#AUTUMN
07.05.18

Dreypinq nədir?

İnsanlar, Stil, İlham
Dreypinq nədir?

Strobinq, beykinq və konturinqdən artıq yoruldunuz? Bloqer Random Choicez Baku Afisha oxuyucularına yeni olmasa da byuti-sənayedə digərlərinə nisbətən daha az istifadə olunan bir söz - dreypinq haqqında danışmağa tələsir.

Gözəllik dünyasında baş verən hər şeyi düzgün başa düşmək üçün qeyd etmək lazımdır ki, 2018-ci ildə artıq makiyajın sözün əsl mənasında yeni texnikalarını tapmaq olduqca çətindir.

Teksturalar üzərində işləyib, vasitələrin tərkibini daha da yaxşılaşdırmaq olar: onları daha dayanıqlı, zərif şəkildə dağılan, praktik olaraq ağırlaşmayan etmək, fırçaların hazırladığı materialları daha da mükəlləşdirmək olar, ancaq bir neçə min ildən çox yaşı olan makiyajda kardinal olaraq yeni nə isə kəşf etmək – real bir şey deyil.

  • Diskoteka başlayır!

Makiyaj nə qədər əlvan olarsa, bir o qədər 70-lərə doğru gedir. Bizim bu gün haqqında danışacağımız texnikanı 60-cı illərdə vizajist Vey Bendi istifadəyə başlayıb. Ancaq ulduz çıxışları ilə o 70-ci illərdə çox yayılmağa başladı. Devid Bouinin və Şerin  qabarıq saçları, əlvan ənlikləri və maraqlı səhnə obrazları – özünü ifadə etmək azadlığında, həmin dövrlərlə rəqabət etmək çətindir, ancaq istənilən qədər ilham ala bilərsiniz.

  • İndi dreypinqlə nələr baş verir?

Dreypinq ənlik köməyilə üz formasının strukturlaşması texnikasıdır. O, konturinqi hədsiz aktiv hesab edənlərə və daha yüngül makiyaja üstünlük verənlərə uyğun olacaq. İki il əvvəl Mark Ceykobs bir neçə tonda ənliklər çıxararaq, onu yenidən qaytarmağa çalışdı.

Professional vizajistlər onu unutmamışdılar, lakin byuti-haklara yeni bir nəfəs qatmaq üçün yeni məhsullar lazımdır. O zamandan oxşar paletlər çox buraxıldı, amma dreypinq və onun təbii gücü haqqında demək olar ki, yenə unutmuşdular.

Dreypinq – ənlik köməyilə üz formasının strukturlaşması texnikasıdır

  • Üzü necə "dreyp" etmək olar?

Dreypinq üçün sizə eyni tonlu müxtəlif dərinlikdə ənliklər və haylayter lazım olacaq. Həm krem, həm də toz teksturası uyğun gələcək:

  1. Yanağın alt hissəsini daha dərin bir ton ilə ayırırıq, kölgələyirik.
  2. Yanağın daha çıxıntılı hissəsini daha zərif bir kölgə ilə ayırırıq. İlk bənddəki kirşanla qarışdırırıq.
  3. Yanağın ən yüksək nöqtəsini haylayterlə vurğulayırıq.

Doğru effekt almaq üçün ilk bənddə konturinq fırçasından istifadə edin, ikincisində isə ənlik üçün. Yaxşıca yaymağı unutmayın.

Krem ənlikləri byuti-blenderlə yayırıq, ənənəvi kompakt ənliklərdən daha təbii effekt alınacaq.

Makiyajı daha təravətli etmək istəyirsiniz? Problem deyil, nəmli bir "bitişi" olan spreylə tamamlayırıq.

27-28-29 aprel üçün 5 məşğuliyyət

27-28-29 aprel üçün 5 məşğuliyyət

Bakını çək: Asya Aleksandrova ilə sketç-müsahibə

Bakını çək: Asya Aleksandrova ilə sketç-müsahibə

Növbəti paylaşım

Oxşar paylaşımlar

Top