07.03.19

City Guide: 8 martı harada keçirək

İnsanlar, Məkanlar, Qida, İlham
City Guide: 8 martı harada keçirək

Əməkdaşlıq materialı

Ən duyğulu və zərif yaz bayramı gəlir. Qadınlar günü bütün dünyada fərqli qeyd olunur: bəziləri bugün ilk sufrajistləri xatırlayır və feminizm haqda düşünür, bəziləri yeni üfüqlər kəşf etməyi və səyahəti, bəziləri isə evdə oturub, bayramı film və seriallara həsr etməyi seçir. 

Baku Afisha PASHA TRAVEL ilə birlikdə paytaxtda və ondan kənarda bu gözəl bayramı qeyd etmək üçün 12 yerdən ibarət bələdçi hazırlayıb. Başlayaq!

Ye, dua et, sev:

Vinyl 

  • Bir nəfər üçün qiymət: 55 manat
  • Masa sifarişi: (+994 55) 782 82 62 

Beynəlxalq Qadınlar gününü paytaxtın ən tərz qastro-kafesi Vinyl-də qeyd edin! 8 martda sizi xüsusi set-menyu, seçdiyiniz kokteyllər və istedadlı Leyla Əliyevadan canlı musiqi gözləyir. Gözəl bayramı sevgi və yaxşı əhval-ruhiyyə ilə keçirin.

На данном изображении может находиться: в помещении

People Livebar

  • Bir nəfər üçün qiymət: giriş sərbəstdir
  • Masa sifarişi: (+994 50) 710 00 11

Bu həftənin ən önəmli hadisəsi əlbəttə ki, Beynəlxalq Qadınlar günü olacaq. 8 martda People Livebar bu sezonun ən gözəl elementləri ilə bəzənib: çiçəklər və şamlar gözləyin. Baş aşpaz nəfis yeməklər hazırlayacaq, bar arxasında isə qonaqları müəllif içkilərinə qonaq edəcəklər. Sevimli xanımlarımız üçün əsas hədiyyə isə Narmin Karimbayova & Elnur Sax və Dj KillaJazzın romantik melodiyaları olacaq. 

Zafferano Restaurant 

  • Bir nəfər üçün qiymət: 85 manat
  • Masa sifarişi: (+994 12) 404 24 24

Qadınlar günü şərəfinə Zafferano restoranı hamını bayram Sparkling Brunch-a dəvət edir. Brançda canlı musiqi müşayiəti ilə geniş yemək seçimləri təqdim olunacaq. Əmin ola bilərsiniz, branç uşaqlarınızın da ürəyincə olacaq, axı Zafferano Restaurant onlara öz bufetlərinin olduğu ayrıca bir əyləncə yeri hazırlayıb. 

L'Avenue

  • İki nəfər üçün qiymət: 60 manat
  • Masa sifarişi: (+994 50) 294 15 15

L'Avenue restoranı 8 martı romantik abhavada və canlı musiqi ilə keçirməyi təklif edir. Axşamın qonaqlarını xiyar, şampan köpüyü və jülyenli istridyələr, həmçinin iki qədəh Prosecco gözləyir!

Jazz Club

  • Bir nəfər üçün qiymət: 149 manat
  • Masa sifarişi: (+994 55) 400 70 07

Beynəlxalq qadınlar günü - "Cazda yalnız qızlar"ı izləmək üçün əla səbəbdir. Üstəlik həmin gün The Jazz Club-da canlı caz-fank dinləmək olar. Axşamda 3 yeməkdən ibarət xüsusi menyu olacaq, barda isə kokteyllər hazırlayacaqlar. 

Öz qayğınıza qalın:

Excelsior Hotel & Spa Baku

  • Bir nəfər üçün qiymət: 59 manat
  • Masa sifarişi: (+994 50) 235 35 08

Excelsior Hotel & Spa Baku hamını Beynəlxalq qadınlar gününə həsr olunmuş axşamı canlı musiqi və bayram şam yeməyi ilə qeyd etməyə çağırır. Xoş bonus - bütün xanımlar Aura sağlamlıq mərkəzinə bir gedişlik sertifikat qazanacaqlar.

Dreamland Golf Hotel

  • Bir nəfər üçün qiymət: 50 manat
  • Masa sifarişi: (+994 12) 404 74 00 / (+994 50) 363 64 84

Əgər siz bayram gününü əyləncəli və zövqlə keçirmək istəyənlərdənsinizsə, Dreamland bayram tədbirinə yer sifariş edin. Burada sizi müasir interyer, qüsursuz mətbəx və hədiyyələr və sürprizlərlə xüsusi proqram gözləyir.

Dinamo Hotel

  • Bir nəfər üçün qiymət: 180 manat
  • Ətraflı məlumat: (+994 12) 377 20 00

Simone Bovuar deyirdi: "Qadın olaraq doğulmursan, qadın olursan". The Spa Dinamo Hotel bununla razıdır və özünü Afrodita kimi hiss etmək istəyən gözəl xanımlara xüsusi təkliflər təqdim edir.

На данном изображении может находиться: 1 человек, часть тела крупным планом

USL Club

  • Bir nəfər üçün qiymət: 
  • Masa sifarişi: (+994 12) 492 62 47 / (+994 51) 604 00 08

8 mart şərəfinə USL CLUB-da aksesuar düzəltmək üzrə master-klass olacaq. Burada sizi fyuzinq sobasında qeyri-adi şüşə bişirmə texnikası ilə tanış edəcəklər. Master-klassda iştirak etmək üçün lazım olan tək şey: cəsarət və biraz fantaziya.

Yola düşürük:

Camping Azerbaijan 

  • Bir nəfər üçün qiymət: 55 manat
  • Masa sifarişi: (+994 55) 284 46 22

Camping Azerbaijan uşaqları Beynəlxalq Qadınlar gününü İsmayılla rayonunun 1125 metr yüksəklikdə yerləşən uzaq kəndlərinə bir günlük səyahətlə qeyd etməyi təklif edirlər. Kəndlər Girdiman çayının sağ sahilində Lahıc yolunda yerləşirlər. Oralarda cəmi 25-30 ailə yaşayır.

На данном изображении может находиться: небо, гора, на улице и природа

Bayram Travel

  • Bir nəfər üçün qiymət: 88 manat
  • Yer sifarişi: (+994 51) 843 25 99 / (+994 77) 464 18 68

Qısa və dolu bir bayram üçün əla variant - Gürcüstana iki günlük tur. Tbilisi və Mtsxeta şəhərlərinin ən gözəl yerləri və təmiz havası sizə enerji toplamağa və gündəlik rutindən uzaqlaşıb, dincəlməyə kömək edəcək.

Ecotour 

  • Bir nəfər üçün qiymət: 15 manat
  • Ətraflı məlumat: (+994 55) 742 08 20

Ecotour "İçərişəhər" Dövlət tarixi-memarlıq qoruğunun mətbuat katibi, radio və televiziya aparıcısı Rahib Azəri ilə birlikdə bulvar üzrə gəzinti təklif edir. Bulvar estakadasından dənizə baxarkən və ya bağın kölgəsində skamyada oturarkən, hər biriniz bütün bunların necə başladığı və bizdən öncə burada nə olduğu haqda düşünəcəksiniz. Tarixin hər bir mərhələsi şəkillərlə yadda qalacaq. Onlara və bugün meqapolisin panoramasına baxaraq, siz öz tarixinizi və şəhərinizin tarixini xatırlayacaqsınız.


Bonus

BakuSightseeing.com

Əgər siz bayram gününün ailəvi istirahətə həsr etməyi planlayırsınızda, onda şəhər gəzintisini şənbə gününə keçirmək olar. 9 mart 12:00-da BakuSightseeing.com Azərbaycanın seçilmiş qadınlarına həsr olunmuş tur təşkil edəcəklər. Sizi qətiyyətli və cəsur qadınların taleyo haqda maraqlı hekayələr, həmçinin gəzintinin aktiv iştirakçılarını hədiyyələr gözləyir. Bələdçi ilə görüş yeri - İçərişəhər metro stansiyası.

Nə görürsən: incəsənətdə simvollar

Nə görürsən: incəsənətdə simvollar

Seçilmiş qadınlar haqqında 8 kitab

Seçilmiş qadınlar haqqında 8 kitab

Növbəti paylaşım
Top