#WINTER
28.01.19

Back To The 80s: 8 atmosferli film

İnsanlar, Ast&Musiqi, İlham
Back To The 80s: 8 atmosferli film

0-ci illərin sonu və 90-cı illərin əvvəllərində hərkəsin dəfələrlə baxdığı videokassetlər var idi. Bakı haqda Telegram kanal Cellar Door-un müəllifi Alla Polonskayadan romantik hərəkətlər, balo, qabarıq ətəklər və saç lakları atmosferinə yenidən qərq olmaq üçün film məsləhəti aldıq!

Gözlənilmədən həftə içi bir gününüz boş oldu və artıq kinoteatrda bütün filmlərə baxmısınız? Köhnələri yada salaq...  Yox, ultraşiddəti deyil, 80-ci illərin gənclik filmlərini!

İlk olaraq 1990-dan başlayaq. Bu bizim kolleksiyamızın ən yeni filmidir. Bricit Consun növbəti ürək peripetiyalarını həyəcanla izləyirik, Cekdə 80-ci illərin sonu, 90-cı illərin əvvəllərinin bir çox məşhur filmlərindəki möhtəşəm Patrik Dempsini tanımaq çox çətindir. "Kadillak"da da o olduqca xoşagələndir. Hekayə bir-birilə münasibət qurmağı sevməyən, ancaq məcburiyyətdən birlikdə səyahətə çıxmalı olan üç qardaş haqda danışır. Əgər yumor və birlikdə yaşamağa məcbur olan və hər kadrda bir-birini ortaya çıxaran müxtəlif personajları sevirsinizsə, onda bu sizlikdir.



Gənc Patrik Dempsi öz heyranedici obrazı ilə bütün filmləri gözəlləşdirir. Ona görə də əldə etdiyinizlə kifayətlənməyib, "Birlikdə xoşbəxtik" filmini də izləməyi tövsiyə edirəm. Burada əsla yola getməyən iki nəfər biryerdə olacaq. Ancaq bildiyimiz kimi, əkslər bir-birini cəlb edir və hər şey bu qədər asan olsaydı, filmlər çəkilməz və romantik kitab səhifələrində qalardı. Bonus: onlar yaradıcı bir cütlükdür, kişi - gənc yazıçı, qadın isə - aktrisadır. Təsəvvür edin ki, onların davalarında qab-qacaqlar havada necə gözəl uçuşacaq!



Biraz da sevgidən danışaq? Öz 16 yaşınızı xatırlayırsınız? Hər doğum gününün kiçik bir bayram kimi qeyd edildiyi o zamanlar. "Onaltı şam"dan Samanta Beyker xüsusi bir fürsət sehrinə inanır, öz hüzünlü sevgisinə qaranlıq baxışlar atır, ürkütücü aşiqindən qurtulmağa çalışır və orta yaşdakı gənclərə aid bütün hissləri yaşayır. Burada baş rolu ""Səhər yeməyi" klubu" filmindən tanıdığımız Molli Rinquold oynayır. Bonus: orada gənc Kyusak da var!

Yeri gəlmişkən, Kyusak haqda. Bəs sizin nə vaxtsa qəlbinizi başı üstündə bumboks olan aşiq Con Kyusak fəth edib? Mənə elə gəlir ki, romantikanı bundan daha çox əks etdirən bir səhnə yoxdur! Onun müxtəlif filmlərdə o qədər çox pasxalı var ki, tanımamaq mümkün deyil. "Birşey söylə" - xəttin sonundakı insan sizi istəmirsə, necə təslim olmamaq haqda danışır.
Maraqlı fakt / bumboksdakı o mahnı - Piter Qabrielin "İn your eyes" mahnısıdır və bu haqda hekayə var.

Rejissor Kemeron Krou film üçün mahnı axtarırdı və "İn Your Eyes" qarşısına çıxdı. Məsuliyyətli bir insan kimi o mahnıdan istifadə etmək üçün icazə aldı və Piterdən xeyr cavabını aldıqda olduqca təəccübləndi. Sonradan məlum oldu ki, bir oğlanın macəraları haqda olan lentin əvəzinə o Con Beluşi haqqında "Gərgin" filmini izləyib və müəllifin dediyinə görə finalda olan artıq doz bu trekin əhvalına uyğun gəlmirdi.

Klassik ""Səhər yeməyi" klubu"nu yada salmasaq olmaz. Beş uşaq məktəbdə öz səhflərinə görə cəza çəkməyə gəlirlər, üstəlik həftə sonu, özlərini başa düşməyə və ümumi problemlər ətrafında birləşməyə çalışdıqları mükəmməl bir komandayla isə gedirlər. Bu filmi nəyin belə özəl etdiyini bilmirəm, amma bu mənasız göz yaşlarının olmadığı maraqlı tineycer filmlərindən biridir, kontrastlı personajları və bizim üçün o yaşlardakına bənzər problemləri var.

"Ferris Byullerin istirahət günündə" isə gənclik və gözəlliyi ilə övünən Mettyu Broderik bizə bir günü unudulmaz etmək üçün necə əylənmək lazım olduğu haqda danışacaq. Diqqət, izlədikdən sonra dərhal xəstəlik icazəsi alıb, fleş karta 80-ci illərin bütün hitlərini yazmaq və macəra axtarışına getmək istəyəcəksiniz. Bu filmin əsas səhnəsi Deadpool'daki başlıqlardan sonrakı səhnəni izləyərkən bütün komiks sevərlər üçün uzun bir "Aaaaa" meydana gətirdi. Bəli-bəli, həmin xalat - bizim qəhrəmanımıza birbaşa göndərişdir!

Siyahını zənginləşdirmək üçün "Kiçik bir xəyal qur" filmini tövsiyə edirəm - burada baş qəhrəman 80-ci illərin sonlarının stil ikonudur. Hekayə bizə yaşlılara hörmət etməsək və əgər təsadüfən onlarla bədənimiz dəyişərsə nələr ola biləcəyindən danışır. Maraqlı fakt: bu Kori Xeym və Kori Feldmanın birlikdə çəkildiləri səkkiz filmdən üçüncüsüdür. 80-ci illərin sonlarında gənc duet məşhurluqdan istifadə etdi və "İki Kori" adını aldılar.

Və son olaraq. Məzuniyyətdən sonra məktəb dostları necə olur? "Müqəddəs Elmin ocaqları" filmi bu haqda əla danışır. Burada siz bir çox tanış sima, həmçinin ""Səhər yeməyi"klubu"nun ulduzları Emilio Estevesa, Cadda Nelson və Elli Şidini də görəcəksiniz. Şəxsən mən filmi çox bəyəndim, mənə elə gəlir ki, həyatda da belə baş verir: siz sadəcə öz yerinizi axtarırsınız və hərdən yollarınız kəsişmir. Burada HƏMİN ROMANTİKA olmayacaq, lakin burada tanımadığı və dəhşətli yetkin həyatına daxil olmaq üçün çox qorxan şaşqın insanların olması kifayətdir.

Necə qurulub: Sintetik

Necə qurulub: Sintetik

Like a local: Rotterdam

Like a local: Rotterdam

Növbəti paylaşım
Top