#SUMMER
11.06.18

Azərbaycan mətbəxi VS gözəl fiqura: Altıncı gün

Qida, Xüsusi layihə, Sağlam həyat
Azərbaycan mətbəxi VS gözəl fiqura: Altıncı gün

Əməkdaşlıq məqaləsi

Azərbaycanlılar, xüsusilə də öz bədən formasına diqqət edən xanımlar iki hissəyə ayrılıblar – bəziləri əmindirlər ki, milli mətbəxdən yaxşısı yoxdur, ikincilər isə düşünür ki, o bel üçün təhlükəlidir.

Baku Afishaİncəbelli (Facebook, İnstagram) möcüzəvi toxumlarsız və əfsanəvi inqrediyentlərsiz artıq çəkidən qurtulmaq haqqında öyrənməyə qərar verdilər:

Azərbaycan mətbəxini bir dəfə də olsun dadan hər kəs təəsüratlar altında qalır – bizim kulinariya vitaminlər və mikroelementlərlə zəngindir, ona görə də təkcə dadlı deyil, həm də çox faydalıdır.

Milli dad adət ənənələrini də hesaba qataraq düzgün qidalanmaq olar! Söz veririk, ac qalmayacaqsınız!

Bu gün Azərbaycan kulinariyası müasir kulinariya meyllərini nəzərə alaraq köhnə yemək hazırlama üsullarının xüsusiyyətlərini qoruyub saxlayaraq resepturasını əhəmiyyətli dərəcədə dəyişib. Azərbaycan mətbəxi çoxlu tərəvəz, ilk növbədə yaşıllıqlar, bibər, pomidor, şirin bibər, ispanaq, soğan, yaşıl lobya ilə məşhurdur. Milli yeməklər arasında düyüdən, undan, tərəvəzdən, otlardan bir çox kulinariya işləri var.

Səhər yeməyi: Dürmək

Səhər yeməyinə milli sendviç "Dürmək" məsləhət görürük, bu arasında pendir olan incə lavaşdır. Lavaşın arasına pendir, pomidor və tərxun qoyun. Bu əla bir yay birləşməsidir. Yağ və zülallarla zəngin pendir, az kalorili pomidor, xiyar, otlar və yaşıl kahı ilə çox yaxşı uyğunlaşır.

Pendirin tərkibindəki zülal, inək südündəki zülaldan daha yaxşı həzm olunur. Bununla yanaşı tərkibində sink, yod, selen, dəmir, mis və kalium var. Vitamin sırası da eyni dərəcədə zəngindir: A, B1, B2, B12, C, D, E, PP və pantotenik turşu. Protein bədənin bioloji mayelərinin ayrılmaz hissəsi və immunitet orqanlarının, hormonların və fermentlərin bir komponentidir. Pendir universal bir qida məhsulu və əvəz edilməz bir protein, kalsium və kalium qaynağı olaraq tövsiyə edilir. Pendirlərin müntəzəm istifadəsi dərinin, saçın və dırnağın vəziyyətinin yaxşılaşmasına kömək edir, A vitaminin yüksək tərkibi görmə baxımından faydalı təsir göstərir.

Tərxunun qəbulu böyrək və sidik yolları xəstəlikləri müalicəsinə kömək olur - orqanların işini normaya salır və iltihab proseslərini uzaqlaşdırır. Tərxun dəyərli antioksidantlar: selen, askorbin turşusu, vitamin A və E mənbəyidir. Onlar orqanizmi sərbəst radikalların təsirindən qoruyur, dərinin vaxtından əvvəl qocalmasının, onkologiya yaranmasının qarşısını alır, immun qorunmanı aktivləşdirir, soyuqdəymə xəstəliklərinə qarşı dözümü artırır.

Nahar: Soyutma və lobya salatı

Qafqaz mətbəxinin bir çox yeməkləri kimi soyutmanın da bir çox hazırlanma üsulu var. Biz qoyun əti və narlı resepti seçdik.

Bizə lazım olacaq:

  • Qoyun əti - 2 kq
  • Kök - 1 ədəd
  • Soğan - 1 ədəd
  • Cəfəri, reyhan - 2 dəstə
  • Duz, qara istiot

Qoyun əti, soğan və kökün üzərini tam örtənədək su tökürük. Ət tam hazır olana qədər qısıq atəşdə bişiririk. Arada köpüklərini alırıq ki, bulyon təmiz alınsın. Süzürük və ətin üzərinə tökürük (bulyon bir qədər az olmalıdır).Nar dənələrini üzərinə səpirik.

Soyutmanın yanına çoxlu təzə göyərti veririk. Bu resepti kartofla, həmçinin pomidor və ya xama sousu ilə də tamamlamaq olar.

Bu ətin tərkib hissəsi olan lesitin maddəsi bədəndə düzgün xolesterol mübadiləsini normallaşdırır. Buna görə qoyun əti çox vaxt bir çox pəhriz növlərinin bir hissəsidir. Bundan əlavə, bu ətin müntəzəm istifadəsi həzmə də müsbət təsir göstərir.

Qoyun ətinin ziyanı başqa növ bir ətin ziyanından heç cür fərqlənmir. İstənilən ət növünün çox miqdarda qəbulu skleroz və piylənməyə gətirib çıxarır.

İkinci yemək olan lobya salatı həm salat, həm də qarnir ola bilər.

Bizə lazım olacaq:

  • Yaşıl lobya - 0,5 kq
  • İri pomidor - 2 ədəd
  • Sarımsaq - 2 diş
  • Qoz - bir ovuc
  • Üzüm sirkəsi - 2 y.q.
  • Zeytun yağı - 1 y.q.
  • Duz

Yaşıl lobyanın quyruğunu kəsirik, qazana qoyuruq, soyuq su əlavə edib, bişiririk. Lobya tam bişməməli, bir az sərt qalmalıdır. Soyumuş lobyanı incə zolaqlar şəklində doğrayırıq. Pomidorları yarı bölürük, içinin şirəsini və tumlarını çıxarırıq, xırda doğrayıb, lobyaya əlavə edirik. Qozları xırdalayırıq. Zövqə görə duzlayırıq. Sirkə və zeytun yağını əlavə edirik. Qarışdırırıq. Mütləq 2-3 saatlıq soyuducuya qoyuruq. Lobya salatdakı digər inqrediyentlərin ətrini özünə çəkməli və marinə olmalıdır.

Yaşıl lobyanın tərkibində normal qanın laxtalanması və kalsium üçün lazım olan nadir bir K vitamini var. Bu məhsulda həmçinin dəri vəziyyəti və elastikliyindən məsul olan manqan var. Tərkibində qida liflərinin olması mədə-bağırsaq traktının fəaliyyəti və bağırsaq hərəkətliliyinin normallaşdırılması baxımından da bu məhsulu önəmli edir. Lobya yüksək keyfiyyətli asanlıqla asimilasiya olan bitki mənşəli zülal qaynağıdır. Diqqətli olun, çünki liflər bol olduğuna görə, yaşıl lobya mədədə ağırlıq, şişlik və narahatlıq yarada bilər. Həftədə bir və ya iki dəfə nahar və ya şam yeməklərində adi qarnirləri yaşıl lobyayla əvəz etməklə bir ayda bir kiloqram artıq çəkidən azad olmaq olar.

Şam yeməyi: İçi doldurulmuş balıq

Axşama balıq kimi yüngül zülallı yemək tövsiyə edirik.

Bizə lazım olacaq:

  • Balıq - 1 kq-a qədər
  • Qoz - bir ovuc
  • Limon şirəsi
  • Kişmiş - bir ovuc
  • Soğan - 1 ədəd
  • Zeytun yağı
  • Duz

Balığı təmizləyin, içini çıxarın, içərisini və üstünü duzlayın. Döyülmüş qoz, kişmiş, xırda doğranıb, yağda qızardılmış soğan və limon şirəsindən içlik hazırlayın. Yaxşıca qarışdırın və balığın içinə doldurun. Balığı sapla tikin və sobada bitki yağında qızardın. Hazır balığı boşqaba qoyun, sapları çıxarın və limon dilimləri ilə bəzəyin.

8-9-10 iyun üçün 7 məşğuliyyət

8-9-10 iyun üçün 7 məşğuliyyət

Like mother, like son

Like mother, like son

Növbəti paylaşım
Top