09.04.19

Digital Garage: Startap Fabriki SIL

İnsanlar
Digital Garage: Startap Fabriki SIL

Baku Afisha David Xripunov ilə birlikdə yeni "Digital Garage" rubrikasına başlayır, bu rubrika çərçivəsində biz Azərbaycanda internet biznes və onun əsasında dayanan insanlar haqda danışacağıq. Bugün biz Leyla Tağızadə ilə danışdıq. O startap Reseptronun qurucusu və ideyaları reallaşdırmağa kömək edən SİL mərkəzinin həmtəsisçisidir

Leyla, özünüz haqda danışın: təhsil, hobbi, vacib hesab etdiyiniz şeylər.

-Təəccüblü görünəcək, ancaq mən - həkiməm. Sağlamlığı qoruma və ictimai sağlamlıq təşkilatı üzrə fəlsəfə doktoru (PhD) dərəcəm var. 

Çoxları sual verir: "Tibb hara, startaplar hara?" Cavab verirəm: İndi texnologiya hər yerdədir və hansı təhsili aldığından asılı olmayaraq, uğur qazanmaq üçün həmişə yeniliklərdən xəbərdar olmalısan. Mənim üçün yeniliklərdən xəbərdar olmaqdan əlavə, onların istehsalçısı olmaq da önəmlidir. Sil-də də biz bununla məşğul oluruq. Biz startap fabrikiyik.

Harada təcrübə qazanmısınız?

-Əgər startap təcrübəsi haqqında danışsaq, hərşey 2015-ci ildə mən Venture Day Baku iştirakçısı olduğum zaman başladı. Mən orda əsl fiaskodan keçdim. Daha sonra Silikon Vadisində Stenford oldu, burada mən GIST- tech - I competition-da dünyanın müxtəlif ölkələrindən 30 startap arasında Reseptron ideyasını təqdim edirdim. Yekunda mən The Founder İnstitute akseleratorunda iştirak üçün The Founder Female Fellowship təqaüdünü aldım. Bu çox dəyərli bir təcrübə idi - 4 ay intensiv akselerasiya və ciddi seleksiya.

Siz Reseptronun qurucususunuz, layihə haqqında bir neçə söz deyin:

-Mobil proqram Reseptron reseptinizi skan etməklə sizə dərman axtarmağa (qiyməti, mövcudluğu və məsafəsi) kömək edir. Dərmanları tapa bilməmək problemiylə hər üç xəstədən biri qarşılaşır. Bu mobil proqram xəstələrə öz məlumatlarını apteklərə göndərməyə və mobil telefondan təklif almağa kömək edir. Belorusiyadan olan qurucumuz Olqa Zadedyurina da daxil olmaqla, bizim beynəlxalq bir komandamız var. O UX üzrə unikal təcrübəsi ilə Trento universiteti məzunudur. Komandanın əvəzolunmazıdır.

İndi hər bir təşəbbüsü startap adlandırırlar. "Əsl" startap nədir?

-Startap - maliyyə cəhətdən qeyri-sabit və riskli statusda müəyyən bazar payına malik olan investisiyalar vasitəsilə sürətlə inkişaf edən və böyüyən yenilikçi və ya yaradıcı məhsuldur. (xidmət)

Azərbaycanda startap mədəniyyəti haqqında nə deyə bilərsiniz?

-Mədəniyyət və ekosistem haqda danışmaq istərdim. Startap - həyat və düşünmə tərzidir. Ancaq bu medalın sadəcə bir üzüdür, əslində bu çox çətin bir işdir.

Əgər ekosistem haqqında danışsaq, o gənc və tez böyüyəndir. Müsbətlər ondadır ki, rəqabət yüksək deyil və bazara girmək asandır, ancaq buna baxmayaraq ayaqda qala bilən startapların faizi çox azdır və onların da hələ yüksək gəlirləri yoxdur. Qoyulan investisiya payları da olduqca aşağıdır.

Sil haqqında danışın. Nədən başladınız və bununla niyə məşğul olmaq istədiniz? 

-Sil-ə mən iki il əvvəl mentor olaraq gəldim. O zamanlar hələ təzə The Founder Institute-u bitirib, Azərbaycana gəlmişdim, Cəsur da Malayziyadan magistraturadan qayıtdı. Sosial biznes və yerli startaplara dəstək vermək üçün bu işə başlamaq onun təşəbbüsü idi. Ancaq problem onda idi ki, startap akselerasiyalarında "oddan və sudan" keçmiş professional mentorlar çatmırdı. Nəticədə biz özümüz ilk keçənlər olduq. Azərbaycanda Climate Launchpad ilə başladıq. Climate Launchpad "yaşıl biznesi" dəstəkləmək üçün beynəlxalq bir proqramdır. 10 ay ciddi və könüllü işləmək. Daha sonra mən ən gənc məzunumuzla birlikdə Hindistana GES 2017-ə getdim və bir il sonra bizim startap Forbes U 30 siyahısında idi. Bu bizi müəyyən yerlərdə məşhur etdi. Mən kofaunder kimi SIL idarəçiliyinə daxil oldum. İkinci il biz Climate Launchpad ölkələri arasında baş vurma sayına görə rekord qırdıq. Hal-hazırda Climate Launchpad, Creative Business Cup, Azercosmos ilə space tech akselerator NewSpace də daxil olmaqla bir neçə proqramımız var. İrəlidə Gürcüstan bazarına keçmək planlarımız var.

Biz Mədəniyyət Nazirliyi ilə birlikdə Creative Business Cup seçimlərini açıq elan etmişik. Bu yaradıcı sahibkarların beynəlxalq müsabiqəsidir; professional kontaktların qlobal şəbəkəsidir; dəstək aləti və yeni biznes-modellərin inkişafıdır; beynəlxalq bazarda yaradıcı startapları irəliyə apara imkanıdır. Müsabiqənin qalibini hər il dünyanın ən yaxşı biznes-ideyalarının beynəlxalq tanınma və pul investorları üçün yarışdığı Creative Business Cup-ın Beynəlxalq Finalına gedəcək. Final hər il Kopenhagendə keçirilir, finalda iştirak xərclərini Mədəniyyət Nazirliyi və Sil qarşılayır. Ona görə də özünü kreativ hesab edən və ideyası olan hər kəs baş vura bilər. Proqram haqda ətraflı məlumatı buradan almaq olar

http://sil.vc/accelerators/

Niyə startap ayrı bir ofislə deyil də, sizinlə işləməyə üstünlük verəcək?

-Çünki ofisdən əlavə, biz struktur təhsili, dəstək, motivasiya, inkişaf və əlaqələr söz veririk - bu da işin başlanğıcında startaplara lazım olan ən önəmli şeydir. Üstəlik biz uğurlu komanda toplamağa da kömək edirik.

Sizə gəlməklə startap nə əldə edir?

-Təhsil, motivasiya, məşhurluq, əlaqələr, resurslar. Biz başqalarını qaldıraraq inkişaf edirik.

Startapla işləməyə başladıqda hansı problemlərlə qarşılaşırdınız?

-Akselerasiyaya qeyri-ciddi münasibət.

İnvestisiya cəlb etməyə kömək edirsinizmi?

-Bizim planımızda müəssisə fondu yaratmaq var. Ancaq bu daha sonra. Hələ bu haqda danışmıram. Növbəti müsahibədə danışaram.

Təkcə ideyası olub, investisiya tapmaq istəyən startaplara və bu cür layihələrə dəstək olan investorlara münasibətin necədir?

-İdeya, komanda, məhsul və başlanğıc satış. Bu bizim minimal dəstimizdir. Əgər Silikon Vadisində investor sadəcə ideya və professional komandası olan startapa maliyyə qoyursa, bizdə bunların 4-ü də olmalıdır. Heçkim və heç yerdə 24/7 işləməyə hazır olan komanda yoxdursa, buna dəstək olmaz.

Komandanız haqda danışın, kim uşaqlara birlik olmağa kömək edir?

-Bizim unikal komandamız var. Hər zaman ilhamlanır, bir-birimizdən öyrənir, motivə edir və bir-birimizi tamamlayırıq. Bizim əla uşaqlarımız var - Emin, Anar, Fərid, İmran, Hüseyin, Rəna, Fərid, Ulvin, İşaq, Elsun, Günül, Suzanna - hər biri istedadlı və işləməyi sevəndir.

Uğurlu biznes - həmişə uyğun bir komanda və kollektiv ağıl işidir. Mən hər zaman deyirəm: "Biznes üçün uyğun kofaunderi tapmaq, doğma bir ruhu tapmaq qədər çətindir. Bu barədə Cəsur, bir direktor kimi hər zaman həvəsləndirir və ilhamlamdırır. Mənim üçün komandanın hər bir üzvünün dəstəyinin tam olaraq qiymətləndirilməsi və qeyd edilməsi çox vacibdir, həmişə buna nəzarət edirəm.

Son olaraq öz işini xəyal edənlərə nə məsləhət görərdiniz?

-Sil-ə gəlin!

Çox az qalıb! Formula-1 haqqında nə bilirsən?

Çox az qalıb! Formula-1 haqqında nə bilirsən?

Növbəti paylaşım
Top