#SUMMER
13.04.18

Bələdçi: Bakıda 10 oteldə səhər yeməyi

Məkanlar, Qida
Bələdçi: Bakıda 10 oteldə səhər yeməyi

Foto: Champagne Breakfast (Diana Aungier-Rose)

Məzuniyyətinə hələ çox qalanlar, ancaq doğma şəhərində özünü xarici qonaq kimi hiss etmək istəyənlər üçün Baku Afisha dadlı təklifləri olan 10 otel üzrə bələdçi hazırlayıb:

Boulevard Hotel Baku

Bir nəfər üçün qiymət: 30 manatdan başlayaraq

Masa sifarişi: +994 12 310 0010 / +994 50 229 2228

Həftə içi günlər Boulevard Hotel-də tez oyananlar səhər yeməyinə gəlirlər - burada yüngül bişintiləri, isti yeməkləri və təzə meyvələri 06:00-dan 11:00-a qədər verirlər. Bazar günləri isə doyunca yatıb, 12:00-dan 15:00-a kimi yavaşca nahara doğru gedən rahat səhər yeməyinə gəlmək imkanınız var. 6 yaşına qədər olan uşaqlar ödənişsiz, 6-dan 16 yaşadək olanlar isə 50% endirimlə yeyirlər.

Four Seasons Hotel

Bir nəfər üçün qiymət: 40 manatdan başlayaraq

Masa sifarişi: +994 12 404 2424

Four Seasonsfa Zafferano restoranında səhər yeməyini italyan üsulu hazırlayır və 06:30-dan 11:00-dək verirlər, bazar günləri isə 11:30-dan 14:30-dək brança gəlmək olar. Mərkəzi İtaliya yeməklərinə xüsusilə diqqət edin, gözəl havalı bir gün seçin və Qubernator bağı mənzərəli masa sifariş edin.

JW Marriott Absheron

Bir nəfər üçün qiymət: 38 manat - səhər yeməyi, 62 manat - branç

Masa sifarişi: +994 12 499 8888

JW Marriott Absheron Bakuya hər gün 06:00-dan 11:00-dək səhər yeməyinə gəlmək olar, hər ayın sonuncu bazar günü isə JW Marriott Absheron Bakuda yerli və xarici delikateslər, əsas yeməklər və desertləri ilə nahar kimi də hesab edilə biləcək zəngin ailə səhər yeməyi üçün əla təklifləri olan branç verirlər. Bundan əlavə səhər yeməyi zamanı özünüzü bardan prosekko, pivə və ya kokteyllə sevindirə bilərsiniz.

Hilton Baku

Bir nəfər üçün qiymət: 25 manat

Masa sifarişi: +994 12 464 5000

Hiltonda Park restoranda tənbəl bazar səhəri yeməkləri verilir. Yemək seçimi klassikdir: hər növ şirniyyatdan pomidor-yumurtaya, yumurta paşot, pendir və isti yeməklərə qədər. Bundan başqa 5 yaşadək olan uşaqlar burada tamamilə ödənişsiz yeyir və əylənirlər, ona görə də uşaqları olan rəfiqələrinizi çağırın və çoxdan planladığınız görüşü təşkil edin. Burada səhər yeməkləri həftə içi 06:30-dan 10:30-dək, həftə sonları 11:00-dək verilir.

Intourist Hotel Baku

Bir nəfər üçün qiymət: 31 manat

Masa sifarişi: +994 12 310 33 10

Yeni İnturist köhnə İnturistdə evlənmiş valideynlərlə səhər yeməyi üçün ideal məkandır! Həm də dadlı jülyen, blinlər və vareniklər, qrildə tərəvəzlər və faydalı sıyıqları sevənlər üçün! Ətirli çay, almalı ştrudel və Xəzərə mənzərəni əlavə edin və buraya həftə içi 06:00-dan 11:00-dək gəlin, həftə sonları isə otelə qədər bulvarı gəzin, bazar günləri burada səhər yeməkləri 12:00-dək olur. 

Hyatt Regency

Bir nəfər üçün qiymət: 29 manat

Masa sifarişi: +994 12 490 1234

Təzə bagetlər, şirin bişintilər, qayğanaqlar, lobyalar, kolbasalar Hyatt Regency-də səhər yeməklərini hər gün 06:30-dan 10:30-a qədər, həftə sonları 11:00-dək verirlər. Yeri gəlmişkən, səhər yeməyindən əlavə buraya həftə sonları Gourmet Shop şirniyyatları üçün gəlməyə dəyər.

Excelsior Hotel

Bir nəfər üçün qiymət: 25 manat

Masa sifarişi: +994 12 496 8000

Excelsior Hotel daha çox həftə içi verilən zəngin lançları ilə məşhurdur, lakin əgər siz buraya səhər və ya həftə sonları gəlmək istəyirsinizsə, sizi hər gün 07:00-dan 10:00-dək ənənəvi səhər yeməyinə gözləyirlər, bazar günləri isə 11:00-dək davam edir.

Winter Park Hotel

Bir nəfər üçün qiymət: 20 manat

Masa sifarişi: +994 12 599 9199

Winter Park Hotel The 15th Restaurant-da, adından da göründüyü kimi Qış parkına pəncərələri olan 15-ci mərtəbədə hər gün 07:00-dan 10:30-a qədər səhər yeməyi verilir. Əgər siz bulvarda deyil də, burada qaçmağı daha çox sevirsinizsə, onda otelə ən təzə ferma məhsullarından səhər yeməyini dadmağa gəlin. Bişintilər və desertlər xüsusilə ləzzətli alınır, mütləq sucuklu sendviçin dadına baxın.

The Landmark Hotel

Bir nəfər üçün qiymət: 24 manat

Masa sifarişi: +994 12 465 2000

Caspian Grill-də səhər yeməyinin ən cəzbedici özəlliyi - 20-ci mərtəbədən şəhərə açılan gözəl mənzərədir, yaxşı hava olduğu zaman bu mənzərədə yeməyi də unutmaq olar. Səhər yeməyinə burada yumurta yeməkləri, qrildə qızarmış sosislər, şirin bişintilər, freşlər, çay və qəhvə verirlər. Səhər yeməyi hər gün 06:00-dan 10:30-a, həftə sonları 11:00-a kimi olur.

Park Inn by Radisson

Bir nəfər üçün qiymət: 30 manat

Masa sifarişi: +994 12 490 6000

Və yenidən bizə tanış olan saatlarda həftə içi 06:30-dan 10:00-dək və həftə sonları 10:30-dək sizi Park İnn-də təkcə dadlı deyil, həm də əlvan və fotogenik səhər yeməyi gözləyir! Bu vaxt ərzində siz isti yeməklər, qlütensiz şirniyyatlar, qranola, vafli və freşlər dada bilərsiniz. Əgər bu sizə az olsa meyvəli fondü üçün birinci mərtəbədəki Victor's Bar-a düşün.

16-17-18 mart üçün 12 məşğuliyyət

16-17-18 mart üçün 12 məşğuliyyət

20-27 mart üçün 14 məşğuliyyət

20-27 mart üçün 14 məşğuliyyət

Növbəti paylaşım
Top