#AUTUMN
02.08.18

Sağlam ol: Depressiyalı uşağa necə kömək etmək olar?

İnsanlar, Sağlam həyat
Sağlam ol: Depressiyalı uşağa necə kömək etmək olar?

Qəbul imtahanları sezonu və dərs ilinin yaxınlaşması uşağınızın psixi sağlamlığını düşünməyin əsl vaxtıdır. Baku Afisha psixiatr Əziz Mustafayev və ailə psixoloqu Səbinə Abdullayeva ilə uşaqlarımıza necə kömək etmək haqqında danışdı:

  • Uşaqda sui-qəsd düşüncələrinin olduğunu necə anlamaq olar?

Əziz Mustafayev: Sui-qəsd fikirli uşaqlar qəmli və ya qaranlıq olurlar. Dərslər, idman və hobbi onlara artıq maraqsız gəlir. Münasibətdən qaçan uşaqlar, bədənlərində xoşagəlməz hisslərdən şikayət edirlər.

  • Uşaqda depressiyanın əsas əlamətləri nələrdir?

Əziz Mustafayev: Aqressiya, əsəbilik, hirs, davranış pozulması, sui-qəsd haqqında söhbətlər və özünə zərər vermə cəhdləri.

  • Uşağın psixoloji sağlamlığına xüsusi diqqət ayırmalı olduğumuz müəyyən yaş ərəfəsi varmı?

Əziz Mustafayev: Hər yaşda uşağın sağlamlığına diqqət etmək lazımdır.

  • İlk növbədə hansı həkimə müraciət etmək lazımdır?

Əziz Mustafayev: Mütləq psixiatra. Depressiya psixik pozuntudur. Erkən yaşda onu bipolyar pozuntu ilə qarışdırırlar. Özünü müalicə ilə məşğul olmaq olmaz. Əgər sualınız varsa, hər yaşda psixiatra müraciət etmək olar. Həmçinin valideynlər özləri haqda da düşünməlidirlər, çünki uşaq psixikası böyüklərin problemlərinə qarşı daha həssasdır. 

  • Abituriyent valideynlərinə nə məsləhət görərdiniz?

Əziz Mustafayev: Ən önəmli məsləhət abituriyentlərədir: bir uğursuz imtahan sizi pis, uğurlu isə sizi yaxşı biri etmir. Xəyal edin, əldə edin və heç vaxt təslim olmayın!

Depressiyaya göz yummaq olmaz

  • Uşaq depressiyasına niyə göz yummaq olmaz?

Əziz Mustafayev: Yaşından asılı olmayaraq depressiyaya göz yummaq olmaz. Dünyada ürək xəstəliklərindən sonra ikinci yerdə depressiyanın gəlməsini nəzərə alaraq, ona olduqca ciddi yanaşmaq lazımdır. Əgər söhbət depressiyadan gedirsə, onda mütləq psixiatra müraciət edilməlidir. Depressiyanı bipolyar pozuntudan (depressiv və manik faza dəyişimi), uşaq şizofreniyası, (şəxsiyyət pozulması) psixogen travma, ailədə, təhsildə problemlərdən ayırmaq lazımdır.

  • Uşağı xalq təbabətiylə müalicə etmək olarmı? Bu cür yanaşma psixikaya daha böyük ziyan vura bilərmi?

Əziz Mustafayev: Çıldağa getmək gülməlidir, bununla depressiya müalicə olunmaz. Bu gün internet var, lazım olan mütəxəssisi və onun haqda məlumatı tapmaq olar. Медпросовет, Virtual medical house, Virtual Hospital kimi tibbi qruplara yazmaq olar. Söhbət tibbi problemlərdən gedirsə, yalnız həkimi dinləmək lazımdır. 

  • Hansı yaşda mütləq həkimə getmək lazımdır?

Əziz Mustafayev: Depressiya inkişafının faktorları bioloji sosial və ya psixoloji ola bilər, ona görə də hər yaşda ona rast gəlmək olar.

  • Abituriyent valideynlərinə nə məsləhət görərdiniz?

Səbinə Abdullayeva: Ən önəmli məsləhət məktəb həyatının son bir neçə ili ərzində uşaqda düzgün fikir formalaşdırmaqdır. Seçimi nə olursa olsun, testlərin nəticələrindən və onun necə olduğundan asılı olmayaraq onu dəstəklədiyinizi göstərmək lazımdır: əgər istədiyi və ya istəmədiyi yerə qəbul olar və ya heç qəbul olmazsa.

Abituriyentin hazırlaşdığı bütün bu ərəfədə valideyn aktiv bir şəkildə öz dəstəyini göstərməlidir: bəli, əgər sən qəbul olsan mən sevinərəm, ancaq qəbul olmasan da sevinərəm, çünki əgər gələn il başqa peşə və istiqamət seçmək istəsən, sənin hələ fürsətlərin olacaq.

Bunların son bir və ya iki ildə olmaması çox önəmlidir, əgər bu günə qədər valideyn tamamilə başqa sözlər deyirdisə, yalnız instituta qəbul olma faktını seçirdisə və başqa bütün imkanlara qiymət vermirdisə bu o qədər də təsirli olmaz.

  • Valideynlər ilk növbədə nə etməlidirlər?

Əgər valideyn uşağa dəstək olmaqda çətinlik çəkirsə, vaxt və maddi imkan varsa, bu müddətdə psixoloji kömək almaqları daha yaxşı olar.

  • Uşaqda depressiyanın əsas əlamətləri nələrdir?

Davranış, qidalanma, münasibət, yuxular, əhval, düşünmə sürəti, hərəkət sürəti, obyektiv səbəbi olmayan xəstəliklər və xəstəlik vəziyyəti, vərdişlərin dəyişməsi, yuxu/gümrahlıq rejiminin dəyişməsi, ətrafdakı fiziki faktorlara həssaslıq: səs, ağrı, iqlim, məkan, dərs rejimi, yaddaş problemləri, qəmginlik, özünə qapanma, dostlar və ya digər yaxınlarla əvvəlki münasibətdən uzaqlaşma.

  • Hansı yaşda mütləq həkimə müraciət etmək lazımdır?

Uşağın psixi sağlamlığı haqqında şübhələr yarandıqda həkim-psixiatra (yaşayış yerinə və ya şəxsi qaydaya görə) müraciət etmək lazımdır.

Valideyndə və ya yaxın ətrafda psixi sağlamlıq barədə şübhələr uşağın hər yaşında yarana bilər. Və uşaq özü köməyə ehtiyacı olduğunu dediyi zaman, əgər onda əvvəllər olmayan şeylərin baş verdiyini və bunu onu qorxutduğunu deyirsə. Müəyyən bir yaşa qədər uşaqlar öz vəziyyətlərini və reaksiyalarını qiymətləndirə bilmirlər.

Hər bir yetkin bunu dərk etmir, kənardan kimsə sağlamlıqla mübarizə edə bilmədikdə, davranış və əhval-ruhiyyədə heç bir dəyişiklik hiss etməyərək dəstək verir. Uşaq üçün valideynlər onlarda baş verən dəyişikliklərə qarşı həssas olan ən yaxın insanlardır.

Mən tez-tez heç olmasa dərs ilinin sonunda ailənizi, uşaqlarınızı nəzarətdə saxlayan və uşaqları müxtəlif yaşlarında görən, inkişaf və dinamikasını seçə bilən yaxşı bir ailə psixoloquna getməyi məsləhət görürəm. Əgər hər şey qaydasındadırsa, 5 il sonra sizin 5 ailəvi konsultasiyanız olacaq. Əgər nə isə yolunda getmirsə, psixoloq və ya psixiatr sizə nəyin qaydasında olmadığını, bu və ya digər bir hadisədə nəyə diqqət etmənizi söyləyəcək.

  • Uşağın psixoloji sağlamlığına nə zaman xüsusi diqqət etmək lazımdır?

Səbinə Abdullayeva: Ən vacib psixika strukturunun formalaşdığı yaş 3 yaşa qədərdir. Ən aktiv yaş isə uşağın ilk bir-bir il yarım vaxtıdır. Onlar onun gələcək şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır.

Bununla bərabər uşağın hər yaşı önəmlidir. Əgər hər hansı bir tapşırıq əvvəllər yerinə yetirilməyibsə, onda bunu prosesdə etmək lazımdır. Müəyyən psixi struktur inkişafı tapşırıqları sonralara saxlanılır. Ona görə də uşaqların valideynlərlə keçirdiyi bütün həyat periodu valideynlərin məsuliyyət və "tamamlamaq" imkanı periodudur.

Yeniyetmə yaşa qədər münasibətlərin formalaşmasına daha çox zaman ayırmaq lazımdır, çünki yeniyetmə yaşdan sonra daha çətin olacaq. Yeniyetmə yaşa qədər qurulmuş münasibətlər əsasında isə uşaq artıq yeniyetmə yaşında daha çox başa çıxa bilər, çünki onun artıq münasibət dəyərləri, böyüklərə inamı formalaşmış olacaq.

Ona görə də uşağın həyatının ilk 5 ilində uşaqla münasibətdə nə isə yolunda getməyibsə, bunu 10-12 yaşa qədər düzəltmək olar. Bu çox vacib bir məsləhətdir, çünki bu münasibətlərin rahat yaşandığı, yeniyetmə yaşda və daha sonraların da buna dayandığı bir yaşdır.

  • Depressiyada olan uşaqla necə münasibət qurmaq lazımdır?

Səbinə Abdullayeva: Müalicə vaxtı onlarla daha öncədən olduğu kimi münasibət qurmaq lazımdır, digər tərəfdən də hər şey individual xüsusiyyətlərdən, yaşdan asılıdır - hansısa yaşda onlar daha çox münasibətdə olmağı, hansında isə münasibətdən qaçmağı üstün tuturlar. Ona görə də münasibəti qaydada saxlamaq üçün diqqətli olmaq lazımdır.

Əslində isə uşaqla danışmaq təkcə diaqnoz üçün və ya xəstə biriylə deyil, ümumiyyətlə olmalıdır. Çünki biz öz ailəmizin ağır xəstə olan və ya ömrünün sonlarına yaxınlaşan bir üzvü ilə danışmağa başladıqda çox da yaxşı olmayan vərdiş yaranır.

Bu pis vərdişdir, danışmaq hər zaman lazımdır. Yoxsa uşaqlarda sırf danışmaq üçün xəstələnmək vərdişi yaranır. Həm xəstəlikdən öncə, həm də hər cür fiziki və psixi xəstəlik zamanı danışmaq lazımdır.

Söhbət etmək və öz ailə üzvlərinizlə münasibətdə olmaq vərdişini ailə yarandığı gündən, hər gün və ya həftədə bir neçə gün formalaşdırmaq lazımdır. Bu bir işdir, hər zaman təbii yolla alınmır. Bunün üçün vaxt ayırmaq, öz iş qrafikinə yazmaq, bu həftə bu uşaqla neçə saat, digərilə neçə saat vaxt keçirdiyini hesablamaq lazımdır.

Aydındır ki, ruhi xəstəliklər ünsiyyətə bağlı olan izləri təxirə salır və buna görə də, uşağın xüsusiyyətlərinə və depressiya səviyyəsindən asılı olaraq, ondan soruşmaqla, qarşılıqla əlaqə saxlamaqla, bütün həyatı boyu qurulmalı olan ünsiyyəti qurmaq lazımdır. Və sağaldıqdan sonra da qalacaq ünsiyyət. Bu etibarlı münasibətlərin sütunu olacaq.

  • Özümüz kömək edə bilərikmi?

Səbinə Abdullayeva: Valideynin səlahiyyəti, onun təhsili, və yaxınlarında depressiya müşahidə təcrübəsindən asılı olaraq həm psixiatr, həm də psixoloqa müraciət etmək olar. Tibbi terapiya və klinik şəraitin differensial diaqnozu halında psixoloq xəstəni psixiatra yönəldir. Psixiatr da əgər xəstə başından bəri ona müraciət edərsə, eyni şəkildə bu işi qəbul edir.

Əgər endogen depressiyadırsa heç cür kömək etmək olmaz. Bu tibb yoluyla müalicə olunur. Bəzən başqa proseslərlə əlaqəli olur. Bu cür həyatımızdakı müəyyən situasiyalar və hadisələrdən sonra yaranan depressiyalar tibbi dəstəkdən əlavə, psixoloji kömək də tələb edirlər. Bu insan özünü daha yaxşı hiss edənədək davam edir.

İlk növbədə burada hər şey uşaqların valideynlərlə qarşılıqlı münasibətindən asılıdır. Heç vaxt heç nədən narahat olmayan valideynlər bu vəziyyətdə narahat olmalıdırlar. Hər zaman həddən artıq narahatçılıq hiss edən valideynlərə isə özünü günahkar görməyi tövsiyə etmirəm. Burada qərarı mütəxəssislərin: psixoloq və psixiatrların əlinə verib, hər şeyi müəyyən alqoritm üzrə etməliyik.

Öz növbəsində onlar ailədəki münasibətin xarakterini dəyişir və ya depressiya hər hansı bir situasiyadan sonra yaranıbsa, onu tapmağa kömək edir.

Depressiyanın əsas əlamətləri:

  • Əhvalın dəyişməsi: uşaq özünə qapana bilər
  • Hərəkət dəyişikliyi: hərəkət sürəti dəyişir
  • Düşünmə ləngiməsi

Ancaq depressiya hər zaman bu cür olmur. Uşaqlarda depressiya heç kimin diaqnoz qoya bilmədiyi daxili xəstəlik vəziyyəti, daxili xəstəliklərlə maskalanır. Bu somatizasiya olunmuş depressiyadır. O başağrısı, iştah kəsilməsi, yuxusuzluq, həzmlə bağlı problemlər, zəiflik, yorğunluq, qarında ağrı kimi özünü göstərə bilər.

Uşaq əgər dostlarla əlaqəni kəsirsə, həmçinin yaşıdlarla ünsiyyət pozula bilər. Koqnitiv fəaliyyət pozulur, uşaq məktəb və ya universitetdə yaxşı oxuya bilmir və geridə qalır.

Depressiya məktəb zorakılığının nəticəsində də yarana bilər və əksinə, depressiv vəziyyət və ya uşaqlarda çox yayılmamış digər xəstəlik vəziyyətləri təzyiqlərə səbəb ola bilər. Bir uşaq liderlikdə deyilsə və ya liderlik mövqesini itirirsə, ancaq həvəs və istəkləri varsa, bunun nəticəsində də depressiyaya düşə bilər.

Depressiya sezonluq ola bilər, heç nədən asılı olmaya da bilər

Depressiya sezonluq ola bilər, payızda daha da ağırlaşsa, ancaq heç nədən asılı olmaya da bilər. Psixikaya zərər verən hadisələrdən də asılı ola bilər. Birdən-birə vərdişlər dəyişə bilər, uşaq əvvəl sevdiyi şeyləri artıq sevməyə bilər. Bu nüans və detalları diqqətli valideynlər görə bilərlər.

  • Uşaqda sui-qəsd düşüncələrinin olduğunu necə anlamaq olar?

Səbinə Abdullayeva: Valideynlərlə etibarlı bir münasibət varsa, uşaq daxili dünyasında çətinlik və dəyişiklik hiss etdiyi zaman, bunu onlarla paylaşacaq. Digər hallarda bu cür düşüncənin mövcudluğunu, uşağın sui-qəsdin hansı dərəcəsində olduğunu anlamaq çox çətindir. 

Bu valideynlərlə formalaşmamış münasibətin nəticəsi ola bilər. Çünki uşaqda kömək üçün valideynə müraciət vərdişi formalaşmayıb. Əvvəlki müraciətlərin neqativliyini nəzərə alaraq, uşaq böyüklərə problem yaratmaqdansa, özü öhdəsindən gəlməyə çalışır. Bu halda valideyn sui-qəsd düşüncələrini heç cür başa düşə bilməz. 

Qalan bütün hallarda uşaqlar bu və ya digər açıqlıq dərəcəsində çətinliyi nümayiş etdirə bilərlər və bununla də nəyinsə yolunda getmədiyini anlamaq və vaxtında mütəxəssisə müraciət etmək olar. 

Valideyn narahat olmağa və nəsə hiss etməyə başladıqda, çətinliklər haqda sual verə, kömək təklif edə bilər, ancaq buna olduqca ehtiyatlı və israrla etmək lazımdır. Uşaq cavab verənə, kömək və dəstəyə ehtiyacı olduğunu, nədən qorxub, çəkindiyini deyənə qədər. 

Düzgün ailə münasibətləri sui-qəsdin profilaktikasıdır

Düzgün ailə münasibətləri sui-qəsdin ən güvənli profilaktikasıdır. Ancaq hətta bu şərtlərdə belə elə hallar olur ki, heç nə etmək olmur və situasiyadan sonrakı analizdə məlum olur ki, bu elə bir situasiyadır ki, öncədən qarşısını almaq və həyatını qoruyub saxlamaq mümkün olmayacaqdı.

Ancaq sui-qəsdlərin çoxu mövcud olduğu uzun bir zaman ərzində diqqətə almamağın nəticəsidir; uşağın münasibətində, inkişaf, sevgi və qəbul olunmasında vacib ehtiyaclar, məhdudlaşdırılma ehtiyacları. Yeniyetmə yaşlarda etiraz davranışları göstərmək və dəyərlərini, öz fikirləri və mövqelərini, həyat mühitində yaratmaq imkanları. Bu uşaqda psixoloji və fiziki xarakterli travmaların nəticəsidir.

Müəyyən bir dərəcədə isə bu genetik yerləşmədir: valideynlərdən birində depressiya epizodları olubsa, uşaqda depressiya olma şansı 50% olur. Həmçinin ailədə kimdəsə sui-qəsd olubsa bunun da təkrarlanması şansı, hadisənin heç yaşanmadığı ailələrə nisbətən daha yüksəkdir. Ona görə də bu faktorlara diqqət etmək və uzunmüddətli periodda həyat şərtlərini, münasibət tərzini, ailə və münasibət formalaşması dəyərlərini  dəyişmək lazımdır.

Dondurma və reyhanlı çiyələkli şorba

Dondurma və reyhanlı çiyələkli şorba

3-4-5 avqust üçün 4 məşğuliyyət

3-4-5 avqust üçün 4 məşğuliyyət

Növbəti paylaşım

Oxşar paylaşımlar

Top