17.12.18

Baku Afisha məsləhət görür: Dinamo Hoteldə səhər yeməkləri

Məkanlar, Qida, İlham
Baku Afisha məsləhət görür: Dinamo Hoteldə səhər yeməkləri

Əməkdaşlıq materialı

Səhər yeməyi - dadlı yeməyi sevənlər üçün günün ən gözəl vaxtıdır! Bu günlərdə Baku Afisha redaksiyası Dinamo otelə baş çəkdi və qeyri-adi qastronomik ləzzətləri sevənlərin buraya gəlmək üçün səbəblərini aşkara çıxardı.

Birinci səbəb: Hər bir mətbəx şefdən başlayır. Olimpiya restoranında kulinariya orkestrinin dirijorluğunu Mişlen ulduzu sahibi Devid Mottl edir. Bavariyada (Almaniy) balaca şəhər sakini Devid öz heyrətləndirici iş təcrübəsi ilə ən məşhur alman şeflərindən biridir. Öz 25 illik kariyerası müddətində Devid bütün dünyada ən yaxşı otel restoranlarında işləyib.


İkinci səbəb: Mişlen ulduzlu şefin təqdimatında səhər yeməkləri - ilk növbədə tam dolğun və balanslı bir menyudur. Burada sizi milli səhər yeməklərini sevənlər üçün hazır setlər, həmçinin pankeykli və ya incə blinli amerikan və rus setləri və Kontinental set gözləyir.Dinamoda səhər yeməyini həftə içi 06:30-dan 11:30-dək, həftə sonları isə uzun yuxuları sevənlər üçün 06:30-dan 14:00-dək verirlər. Masa sifarişi üçün (+99412) 377 20 00 nömrəsinə zəng edin və ya elektron poçtla müraciət edin: info.dinamo@absheronhotelgroup.com 


Üçüncü səbəb: Sağlam qidalanmağa üstünlük verənlər üçün xüsusi set - Wellness Breakfast hazırlanır. Onun tərkibində yağsız qatıq, myusli, yulaf sıyığı, meyvələr, ispanaq və pomidorlu omlet var.


Dördüncü səbəb: Şef Devid öz qonaqlarını müəllif səhər yeməkləri ilə də sevindirməyi xoşlayır. Kral krevetlərlə omlet, "brioş" ilə təqdim olunan fua qra ilə qızarmış yumurta ləzzət kontrastı qurmanlarını xoş təəccübləndirəcək.


Beşinci səbəb: Abhava. Dinamo - tarixi olan bir məkandır. Otel hələ 1930-cu ildə tikilmiş "Dinamo İdman Cəmiyyətinin" binasında yerləşir. Konstruktivizm və əlvan rənglər - Dinamonun qeyri-adi dizaynına ilk baxışdan aşiq olacaqsınız.


Çin-Çin: Bayram masası üçün 10 alkoqollu içki

Çin-Çin: Bayram masası üçün 10 alkoqollu içki

Hüsniyyə ilə bişiririk: Yeni il süfrəsi üçün 3 resept

Hüsniyyə ilə bişiririk: Yeni il süfrəsi üçün 3 resept

Növbəti paylaşım
Top