#AUTUMN
11.05.18

Azərbaycan mətbəxi VS gözəl fiqura: Dördüncü gün

Qida, Xüsusi layihə, Sağlam həyat
Azərbaycan mətbəxi VS gözəl fiqura: Dördüncü gün

Əməkdaşlıq məqaləsi

Azərbaycanlılar, xüsusilə də öz bədən formasına diqqət edən xanımlar iki hissəyə ayrılıblar – bəziləri əmindirlər ki, milli mətbəxdən yaxşısı yoxdur, ikincilər isə düşünür ki, o bel üçün təhlükəlidir.

Baku Afishaİncəbelli (Facebook, İnstagram) möcüzəvi toxumlarsız və əfsanəvi inqrediyentlərsiz artıq çəkidən qurtulmaq haqqında öyrənməyə qərar verdilər:

Azərbaycan mətbəxini bir dəfə də olsun dadan hər kəs təəsüratlar altında qalır – bizim kulinariya vitaminlər və mikroelementlərlə zəngindir, ona görə də təkcə dadlı deyil, həm də çox faydalıdır.

Milli dad adət ənənələrini də hesaba qataraq düzgün qidalanmaq olar! Söz veririk, ac qalmayacaqsınız!

Azərbaycan milli mətbəxi öz tərkibi və yeməklərin müxtəlifliyinə görə təkcə dadlı deyil, həm də faydalı və sağlamdır. Əsas odur ki, düzgün qidalanasan! Azərbaycan mətbəxində səhər yeməyinə tez zamanda bir şey hazırlamaq və ya tezbazar atışdırmağa nə edəcəyini bilməyənlər üçün bir çox faydalı reseptlər var. Qafqaz səhər yeməkləri tez və asan hazırlanması ilə seçilir, onlar çox qidalandırıcıdırlar, nahara qədər tox tutur və gümrah qalmağa kömək edirlər.

Səhər yeməyi: Zəfəranlı yayma sıyığı

Bu gün səhər yeməyinə bizdə zəfəranlı yayma sıyığı var. Bu cür sıyığı nişastası daha çox olan yumru düyü ilə bişirməyi tövsiyə edirik.

Bizə lazım olacaq:

  • Su - 1 stəkan
  • Süd - 1 stəkan
  • Düyü - 2/1 stəkan
  • Kərə yağı - 1 ç.q.
  • Bal - 1 ç.q.
  • Zəfəran - 2/1 ç.q.
  • Duz - çimdik

Düyünü isladıb, zəfəranı hazırlamaqdan başlayaq. Düyünü asta ocağa qoyub, hazır olana qədər qaynadırıq. Demək olur ki, su quruyur və düyü hazırdır. Hazır düyüyə süd və duz əlavə edirik.

Ənənəvi Azərbaycan südlü düyü sıyığı adi boşqablarda isti halda verilir. Qaba sıyığı tökürük, ortasına kiçik bir dilim kərə yağı qoyuruq, üstünə isə çay qaşığı ilə zəfəran tinkturası əlavə edirik. Hərdən şirinlik üçün sıyığa quru meyvələr, daha çox kişmiş də atırlar.

Zəfəran iştahı azaldır

Zəfəran həzmetməni yaxşılaşdırır, ağrını azaldır və depressiyadan uzaqlaşdırır. Davamlı qəbul olunarsa qanın tərkibi yaxşılaşır, ciyər təmizlənir, üz rəngi sağlam və təravətli, əhval isə - gümrah və xoşbəxt olur. O zülal və yağlarla, pəhriz lifi və doymuş yağ turşuları ilə; A, C, B qrupu vitaminlərilə; zəfəranın tərkibində çoxlu miqdarda olan minerallar - kalium -  maqnezium, fosfor, sodyum, kalsium, dəmir, sink, mis, manqan, selenyumla zəngindir. 

Zəfəranın əks təsirləri arıqlamaq istəyənlərə maraqlı ola bilər - o iştahı azaldır.

Nahar: Toyuqlu bozartma və Narşərab salatı

Naharda zülallar, yağlar və karbonhidratlar qəbul etmək lazımdır. Ona görə də toyuqlu bozartma və pomidorlu-qozlu salat ideal olar.

Bozartma - yağlı qoyun ətindən və ya ev quşlarından - toyuq, cücə, hinduşkadan hazırlanan bir şorbadır. Yeməyin bulyonu yetərincə qatıdır, çünki ona az su qatılır. Şorbaya soğan və pomidor atılır, ancaq toyuqlu bozartma pomidorsuz da ola bilər.

Həmçinin yeməkdə pomidor, nar və ya limon suyu sayəsində yaranan az da olsa turşluq olmalıdır.

Bizə lazım olacaq:

  • Toyuq - 200 qr
  • Soğan - 1 ədəd, orta ölçülü
  • Kartof - 2 ədəd
  • Acı bibər - 1 ədəd
  • Zeytun yağı - 2 y.q.
  • Dəfnə yarpağı - 2 ədəd
  • Sarımsaq - 1 diş
  • Limon suyu - 2 y.q.
  • Göyərti və ədviyyələr - bir neçə budaq
  • Duz istiot ədviyyat - zövqə görə

Soğanı təmizləyin, yuyun və doğrayın. Kartofu iri dilimlərə doğrayın. Sarımsağı təmizləyin. Toyuğu soğanla qızardın. Toyuq qızarmağa başlayanda, doğranmış kartofları əlavə edin.

Daha sonra 3/1 acı bibər, dəfnə yarpağı, üyüdülməmiş istiot və zövqə görə ədviyyələr əlavə edin. Suyu elə tökün ki, o tərəvəzlərin üstünü örtsün. Hazırlamanın sonunda limon suyu əlavə edin və istəyə görə bir diş sarımsaq əzin.

Pəhriz zamanı toyuq yemək olar

Toyuq ətini başqa bütün ətlərlə müqayisədə sağlamlığa heç bir zərəri olmadan çox miqdarda tükətmək olar. Onun tərkibində ehtiyacımız olan çoxlu minerallar - protein, kalium, maqnezium, fosfor,dəmir, B2, B6, B12, A və E vitaminləri var. Toyuq ətində karbonhidrat yoxdur, yağ isə olduqca azdır. Burada az kalori var, ona görə də pəhrizdə olan və ya formasını qorumağa çalışan insanlar toyuq yeyə bilərlər.

Narşərab salatı

Bizə lazım olacaq:

  • Qırmızı pomidor - 2 ədəd
  • Qoz - 2 y.q.
  • Soğan - 1 ədəd
  • Narşərab - 2 ç.q.
  • Zeytun yağı - 1 y.q.
  • Sumax - 1 y.q.
  • Duz, istiot - çimdik

Pomidorları yuyun, qurulayın və kiçik doğrayın. Soğanı yuyun və yarım üzük şəklində kəsin. Qozları xırdalayın. Öz zövqünüzə görə zeytun yağı əlavə edin, duzlayın, istiotlayın, narşərab əlavə edin. Sumax tökün. Salatı 15 dəqiqə saxlayın ki, sous və ədviyyələri canına çəksin. 

Qozun tərkibində A, B1, B2, B6, B12, E, C, K, PP vitaminləri, Omeqa-3; amino və doymamış yağ turşuları, makro və mikroelementlər - fosfor, kalium, maqnezium, natrium, kalsium, sink, manqan və dəmir var. 

Qoz yağlanma riskini azaldır

Gündəlik olaraq qoz yemək ürək, beyin və qaraciyər xəstəlikləri ilə mübarizədə kömək edir; beyin fəaliyyətini aktivləşdirir, metabolizmi və MBY işini yaxşılaşdırır. Qoz sağlam metabolizm yaradır və nəticədə yağlanma yaranması riskini azaldır. Vitamin E və Omeqa -3 II tip diabetin inkişafına mane olur və qandakı xolesterinin miqdarını azaldır.

Şam yeməyi: Sırdaq

Şam yeməyinə təzə vəya bişmiş tərəvəzlər tövsiyə edirik. Sırdaq iki cür olur - nərə balığı və badımcanla. Bu gün biz badımcanlı sırdaq haqqında danışacağıq.

Bizə lazım olacaq:

  • Badımcan - 2 ədəd
  • Pomidor - 2 ədəd
  • Sarımsaq - 2 diş
  • Göyərti - şüyüd, cəfəri
  • Bitki yağı - 2 y.q.
  • Duz, istiot - zövqə görə

Badımcanları dörd hissəyə elə ayırın ki, üst hissələri bütöv qalsın. Duzlayın və 2-3 saatlıq bir qırağa qoyun ki, suyunu çıxarsın.

İndi yüksək atəşki ocaqda bitki yağında badımcanları elə qızardın ki, hər tərəfi, eyni zamanda içi tam qızarsın. Yağı atmayın, badımcanları isə qazana bir qat olaraq düzün. Üstünə 2-3 diş sarımsaq doğrayın.

Pomidorları doğrayın və badımcanların üstünə yerləşdirin. Qalan sarımsaqları da üzərinə əlavə edin. Badımcanları qızartdığınız yağı da tökün. Pomidorların üzərinə xırdalanmış göyərtiləri qoyun. Qazanı asta ocağa qoyun və 2-3 saat bişirin.

Sırdağı qarnir və əsas yemək kimi, soyuq və ya isti halda vermək olar.

Badımcanlar mədə-bağırsaq yollarının sekresiyasını stimullaşdıran selüloz və üzvi turşularla zəngindir. Bununla bərabər qanda xolesterin miqdarı çox azalır - bəzi hallarda 40%-dək. Bu da badımcanın ən əsas keyfiyyətlərindən biridir.

Badımcan qaraciyər və böyrək xəstəliklərində də faydalıdır

Badımcanda orqanizmdən artıq mayenin çıxmasına kömək edən və ürək fəaliyyətini yaxşılaşdıran yüksək miqdarda kalium duzu var. Badımcan yeməklərini böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkənlərə tövsiyə edirik. Onlarda çox miqdarda mis və dəmir vardır ki, bu da hemoqlobin səviyyəsini yüksəldir və dərinin rəngini yaxşılaşdırır.

Badımcan yeməkləri azqanlı uşaqlara və hamilə qadınlara faydalıdır. O həmçinin tərkibində mikroelement kompleksləri və B, C, P, PP qrupu vitaminlərini birləşdirir. Az miqdarda karbohidrat olduğuna görə badımcan artıq çəkili və şəkər xəstəliyi olanlar üçün də xeyirlidir. Sırdaqdakı sarımsaq isə qan təzyiqini aşağı salır, mədə-bağırsaq yollarını yaxşılaşdırır, xolesterini çıxarır, immuniteti gücləndirir və qanı axarlaşdırır.

Ardı var...

Birinci gün

İkinci gün

Üçüncü gün

Dördüncü gün

Like a local: Roma

Like a local: Roma

11-12-13 may üçün 7 məşğuliyyət

11-12-13 may üçün 7 məşğuliyyət

Növbəti paylaşım
Top