#WINTER
06.02.19

DƏBDƏyəm: Pop –Up Store nədir?

İnsanlar, Stil, İlham
DƏBDƏyəm: Pop –Up Store nədir?

Çoxları, elə özümüz daxil, bir vaxtadək düşünürdük ki, Pop-Up Store yalnız onlayn mağazalar tərəfindən keçirilir. Bəli, əvvəllər Pop-Up Store-lar xüsusi olaraq onlayn mağazalar və ya digər ölkələrdə qısa müddətdə fəaliyyət göstərirdi (adətən 2-3 gün).

Lakin, hal-hazırda biz, müştərilərin davranışı o qədər dəyişib ki, böyük tarixə malik “offlayn” mağazalar da Pop-Up Store formatını tətbiq etməyə başlayıb. Bu günki müştərilərə yalnız malın alqı satqısı maraqlı deyil, müştəri əlavə hisslər keçirmək itəyir. Bu hisslər müxtəlif ola bilər, məsələn, yeni, faydalı bir şey öyrənmək, incəsənətlə bağlı kollaborasiyalar, maraqlı insanlarla tanış olmaq və s. Demək ki, müştərinin evdən çıxıb mağazaya gəlməsi üçün brendlər və mağaza sahibləri gözəl və sərfəli mal təklif etməkdən əlavə, onu cəlb edəcək hissləri də oyatmalıdır. Gəlin, konkret misallar üzərində baxaq (bu arada, bütün bu adları bir yerə yazıb, onların sosial səhifələrinə yazılmağı tövsiyyət edirik!)

  • DOVER STREET MARKET  -  Londonda yerləşən bu məşhur “concept store” öz konseptuallığı ilə seçilməklə bərabər, eyni zamanda incəsənət və modanın sintezini müxtəlif installasiyalarla öz məkanlarında “corner” şəklində yaradır.
  • RARE MARKET – Cənubi Koreya mənşəli, lakin Londonda yerləşən  bu “concept store” tez –tez müxtəlif yeni və müasir brend və dizaynerlərlə qısa müddətli (2-3 gün) Pop-Up Store-lar təşkil edir.
  • APARTMENT 13 – Bu “concept store” son bir neçə ayda Kiyev şəhərində yaradılıb, lakin biz onları ilk gündən izləyirik. Çöx zövqlü müasir “contemporary” brendləri tanıtmaqdan əlavə, cəlbedici tətbirləri ilə diqqətimizi çəkiblər. Məsələn, moda, incəsənət ilə bağlı filmlərin ilk premyeralarını, poeziya axşamlarını, axşam “talk” larını keçirilər və gözəl məkanlarında maraqlı insanları bir araya toplayıırlar.

İndi deyəcəksiniz ki, yaxşı, bəs Bakıda bu cür Pop-Up Store-lar baş vermir? Əlbəttə, verir. Məsələn:

  • Moda, “styling” sahəsində öz sözünü demiş Elnarə Bəkir adlı xanım uzun illərdir ki, Four Seasons Baku otelində müxtəlif ölkələrdən “contemporary fashion” yəni müasir brendlərin iştirakı ilə  2-3 günlük Pop Up Store  keçirir. Bu xanımın sayəsində biz artıq bu gün beynəlxalq moda  xəritəsində ulduzu parlamış dizaynerləri hələ onlar yolunun ilk başlanğıcında olarkən tanışımıq.
  • Luxout.net onlayn mağazasının mütəmadı olaraq keçirdiyi Pop Up Store-lar hər zaman formatını dəyişərək yeni konseptdə çıxış edir. Məsələn, növbəti Pop-Up Store bu həftə sonu, yəni 9-10 Fevralda tarixi bina Filarmoniyada yerləşən Cello kafe və restoranında keçiriləcək. Bəli, düz eşitdiniz, Pop Up Store kafedə olacaq. Yeni konseptə əsasən, qonaqlar yenilənmiş restoranın menyusu ilə tanış olacaqlar, növbəti zala keçib, Pop-Up Store-da iştirak edən brendlərlə ünsiyyət qura biləcəklər. Burada əsas məqsəd, yeni insanlarla tanış olmaq, gözəl işlər haqda məlumat almaq, yeyib-içib söhbət etməkdir. Pop Up Store-da maraqlı brendlər təqdim olacaq  -  vintaj zinyət aksessuarları ilə çoxlarının məhəbbətini qazanmış Gift an İnspiration brendi, NATAVAN, SevArt couture geyim brendi, Elff, D’Mutekke və L’aristocratie aksessuarları, ilk dəfə ENDİRİM elan edən El Carre kəlağayı brendi və təbii ki, Luxout.net saytının lüks markaları endirimlə təqdim olunacaq.

Hə, ne deyək, gəlin yeyin-için, gəzin, maraqlı insanları görün, alış-veriş edin, yeni brendlərlə tanış olun və Pop –Up Store-ları qacırmayın!

DƏBdə qalmaq diləyi ilə,

Sabina M. Atayeva.

Nə dinləyək: Parcels

Nə dinləyək: Parcels

8-9-10 fevral üçün 10 məşğuliyyət

8-9-10 fevral üçün 10 məşğuliyyət

Növbəti paylaşım
Top