#AUTUMN
27.08.18

Back to school: özümüzlə dərsə nə götürməliyik

İlham
Back to school: özümüzlə dərsə nə götürməliyik

Portfellər, dəftərlər, qələmlər və batareya cihazı... dərs ilinin başlanğıcına nə alacağımız haqda danışırıq:

Bel çantası

Ən böyükdən başlayırıq - bel çantası bütün şagird və tələbələrin əvəzolunmaz köməkçisidir. Geniş və dözümlü bir model seçin ki, uzun müddət istifadə edə biləsiniz. GoSport-da sizə lazım olanlar var: Nike bel çantasını özünüzlə dərsə, zala, şəhərə gəzintiyə və hətta səyahətə götürmək olar. Xoşagələn bonus - 40% endirim.

  • Haradan almaq: GoSport
  • Qiymət: 40 manatdan başlayaraq

Termos

Termos - sizi sevimli içkinizdən ayırmayan və plastik stəkan almağa ehtiyac buraxmayan sadə, ancaq çox lazımlı bir əşya. Su və ya qəhvə üçün termosu Mumusodan almaq olar, əsas odur ki, diqqətiniz yayınıb evə pişik formalı yastıqla qayıtmayasınız.

  • Haradan almaq: Mumuso
  • Qiymət: 18 manat

Kubik Rubik

Tənəffüslərdə nə ilə baş qatacağınızı bilmirsiniz? Anlamsız mobil oyunlar oynamayın, məntiq və düşünmə gücünüzü işlədin. Balaca bir kubik rubik alın və onu yığmağa çalışln - böyük ehtimalla ilk dəfədən və hətta ikinci və üçüncüdə də alınmayacaq, ancaq axır-əvvəl siz bunun hiyləsini tapacaq və bəlkə də öz kolleksiyanızı toplayacaqsınız.

  • Haradan almaq: Miniso
  • Qiymət: 7 manat

Power Bank

Portativ batareya cihazı - smartfonunuz üçün əsl xilasedicidir. Dərslərdə batareyanızı doldurun, sonra isə sevdiyiniz musiqi və podkastları rahatlıqla dinləyin.

  • Haradan almaq: Maxi.az
  • Qiymət: 23 manat

Dəftərlər

Sübut olunub: gözəl dəftər və bloknotlarda yazmaq daha da xoş olur. İyirmiyeddi-də dəftər və skeçbuklar almaq olar. Bu kiçik dəftərxana mollarda: 28 Mall və Mall Ganjlikda yerləşir.

  • Haradan almaq: @iyirmiyeddi
  • Qiymət: 4.50-dən 6 manatadək

Qələmlər

Dəftərxana mövzusuyla davam edirik: artıq sevimli Van Qoq şəkilli qələmlərlə yaza bilərsiniz. @lavka_lavitaebella səhifəsinə yazmaqla 24 predmetdən ibarət dəsti sifariş etmək olar.

  • Haradan almaq: @lavka_lavitaebella
  • Qiymət: 55 manat

Top

Sağlam bədəndə sağlam ruh olar: bədən tərbiyəsindən qaçmayın, top alın və dostlarınızla futbol oynayın. Nə həyətdə, nə də stadionda oynamaqdan utanmayacağınız topları Go Sportdan alın.

  • Haradan almaq: @gosportbaku
  • Qiymət: 20 manat

Stikerlər

Sevimli qəhrəmanlar, gözəl heyvanlar və sevdiyiniz filmlərin posterləri: bütün bunlar sizin leptopunuzun, planşet və bloknotunuzun qapağını bəzəyə bilər. @sticker_shop_baku-da sizin üçün istədiyiniz qədər stiker çap edə bilərlər.

  • Haradan almaq: @sticker_shop_baku 
  • Qiymət: Bir şəkil üçün 20 qəpikdən 2 manatadək

Penal

Üstünüzdə ən az 3 qələm, karandaş, pozan, fleşkart, stikerlər, bantlar və min bir faydalı xırdavat gəzdirirsiniz?  Parça və ya plastikdən hazırlanmış maraqlı penalları @pink_love_online_shopping-dən ala bilərsiniz.

  • Haradan almaq: @pink_love_online_shopping
  • Qiymət: 8 manat

Lanç-boks

Lanç-boks fasilələrdə yeməkxanada yemək istəməyənlər üçün əla qərardır. Rahat konteynerdə sandviçdən salata və soyuq şorbaya qədər hər şey daşımaq olar. Əsas odur ki, kauçuk və ya qida plastikindən olanları alasınız.

  • Haradan almaq: @ikeainbaku
  • Qiymət: 18 manat
24-25-26 avqust üçün 4 məşğuliyyət

24-25-26 avqust üçün 4 məşğuliyyət

Video: Gəlin tanış olaq, CHİNAR

Video: Gəlin tanış olaq, CHİNAR

Növbəti paylaşım

Oxşar paylaşımlar

Top