25.12.18

Necə də rəngli, o gədər də yaxşı

Stil, İlham, Qış
Necə də rəngli, o gədər də yaxşı

Random Choicez bloqunun müəllifi - Darina əlvan rənglərdən qorxmamaq və onları makyaj çantamıza əlavə etmək haqda danışır:

Mən əlvan tenlərdən istifadə edirəm - və bu normaldır

Gözəllik dünyası ilə hər hansı bir əlaqəsi olan insan əlvan ten gördükdə ağlına gələn ilk şey bu olur - O! 80-ci illər! Bu belədir, ancaq qismən. Xarici görünüşdə - makiyajdan geyimə və aksesuarlaradək rəssamlıq vasitələrindən istifadə edilməsi doğurdan da 80-ci illərə aparır, ancaq "danışan" detalları ayrı-ayrılıqda istifadə etsək, 2018-ə uyğun görünmək olar. Əgər məqsədiniz stilizasiya yaratmaqdırsa, onda hamısını birlikdə edin.

Təcrübə 

Əlvan göz makiyajının gözəl görünməsi üçün bunlar vacibdir:

  • Üz tonunun bərabər olmasına diqqət etmək. Çox miqdarda tonal krem və maskalayan vasitələrdən istifadə deyil, fərah və hamar bir üz.
  • Üz üçün maksimal dərəcədə yüngül teksturalar istifadə etmək: əgər haylayterdirsə, stik və ya nəm, ənlikdirsə, kuşon.
  • Düzgün rəng ötürməsi və dayanıqlıq üçün  - ten üçün altlıqdan istifadə etmək lazımdır. Baza və ya neytral tonda olan tonlar bu vəzifəni görə bilər. 
  • Qələmi yuxarı doğru çəkməyin, tuşdan çox istifadə etməyin. Çünki bu cür hallarda fokus tendə olmayacaq.

Nə istifadə etmək:

Əlvan rəngləri sınaqdan keçirmək əyləncəli olduğuna görə, içərisində bir neçə əlvan rəng olan palet seçmək ən yaxşısıdır. Həm də içində adi anlayışa görə bir dənə də olsun normal rəng olmayan palet. Ancaq belə olarsa ən əlvanlara sıra gələr. 

Smashbox, Urban Decay, NYX Professional Make-up, Violet Voss palitraları.


Sulu tenlər vaxtına dəyər verənlər və yaymaqla məşğul olmaq istəməyənlər üçündür. Onları həm sponc, həm də barmaqla çəkmək olar - belə etdikdə qatı daha tez doldurmaq olur. Hamını öncədən xəbərdarlıq edim ki, sulu tenin axmasına bir çarə yoxdur - 15 dəqiqə şəkil üçün olar, ancaq uzunmüddətli perspektivdə buna öyrəşmək lazımdır. 

Göz parladıcıları Glazed&Confused Eye gloss, NYX Professional make-up, holoqrafik Stila, 3INA, Bobby Brown.


Əlvan makiyajla dörd obraz

Nəm effektli göz makiyajı - bu cür nəticə ala biləcəyimiz məhsullar haqda artıq danışmışıq. Qradiyentdə çox düşünmədən ən yaxşısı göz üçün bir rəngdə parladıcı istifadə etməkdir. Arzu etdikdə "nəm effektini" hər hansı bir krem tenlə universal göz parladıcısının köməyilə də vermək olar.


Cəsarətli olanlar üçün - əlvan tenlərdən əlvan ənliyə keçid. Belə makiyaj super-marketə getməkdən daha çox axşam bir yerə getmək üçün uyğundur, ancaq xoşbəxtlikdən şəhərimizdə bayram əhvalında görünmək üçün səbəblər daha da çoxalır və niyə belə əhvalda olduğunu başa salmaq üçün səbəblər isə azalır.


Eynitonlu, mat, əlvan - təzə başlayanlar üçün yaxşı variantdır - sulu tenlər kimi istifadəsi də asandır. Mənim favoritim əlvan rəngləri qara, qəhvəyi və ya hər hansı bir adət etdiyimiz rənglər əlavə etmədən çəkməkdir.

Alt kirpiklərin uzunluğu boyunca əlvan tenlər - bəli! Əgər tuşsuz çətindirsə, onda bu cür variant işə yarayar: istədiyiniz hər şeyi üst kirpiklərinizə çəkin, alt konturu isə əlvan tenlərlə çəkin. Tenin çox qrafik görünməməsi üçün bir az xətt buraxaraq yayın.


Əlvan makiyaj ancaq siz onda qeyri-adi qorxulu bir şey olmadığına və özünü ifadənin qara və ağla bitmədiyinə inandığınız zaman gözəl görünür. Yoxlayın - bu əyləncəli və normaldır.

Xoş izləmələr: 7 yeni il filmi

Xoş izləmələr: 7 yeni il filmi

DƏBDƏyəm: Trenddə olan obrazların icmalı

DƏBDƏyəm: Trenddə olan obrazların icmalı

Növbəti paylaşım
Top