#WINTER
13.12.18

14-15-16 dekabr üçün 9 məşğuliyyət

Afişa
14-15-16 dekabr üçün 9 məşğuliyyət


İllüstrasiya: Lorenza Cotellessa

Yeni il qabağı təlaş başlayıb? Vəlvələyə düşməyin! Baku Afisha sizin üçün həftə sonları marşrutu hazırlayıb:


Nə vaxt: 14 dekabr

Harada: Elektra Events Hall

Necə: Biletləri buradan almaq olar

Red Bull Music 3Style - bu 2011-ci ildən hər bir djin üç müxtəlif musiqi tərzindən ibarət 15 dəqiqəlik setlərlə çıxış etdiyi djlər arasında keçirilən dünya çempionatıdır. Bu cümə günü Elektrada Red Bull Music Style Showcase keçiriləcək. Bu dəfə milli və dünya çempionları dinləyənlərə yüksək keyfiyyətli musiqi təqdim etmək üçün bir araya gələcəklər. 

Nə vaxt: 14 dekabr 

Harada: ETUD Cafe & Bar

Necə: Biletin qiyməti girişdə - 5 manat

Neo-fank üçün darıxmısınız? Onda Ahmedowsky Trio & Ra Malik konsertinə tələsin. Onlar bu cümə ETUD Cafe & Bar-da çıxış edəcəklər.

Nə vaxt: 14 dekabr

Harada: Vinyl

Necə: Biletin qiyməti girişdə - 10 manat

Bəs caz-fank necə? Vinyl qastrokafedə cümə günü möhtəşəm üçlük çıxış edəcək: klavişdə Afşin Əlizadə, bas gitarada Elcan Cəbrayılov və Həsən Bilalov.

Nə vaxt: 15 dekabr

Harada: Baku Jazz Hall

Necə: Bu nömrədə masa sifariş etmək olar: (+994 55) 500 71 72

Bakıda caz getdikcə daha da çoxalır və bu sevindirir. Bu şənbə günü hissiyatlı melodiya və improvizasiya sevənləri yenilənmiş Baku Jazz Halla dəvət edirlər. Sizi yeni geniş meydança, qüsursuz xidmət  və çox sevdiyiniz, ruhunuzu istiləşdirən melodiyalar gözləyir!

Nə vaxt: 15 dekabr

Harada: Azərbaycan Dövlət Akademik Filarmoniyası 

Necə: Biletləri buradan almaq olar

15 dekabrda Nargis jurnalı və Nargis Fundın Macarıstanın Azərbaycandakı səfirliyilə birlikdə təşkil etdikləri konsert və yarmarka baş tutacaq. Konsert proqramında dünyaca məşhur macar musiqiçilər Endre Xeqedyuş və Feliks Layko iştirak edəcəklər. Tədbirin əsas məqsədi məhdud sağlamlığı olan, xüsusilə görməyən və zəif görən uşaqlara oxuma və yazma qabiliyyətini qazandırmaq üçün vacib olan Braylya ləvazimatlarını almağa 5 nömrəli Respublika xüsusi internet məktəbinə kömək üçün maddi vəsait toplamaqdır. 

Nə vaxt: 15 dekabr

Harada: Rotunda Caz Klub

Necə: Bileti buradan almaq olar

Rotunda caz klubda Fernando və Luis Kostanın konserti olacaq. Ekiz qardaşlar piano və violonçeldə usta bacarıqları ilə simfonik səhnələri fəth ediblər.

Nə vaxt: 14 dekabr

Harada: ADO Theatre - Collective

Necə: Biletləri buradan almaq olar

İki kişi öz arzularını həyata keçirmək üçün psixi xəstəxanadan qaçırlar. "Xəyal bağlar" tamaşası hər bir izləyicinin özünə aid birşey gördüyü tragikomediyadır.

Nə vaxt: 16 dekabr

Harada: BeeArif

Necə: Bu nömrədə masa sifariş etmək olar: (+994 50) 373 09 99

16 dekabr BeeArifdə Dj Areeza və professional rəqs qrupu Harmony Dance Group çıxış edəcəklər. Restoranın baş aşpazı isə bu gün üçün xüsusi menyu hazırlayır. 

Nə vaxt: 16 dekabr

Harada: Dənizkənarı Bulvar

Necə: Qeydiyyatdan keçərək marafonda izləyin.  iştirak 

2018-i düzgün başa vurum - Run2Helpin buraxılması şərəfinə təşkil olunmuş xeyriyyə qaçışında iştirak edin. Bütün toplanan vəsaitlər uşaqlar və qocalar evlərində Yeni il tədbirləri üçün istifadə olunacaq. 

Nə vaxt: 15 dekabr

Harada: Rotunda Holl

Necə: Giriş sərbəstdir 

Yaxınlarınıza şam ağacı altına nə hədiyyə alacağınızı seçmisiniz? 15 dekabr Rotinda Hollda "Yeni il vaxtı" yarmarkası olacaq. Burada siz şəkilli sinilər və musiqili qutular, bəzək əşayaları ala bilərsiniz. 

DƏBDƏyəm: Yeni il obrazları

DƏBDƏyəm: Yeni il obrazları

Çin-Çin: Bayram masası üçün 10 alkoqollu içki

Çin-Çin: Bayram masası üçün 10 alkoqollu içki

Növbəti paylaşım

Oxşar paylaşımlar

Top