#WINTER
05.02.19

Nə dinləyək: Parcels

İnsanlar, İlham
Nə dinləyək: Parcels

Bugün çox uzatmadan sizi Baku Afisha oxuyucusu - Murad Quliyevin sevdiyi qrupla tanış edəcəyik. Murad bizimlə Praqada hər gün səhər və axşam dinlədiyi musiqini paylaşdı. 

Salam! Mənim adım Murad Quliyevdir, mən Bakılıyam, Praqada yaşayıram və aşpazam.  Şəkil çəkməyi, bişirməyi, Avropa filmlərini izləməyi, həmçinin özüm üçün yeni ifaçılar kəşf etməyi çox sevirəm. 

Parcels - bütün komanda ilə günəşli Sidneydən Berlinə köçən beş istedadlı dostdan ibarət bir qrupdur. Öz qərarlarını onlar ilk öncə Avropada yay fəslində çoxsaylı festivalların keçirilməsi və bu festivallarda iştirak etmək azuları ilə izah etdilər. Qrupun iştirakçıları öz musiqilərini  disko, hip-hop, elektron və soul musiqilərinin miksi adlandırırlar. Təxminən üç ay əvvəl qrup "Parcels" və ilk sinqllardan biri olan "Overnight"a Daft Punk qrupunun prodüserlik etdiyi albomunu buraxdı.

Mən ilk dəfə iki il əvvəl bu qrupun musiqisinə rast gəldim. Dinlədim, bəyəndim və öz səhifəmdə paylaşdım ki, yaddan çıxarmayım. Bir neçə ay əvvəl isə Praqaya gələcəklərini öyrəndim və bilet almağa qərar verdim. Bir ay öncə onların möhtəşəm konsertində oldum. Oradan heyranlıqa ayrıldım. Konsertdən sonra qrupun debüt albomunu aldım və hətta qrupun iştirakçılarından biri ilə danışıb, bu cür konsert üçün biletin çox ucuz olduğunu söylədim. Bəlkə də mənim sözlərim onların gələcək çıxışlarına bilet qiymətlərinin artmasına səbəb olacaq. Bir sözlə bu mənim sevdiyim qrupdur. Ona görə də onların musiqisini sizinlə paylaşmaq istədim. Daft Punk sevənlərə və yüngül rəqs musiqisi istəyənlərə onları məsləhət görürəm. Xoş dinləmələr:



Görüş yerini dəyişmək olmaz: barmenlər günü

Görüş yerini dəyişmək olmaz: barmenlər günü

DƏBDƏyəm: Pop –Up Store nədir?

DƏBDƏyəm: Pop –Up Store nədir?

Növbəti paylaşım
Top