "quyruqlu" həyatı xilas etmə şansınız var. Bütün gününüzü sevginizə ehtiyacları olan gözəl heyvanlarla keçirə və professional fotoqrafdan əla şəkillər ala bilərsiniz.  Ancaq xəbərdarlıq edirik ki, evə tək yox, bir bığlı dostla da gedə bilərsiniz.  Və bütün bunlar cəmi 1 manat.

Harada: Azerbaijan Animal Rescue Center, Bakı-Şamaxı yolu, 15 km

Nə vaxt: 7 aprel, 12:00-18:00

Qiymət: Bir nəfər üçün giriş - 1 manat

Texno rəqs edirik:

  • 7 aprel DJ Shargiyyanin trekləri ilə bütün gecə texno rəqs edirik. Elə indi buradan Şərqiyyəni dinləyib həvəslənmək olar. Özünüzlə İD (giriş yalnız 21 yaşdan yuxarı olanlar üçündür) və 5 manat  götürməyi unutmayın.

Harada: Sintetik 

Nə vaxt: 7 aprel

Qiymət: 5 manat

Xızıya gedirik:

  • Yaxşı havadan necə lazımdır istifadə edin - Let's Gobustan ilə birlikdə şəhərdən uzaqlaşın. 7 apreldə onlar Azərbaycanın ən sirrli yerrlərindən biri Xıdır-Zinda pirinə və karamelli Xızı dağlarına gedirlər. Təşkilatçılar çoxlu tarix, mistika və mənzərəli şəkillər söz verirlər.

Harada: Let's Gobustan 

Nə vaxt: 7 aprel, 11:00-21:00

Qiymət: 40 manat, transfer, qidalanma və içki daxil

Kitab oxuyuruq:

  • Gizli kitabsevərlər, üzə çıxmağın vaxtıdır, 8 aprel ZİON Hosteldə sizin kimi oxumağı sevənlərlə görüşə gəlin. Ancaq müzakirə olunacaq kitabları oxumağı da unutmayın: Qızıl güldanda gavalı çiçəkləri və Cerom Selincerin doqquz hekayəsi.

Harada: ZION Hostel

Nə vaxt: 8 aprel, 16:00

Necə: Giriş sərbəstdir

Azərbaycan mətbəxi VS gözəl fiqura: İkinci gün

Azərbaycan mətbəxi VS gözəl fiqura: İkinci gün

Video: Gəlin tanış olaq – Buddha Bar (1-ci hissə)

Video: Gəlin tanış olaq – Buddha Bar (1-ci hissə)

Növbəti paylaşım
Top