29.04.19

DİGİTAL GARAGE: İnkubator Applab

İnsanlar
DİGİTAL GARAGE: İnkubator Applab

Baku Afisha David Xripunov ilə birlikdə yeni "Digital Garage" rubrikasına başlayır və bu rubrika çərçəvəsində Azərbaycanın internet biznesi və onun arxasında duran insanlar haqqında danışacaq. Bugün biz IT startaplar və təcrübəli sahibkarlar üçün inkubasiya mərkəzi Applab-ın direktoru Orxan Babayevlə danışdıq.

Özünüz haqda danışın: təhsil, hobbi, vacib hiss etdiyiniz şeylər.

- Adım Orxan Babayevdir, gözəl günəşli Bakıda doğulmuşam. İlk 9 il məktəb təhsilimi Avropa lisseyində almışam, son iki il isə TİSA-da (The International School of Azerbaijan) təqaüdlə oxumuşam. Məktəbi bitirdikdə öz istedadlarımı hələ kəşf etməmişdim və nə ilə məşğul olacağımı da bilmirdim. Ona görə də bu yaşda olan bir çox insanla eyni seçimi etdim. Dostlarımın və valideynlərimin məsləhəti ilə Qərb Universitetinə, Beynəlxalq İqtisadi əlaqələr fakültəsinə daxil oldum. 4 il sonra artıq bilirdim ki, startap və biznesin qurulması prosesi mənim çox xoşuma gəlir. Ona görə də bu sahə üzrə təhsilimi davam etdirmək üçün Praqada (MBA) magistraturaya qəbul oldum və macəralarla dolu növbəti 5 ili bu nağıllar şəhərində yaşadım. Eyni zamanda idmanla, musiqi ilə maraqlanıram, özüm fortepianoda, dodaq qarmonunda çalmağı, DJ-liyi öyrənirəm və periodik olaraq setlər yazıram. 

Harada təcrübə toplamısınız?

1-ci kursdan universitetdə işləyirəm. İlk təcrübəm hələ o zamanlar yeni açılan Connect şirkətində oldu. O vaxtlar mən asanlıqla verilən tapşırıqları yerinə yetirirdim və elə o vaxtdan davamlı olaraq qarşıma yeni hədəflər və tapşırıqlar qoyuram. Həmçinin dəyişdirmə proqramı ilə Amerikada işləmişəm, Praqada Azərbaycan restoran və louncun həmtəsisçisi olmuşam, nəşriyyat və başqa sahələrdə təcrübələrim olub. Son 4 ildir ki, Bakseldə işləyirəm, IT startaplar üçün inkubasiya mərkəzi AApplab-ın direktoruyam.

İndi demək olar ki, hər bir təşəbbüsü startap adlandırırlar. "Əsl" startap nədir?

-Razıyam, indi çoxları  heç bir fikir olmadan öz layihələrini startap adlandırırlar. Sadə sözlərlə, startap - gəlir əldə etmək üçün yaranmış problemlərin yeni həllidir. Hər yeni açılmış biznes layihə özünü startap adlandıra bilməz. Onların əsas fərqi - əvvəl geniş formatda istifadə olunmayan orjinal ideya olmasıdır. Bu hər hansı bir problemin həllinə əvvəl uğur qazanmış bir varianti təkrarlamadan, özünəməxsus bir baxışdır.

Azərbaycanda startap mədəniyyəti haqqında nə deyə bilərsiniz?

- Son illərdə startap mədəniyyəti aktiv şəkildə iştirak edir, yeni layihələr, ideyalar daha da çoxalır. Bir çox universitetlər həm istiqamət, həm də öz innovasiya mərkəzləri kimi açırlar. Startapların çoxu son illərdə böyük investisiyalar aldılar. Bu cür xəbərlər sevindirir, gənclərə nümunə olaraq inamı artırır və Azərbaycanı başqa bir rakursdan təmsil edir.

Applab haqqında danışın. Nədən başladınız və niyə bununla məşğul olmaq istədiniz?

- Düzünü desəm, 4 il əvvəl Bakcell-də vakansiya haqqında eşitdikdə heç özümü böyük bir korporasiyada işləyərkən təsəvvür etmirdim. Müsahibəyə getdikdən sonra anladım ki, bu sahə çox xoşuma gəlir və iş əsl mənlikdir. Oradakı işim belə başladı və o vaxtdan başqa vakansiyalara baxmadım. 

Hərşeydən öncə biz təkcə kompyuter və interneti olan ofis deyil, həm də ən maraqlı və innovasiyalı startaplarla şəhərin mərkəzində Sahil parkında gözəl mənzərədə işləmək imkanı təklif edirik. Applab rezidentləri - bir cəmiyyətdir, biz birlikdə layihələr hazırlayır, bir-birimizdən təcrübə toplayır və birlikdə zaman keçiririk. Applabda son devayslar, kompyuterlər, yüksək sürətli internet, 3D printer, TV və PS4, ayrı mətbəx və mitinq rumu olan istirahət zonası və iş üçün lazım olan hərşey var və bunlar hamısı pulsuzdur. Bütün bunlardan başqa, biz tez-tez team-building'lər, treyninq və seminarlar keçiririk.

Startapla işə başlayarkən hansı problemlət qarşınıza çıxdı?

- Əsasən problemlər gənc komandalarda olur. Universitetə qədər və ya təhsilin yeni vaxtlarında formalaşmış ideyaların demək olar ki, heç biri bizim proqramı sona qədər keçməyib. Onların baxışları, həyat hədəfləri dəyişirdi, kimsə "corporate dünya"ya gedir, kimsə atasının təklif etdiyi işə, beləlikə komandanın çoxu dağılırdı. Biz artıq bu sahədə ümumi təcrübəsi olan komandalara üstünlük veririk, belə komandalar işi sona çatdırırlar. Bizim tərəfimizdən nə cür dəstəyə ehtiyacları olduğunu bilən və işin dəqiq planını quran komandalarla işləmək daha rahat və asandır.

İnvestisiya cəlb etməyə kömək edirsinizmi? 

Bəli biz həm özəl investor, həm də müxtəlif böyük investisiya fondlarını investisiyaya cəlb etməyə kömək edirik. Yaxın gələcəkdə biz Azərbaycanda startaplar üçün çox yaxşı xəbərləri paylaşacağıq. 

Təkcə ideyası olan, investisiya tapmaq istəyən startaplara və bu cür layihələrə investisiya qoyanlara necə yanaşırsınız?

Bu ya başqa bir planetdən gələn ideya olmalıdır, ya da investorun uşaqlıq arzusu. Çünki bütün investorlara yalnız rəqəmlər və ROI maraqlıdır, əsasən nə qədər aktiv istifadəçi və layihənin traction'u haqda soruşurlar. Əgər startapın müəyyən bir başlanğıcı varsa, o investorlarla daha asan dil tapar. Layihənin ən yeni vaxtlarında ən yaxşısı qrantlara satmaqdır - belələri nazirlik və səfirliklərin dəstəyi ilə bizim Azərbaycanda da var.


Öz komandanız haqda danışın, uşaqlara kim birlik olmağa kömək edir?

- Düşünürəm ki, uşaqlara birlik olmağa onların motivasiyaları, layihənin gələcəyinə və uğuruna inam kömək edir, həmçinin, bizim tapşırığımız onlara yolu dəyişməməyə, qurulmuş plandan çıxmamağa kömək etmək, vaxtında lazım olan kömək və dəstəyi göstərməkdir. Dəstək komandası - bütün Bakcell şirkəti, onun hər bir işçisidir. Çünki onun hər bir təmsilçisi - öz sahəsində mütəxəssisdir və startapa hər hansı bir sahədə konsultasiya lazım olduqda, biz məmnuniyyətlə kompaniya qeydiyyatından başlayaraq, biznes plan və network’ə qədər bütün bilik və təcrübələrimizi bölüşürük. 

Son olaraq öz işini qurmağı xəyal edənlərə nə məsləhət görərdiniz?

- Hər bir biznesin qurulmasında keçilməsi zəruri olan bir yol var və gələcək inkişafı verilən əməkdən asılıdır. Mən hesab edirəm ki, öz işini sevməli və çox çalışmalısan, yoxsa birinci olmayacaqsınız, burda isə əsas məqsəd birinci olmaqdır. Professor və məşhur biznes və motivasiya ədəbiyyatı müəllifi Ben Xorovits gözəl sözlər deyib: "Startap CEO'su olaraq mən körpə uşaq kimi yatırdım - hər iki saatdan bir oyanıb, ağlayırdım". Bu hər bir startaperin və ya biznes qurucusunun hazır olması gərəkən bir haldır. Hər bir biznes qurucusuna uğurlar arzulayıram, qoy onların qərarları  qeyri-adi olsun.


Alla ilə teleqram-kanal

Alla ilə teleqram-kanal

Like a local: Laləmaniya

Like a local: Laləmaniya

Növbəti paylaşım
Top