10.04.19

Baku Fashion Expo 2019 – niyə ölkənin ən iddialı Dəb tədbiridir?

İnsanlar, Məkanlar, Stil, İlham
Baku Fashion Expo 2019 – niyə ölkənin ən iddialı Dəb tədbiridir?

“Bakıda dəb nə gəzir”, “Bakıda möhtəşəm dəb tədbiri? Zarafat edirsiniz!” biz bu kimi fikirləri hal-hazırda sizin beyninizdə oxuyuruq. Sizi başa düşürük və sizinlə  tamamilə razıyıq, çünki bu günədək dünya standartlarına uyğun dəb tədbiri hələ ki keçirilməmişdir (əksəriyyətimiz Tbilisidə keçirilən Moda Həftələrinə qatıldıqdan sonra dünya standartları ilə tanış olmuşdur). 

Yaxşı, bəs bu Bakı Fashion Expo hansı səbəbdən bizə maraqlı olmalıdır? Tələsməyin, indi bir-bir izah edəcəyik:

Təşkilatçı kimdir? – bu tədbir Azərbaycan Dəb Dizaynerləri Assosiasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunur. Eyni zamanda İtaliya Səfirliyi ilə sıx əməkdaşlıq aparılır.

Beynəlxalq səviyyə dedikdə nə nəzərdə tutulur?

  • İtaliyadan Versace markasının kolleksioneri olan Alexandre Stefani öz böyük vintaj kolleksiyasını bizə təqdim edəcəkdir
  • Vogue, Harper’s Bazaar, Elle, L’Officiel kimi jurnallarla işləyən xarici fotoqraflar gəlir
  • PR, Fashion üzrə xarici ekspertlər öz təcrübələri ilə bölüşəcəkdir

Bəs yerli həmkarlarımızdan kimlər olacaq? – uzun müddət çalışan dizaynerlərimiz və həmçinin yeni yaranmış, lakin qısa müddətdə çoxlarının diqqətini çəkən yerli dizaynerlərimiz yeni kolleksiyalarını podiumda nümayış etdirəcəklər.

Daha nələr olacaq? – xarici ekspertlərin iştirakı ilə maraqlı “Fashion Talks” olacaq. Vogue, Harper’s Bazaar, Elle, L’Officiel kimi jurmallarla çalışan bloqqer, fotoqraf və PR nümayəndələri ilə yaxından ünsiyyət, tanışlıq və həmçinin Pop-Up Store olacaq. Odur ki, gələndə üstünüzdə nəğd pul götürün.

Harada və nə zaman? – 24-27 May (4 gün) Müğam Mərkəzində (Bulvarda yerləşən)

Və ən əsas suala cavab –  giriş ÖDƏNİŞSİZDİR!

Son söz – dostlar, bu həqiqətən çox düşünülmüş və və nəhəng proqramdır. Böyük təcrübəsi olan xarici ekspertlərlə görüşü nəbadə qaçırasınız (təəssüf ki, Bakıya bu cür ekspertlərin yolu düşmür adətən!).Mütləq zaman ayırıb gəlin!

DƏBdə qalmaq diləyi ilə,

Sabina M. Atayeva

Çox az qalıb! Formula-1 haqqında nə bilirsən?

Çox az qalıb! Formula-1 haqqında nə bilirsən?

12-13-14 aprel üçün 8 məşğuliyyət

12-13-14 aprel üçün 8 məşğuliyyət

Növbəti paylaşım

Oxşar paylaşımlar

Top