28.03.19

29-30-31 mart üçün 9 məşğuliyyət

Afişa
29-30-31 mart üçün 9 məşğuliyyət

İllüstrasiya: Edwin Murray

Baku Afisha sizin üçün bu həftə sonlarının ən maraqlı hadisələri üzrə bələdçi hazırlayıb:

  • Nə vaxt: 29-30 mart
  • Harada: Moon Blue Jazz Club
  • Necə: Giriş sərbəstdir

Cümə günü "Moon Blue"da bizim səhnəmizdə hələ eşitmədiyiniz caz səslənəcək. Les Champs des Chansons bendin ifasında fransız cazı dinləmək fürsətiniz olacaq. Bu caz axşamı sizə 20-30-cu illərin Fransasını hədiyyə edəcək və arzular ölkəsinə aparacaq. Şənbə günü isə Azərbaycanın görkəmli bəstəkarı və cazmeni Rafiq Babayevin ad günüdür! Bu anlamlı gündə Moon Blue xüsusi proqram hazırlayıb. Rafiq Babayevə həsr olunmuş axşamda sizlər üçün pianoda Afşin Əlizadə, bassda Nicat Paşazadə və zərbdə Əli Nəsib çıxış edəcəklər.

  • Nə vaxt: 29 mart
  • Harada: Vinyl Gastrocafe 
  • Necə: Girişdə qiymət - 10 manat

Vinyl-də cümə gününü xüsusi bir şeylə rəngləndirmək olar. Burada sizi 2 saat boyunca təkcə yeməkdə deyil, musiqidə də qastronomik həzz gözləyir. Nigar Hüseynli və Afşin Əlizadənin ifasında möhtəşəm caz kompozisiyaları sizin axşamınıza ayrı bir abhava qatacaq.

  • Nə vaxt: 29 mart
  • Harada: Harmony Dance Studio
  • Necə: Giriş sərbəstdir

Harmony Dance Studio hamını Bakının ən böyük, professional və prestijli rəqs studiyasına açıq qapı gününə dəvət edir. Harmony Dance Studio sizi gündəlik problemlərdən uzaqlaşdırmağa kömək edəcək, öz bədəninizi tanımağı, hiss və emosiyalarla onu idarə etməyi öyrədəcək!

  • Nə vaxt: 29-31 mart
  • Harada: Şirvanşahlar Sarayı
  • Necə: Bilet qiyməti 5-8 manat

Şirvanşahlar Sarayında orta əsrlər inkvizisiyasına həsr olunmuş sərgi keçirilir. Ekspozisiya qurbanlara acı vermək və "etiraf" üçün xüsusi hazırlanmış 70-ə yaxın qurğudan ibarətdir. 

  • Nə vaxt: 29 mart
  • Harada: ETUD Cafe&Bar
  • Necə: Girişdə qiymət - 5 manat

İnstrumental fank və sərbəst improvizasiya  ilə məkan mühitinin qarışımı. Ahmedowsky Trio - Bakıda turş caz pionerləridir. Onların albomlarındakı kompozisiyaları bu cümə ETUD Cafe&Bar-da masa arxasında dinləyə bilərsiniz.

  • Nə vaxt: 30 mart
  • Harada: JW Marriott Absheron Baku
  • Necə: Giriş sərbəstdir

Son 10 il ərzində bütün dünyada insanlar iqlim dəyişimi ilə mübarizəyə dəstək olmaq üçün "Dünya saatına" toplanırlar. 2007-ci ildə Sidneydə simvolik bir hadisə kimi başlayan "Dünya Saatı" WWF dünyada 180-dən çox ölkə və ərazidə insanları, təşkilatları və müəssisələri ilhamlandıraraq ətraf mühit üçün kütləvi hərəkata çevrildi. #EarthHour-a qoşulun və hərəkatın bir parçası olun ki, təbiətin anlamı olsun!

  • Nə vaxt: 30 mart
  • Harada: Baku İnternational Education Complex
  • Necə: Bilet qiyməti - 15 manat

İsti günlərə necə hazırlaşaq və dəbli geyimlərlə qarşılayaq? Baku İnternational Education Complex-də cins üzərində rəsm çəkmə master-klassında yay üçün əlvan və orjinal geyimlər hazırlayacağıq! İrəli fırça almağa.

  • Nə vaxt: 31 mart
  • Harada: Tarana's Small Gallery and Cafe
  • Necə: Bilet qiyməti 15-20 manat

Tarana's Small Gallery and Cafe hamını böyük təcrübəli professional masterlə gil işləri hazırlamağa dəvət edir. Burada sizə gil və qonçarın kimyəvi xüsusiyyətləri haqda danışacaq və bu haqda ən yaxşı cizgi filmlərini göstərəcəklər. Kəklikotulu milli çay ilə ev mürəbbəsi isə hamının ürəyincə olacaq.

Səhf incəsənəti: Şəlalə Salamzadə ilə söhbət

Səhf incəsənəti: Şəlalə Salamzadə ilə söhbət

Dinlə: Bakıda 6 alternativ ifaçı

Dinlə: Bakıda 6 alternativ ifaçı

Növbəti paylaşım
Top