#WINTER
28.11.18

DƏBDƏyəm: 2018-2019 Payız/Qış #streetstyle trendləri

İnsanlar, Stil, İlham, Qış
DƏBDƏyəm: 2018-2019 Payız/Qış #streetstyle trendləri

Salamlar! Xəbəriniz olsun ki, bu gündən etibarən Baku Afisha saytında yeni rubrikamızın, DƏBDƏyəm təməli qoyuldu. Mənim adım Səbinə M. Atayeva və mən artıq 4 ildir ki, luxout.net onlayn platformasının təsiçisi olaraq, dəb sahəsində çalışıram.

Bu rubrikada sizləri dünyada baş verən dəb qiybətləri, dəb biznesinin xəbərləri, Azərbaycanda çiçəklənməyə başlamaq istəyən yerli dizaynerlər, onların yaratdığı kolleksiyalar və qarşılaşdığı çətinliklər, eyni zamanda maraqlı insanlarla müsahibələr gözləyir. Bir sözlə, sizi DƏBDƏ saxlayan məlumatlarla bölüşəcəyik. Sizi maraqlandıran mövzular varsa, hello@bakuafisha.az  yazın.

Rubrikamızın ilk mövzusu 2018-2019 Payız/Qış #streetstyle trendləridir. Bu mövzuda biz xüsusi olaraq bizim azərbaycanlı qızlarımızın (Nəzrin AğarzayevaTuran Qarayeva) bir neçə gün öncə baş tutmuş Mercedes Benz Fashion Week Tbilisi –də olan #streetstyle look-larını örnək olaraq götürmək istərdik:

  • Kombinezonlar — bu il xüsusi olaraq “boş” duran və ya “oversize” olan modellər trendədir. Altından uzunboğaz sviter (el arasında “vodolazka”) geyinsəniz, lap dəbdə olacaqsınız.

  • “Oversize” trenç, kazak çəkmələr və tor çantalar — çiyinləri böyük trençlər (bunlar süni dəridən və ya sırıqlı parçadan ola bilər) + yüksək belli cins və ya adı şalvarlar, tor çantalar. Bəli, bəli, düz oxudunuz, tor çantaları artıq yalnız yayda deyil, payız/qış aylarında da götürə bilərsiniz.

  • Plisse ətəklər və uzunboğaz çəkmələr — qalın hündürdaban üzərində  uzunboğaz çəkmələr sizə 70-ci illərdən salam deyir və DƏBli kombin üçün dizdən aşağı plisse ətək tələb edir. Dabanın hündürlüyü 10sm-dən yuxarı olmamalıdır.

  • “Layered” və ya el arasında “kələm kimi geyinmək” — Azərbaycanda bu trendi bir çoxları sevmir, lakin onun dəbdə olmasını danmaq olmaz.  Köynək + pencək + trenç və ya palto = “Layered” tərzi.

  • El arasında “dutik” adlanan gödəkçələr — uzun, sırıqlı və printli modellər və mütləq şəkildə  altından  onun uzunluğunda olan ətək, don və  ya enli şalvarlarla uyğunlaşdırmaq lazımdır.

  • Ağ çəkmələr və enli şalvarlar, midi/maksi ətəklər — ağ çəkmələr bir neçə sezondur ki, öz hökmranlığını saxlayır, lakin Azərbaycanda son ildə qəbul edilmişdir.  Dabanı çox hündür olmamalıdır, burnu iti, dördbucaqlı və ya yumru ola bilər.

  • Obodoklar — bizə 90-cı illərdən salam verir və yavaş-yavaş DƏBDƏ  yerini tutur.  Bütün dünya brendləri artıq öz kolleksiyaları yaradıb və təbii ki, bizim azərbaycanlı brendlər də geri qalmayıb.

Necədir, bəyəndiniz? Amma, düzünü sizə deyim, bütün trendlərə uymayın, öz tərzinizi tapın. ;)


Yeniliklər: Hansı filmləri izləyək?

Yeniliklər: Hansı filmləri izləyək?

30-1-2 dekabr üçün 13 məşğuliyyət

30-1-2 dekabr üçün 13 məşğuliyyət

Növbəti paylaşım
Top