#AUTUMN
21.08.18

Yaxşılıq et: kömək əlini uzat

Afişa, İnsanlar, İlham
Yaxşılıq et: kömək əlini uzat

Qurban bayramı ərəfəsində Baku Afisha kömək edə biləcəyiniz insanlar haqda danışacaq:

Bir komanda olmaq:

Biz Birlikdəyik komandası xeyirxah bir işə başladı - insanlara adi günlərdə və bayramlarda özünü tək hiss etməyə qoymamaq. Komandanın bir üzvü olmaq istəyirsiniz? Ehtiyacı olan insanlara geyim və ya yemək məhsulları almaqla kömək edə və ya burada könüllü ola bilərsiniz.

Uşaqlara kömək etmək:

Bu gün iki gözəl qızın, ağır xəstəliklə mübarizə aparan AmeliyaŞəmsin sizin köməyinizə ehtiyacı var.

22 avqust 10:00-dan 13:00-dək Bagda Organic Cafe & Shop-da (Mütləq bu nömrədə masa sifariş edin: +994 70 888 04 04) Ameliyaya dəstək üçün xeyriyyə səhər yeməyinə gedin, 23 avqust 12:00-dan 17:00-dək isə Nargiz TM, Dastan Kids Cluba gedin. MilliÖn terminalları və ya www.million.az saytından pul göndərmək olar: Bank of Baku, nömrə - 922688, doğum tarixi - 10.07.1992

25-26 avqust 09:00-dan 21:00-dək Landmark Hoteldə Şəmsə dəstək üçün yarmarka keçiriləcək. MilliÖn terminalları və ya www.million.az saytından pul göndərmək olar: üç hesabın rekvizitləri (Bank Respublika) :AZN - 380194400563029801; USD - 381184000563029802; EUR - 381197800563029803; şəxsiyyət vəsiqəsi  nömrəsi - AZE07895238.

Həmçinin siz qadın və uşaq sığınacağından istedadlı qız Dalidaya kömək edə bilərsiniz. Dalida universitetə qəbul olub, ilk təhsil ili üçün ona 1800 manat lazımdır. Pulu buradan onlayn göndərmək olar (öz adınızın yerinə Dalida Usova yazın).

SOS uşaq kəndi:

"SOS uşaq kəndləri" xeyriyyə təşkilatı - uşaq evlərinə bir alternativdir. Burada valideynsiz uşaqları ailə rahatlığı ilə təmin edirlər - uşaqlar SOS-analar, qardaş və bacılarla birlikdə ailə evlərində yaşayır, nəyinki böyümə və inkişaf üçün hər şey alır, həm də sevgi və qayğı görürlər. Azərbaycanda iki SOS-kənd var - Bakıda və Gəncədə. Uşaqlara soschildren.az saytında onlayn kömək əlinizi uzada bilərsiniz.

UAFA-nın Azərbaycana birləşmiş köməyi:

UAFA təşkilatı artıq 20 ildir ki, cəmiyyətin həssas təbəqəsindən olan Azərbaycanlı uşaqlara təhsil, tibb və bir çox başqa xidmətlərdə yardım göstərir. Təşkilatın əməkdaşları bütün ölkə üzrə işləyirlər, artıq 13,000 uşaq və 14,000 ailəyə kömək ediblər. İstəyən hər kəs UAFA-da könüllü ola bilər - bunun üçün UAFA-nın saytında formanı doldurmaq lazımdır. Evdən çıxmadan UAFA saytında da təşkilata kömək edə bilərsiniz.

Ümid.az

Xeyriyyə cəmiyyəti umid.az xeyirxah insanları bir yerə toplamağı qarşısına məqsəd qoydu. Ümid.az saytında hər zaman kömək edəcək birini tapmaq, təşkilatların son aksiyalarını oxumaq, şəkillərə baxmaq və həvəslənib könüllü olmaq olar. Təşkilatın Facebook səhifəsini izləyin ki, köməyə ehtiyac olduqda xəbəriniz olsun.

GÜVƏN Xeyriyyə və Dostluq Cəmiyyəti

GÜVƏN xeyriyyə təşkilatını yardıma ehtiyacı olan insanlara buna laqeyd qalmayan hər kəsin simasında dəstək və kömək etmək üçün zərif bir xanım - Nigar Bayramlı təşkil edib. Nigar öz qrupunda yardım toplayır və bölgələrdə ehtiyacı olanlara köməyə tələsir. Əgər siz də bu cəsur qıza kömək etmək istəyirsinizsə GÜVƏN təşkilatının FacebookInstagram səhifələrini izləyin. Həmçinin siz buraya ölçülərinizə uyğun gəlməyən və ya artıq dəbdə olmayan ancaq demək olar ki, təzə görünən geyimlərinizi də göndərə bilərsiniz.

Yaradıcı uşaqlara kömək əli uzatmaq

2018-ci ilin fevralında Yaradan rəqqaslar və rəssamlar komandası fiziki məhdudiyyəti olan uşaqlarda özünə inam yaratmaq üçün "Yaradıcı uşaqlar" xeyriyyə proyektinə başladılar. Proyektin təşkilatına psixoloqlar, yazıçılar, rəssamlar, fotoqraflar, aktyorlar və musiqiçilər cəlb olunub. Proyektə dəstək olmaq istəyirsinizsə - proyektin müəlliflərindən biri Nigar Rzayevanın "Yaradıcı" kitabını Ali and Nino, LIBRAFF və Kitab evindən (Nizami muzeyi yanında) ala bilərsiniz.

Dördayaqlı dostlara kömək

Evsiz heyvanlar da insanlar qədər köməyə möhtacdırlar. Azerbaijan Animal Rescue Center, Приют для бездомных животных «Друзья», BARS и Baku Street Dog Rescue sığınacaqlarında dördayaqlı dostlar yeni sahiblərini gözləyirlər. Əgər təzə dostunuzu özünüzlə evə apara bilmirsinizsə, onlara yemək yardımı edin - pul vermək və ya özünüzlə yem gətirmək olar.

24-25-26 avqust üçün 4 məşğuliyyət

24-25-26 avqust üçün 4 məşğuliyyət

Növbəti paylaşım
Top