#SUMMER
09.03.18

Bələdçi: Ye, iç

Məkanlar, Qida, Xüsusi layihə
Bələdçi: Ye, iç

Ananıza və həyat yoldaşınıza 8 martda gül hədiyyə etdiniz? Deməli, 9 mart axşamını rahatlıqla dostların ətrafında keçirmək olar! Ən ciddi, uyğun və dadlı Bakı məkanları haqqında danışırıq:

Pakhlava

  • Ünvan: Xocalı pr. 14

"Paxlava"ya qəlyan və ən dadlı pirojkilər üçün gedirlər. İnanın, buna dəyər! Pirojkilər və qəlyandan əlavə burada milli yeməklər və ətirli çay verirlər.

MOR MOR kafe

  • Ünvan: Məzahir Rüstəmov küç.

Əgər siz bircə dəfə də olsa Gədəbəyə getmsinizsə, "Mor Mor" sizin üçün səs birləşməsindən daha çox şey ifadə edir. Çox faydalı yerli mineral su məhz belə adlanır. Eyniadlı kafedə mineral sudan əlavə şirəli kabablar da verirlər, həm də porsiya ilə yox, kiloqramla.

145 Chay Evi

  • Ünvan: Neftçilər pr. 145

Konsol, nərd və qəlyan. 145 çay evində futbol izləyir, işdən sonra yoldaşlarla oturur, ətirli çay içərək hər şey haqqında müzakirə aparırlar. Acdıqda isə burger və ya toyuq şnitseli sifariş edin.

Badam

  • Ünvan: Salatın Əskərova küç.

Futbol fanatları və şirin sevənlər Badamı çox bəyənəcəklər. Burada həm böyük ekran, həm də şirniyyatlar və qəlyan var. Menyuda isə standart dəst: toyuq langeti, hot-doq və ev üsulu kartof var.

2/5 mərtəbə

  • Ünvan: Bəşir Səfəroğlu küç. 72B

Təqvimdə cümə, ağlınızda isə köpüklü pivə var? Dostlarınızı 2/5 mərtəbəyə çağırın. Menyuda pivə yanına qəlyanaltı üçün geniş seçim – quru balıq, qızarmış suluquni, krevetlər, bir neçə nəfərə isə "Qurman" seti uyğun olacaq. 

Shir-Shir

  • Ünvan: Əhməd Rəcəbli küç.292, ELİTE TM ilə üzbəüz

Gədəbəy və su mövzusunu davam etdiririk – ELİTE ticarət mərkəzi ilə üzbəüz Shir-Shir  restoranı bu gözəl rayondakı kiçik şəlalənin şərəfinə adlandırılıb. Əsas menyuda şirəli kabablar, piti, xaş və bir çox başqa yeməklər var. Kabinetləri xüsusi qeyd edək – burada "özünüzkilər üçün" banket də keçirmək olar.

Yaşıl məkan

  • Ünvan: Abbas Mirzə Şərifzadə küç. 140

Ət, ət və yenə də ət! Yaşıl Məkana səs-küylü kompaniya ilə gəlmək, qoyun qabırğaları, zərif lülə, sac sifariş vermək və həzz almaq lazımdır. Bundan başqa yerli şərab seçiminə də diqqət edin.

Ağ Şəhər

  • Ünvan: Üzeyir Hacıbəyov küç. 62

Gün doğumunda qonaqlıq planlayırsınız? Ağ Şəhərdə xaşla və sevimli pomidor-yumurta ilə səhər yeməyi yemək olar. Soyuq və küləkli günlərdə isə burada isti düşbərə yeyib, isinməyi tövsiyə edirlər.

Borş

  • Ünvan: Şamil Əzizbəyov küç.

Təəccüblü olsa da "Borş" zəngin tərəvəz şorbası ilə deyil, özbək plovu, ən dadlı közdə kartof və sümüksüz toyuqla məşhurdur. Bütün bunlari isə ev nar şirəsi ilə içməyi məsləhət görürük – barmaqlarınızı yeyəcəksiniz!

Beer Hall

  • Ünvan: Rəsul Rza küç. 19

Çempionlar Liqası zamanı Beer Halla sevimli komandaya pərəstiş etməyə, digər günlər isə çəllək pivəsi ilə canlı musiqi dinləməyə gəlirlər. Pivənin yanına burada hisə verilmiş balıq və mal əti, çərəzlər və alman sosisləri verirlər.

Nadir kafesi

  • Ünvan: Ceyhun Səlimov küç. 3

Nadirdə çox ucuz, dadlı və doyumlu şam yeməyinə getmək olar. Burada cız-bız kartof və soğanlı toyuq dadmağı məsləhət görürlər. İsti yemək çox dadlı və ətirli alınır.

Faigin kafesi

  •  Ünvan: E60 (Bibi Heybət yolu, Azpetrolun yaxınlığında)

Siz nə vaxtsa kirpi dadmısınız? "Faiqin kafesində" vəhşi heyvanlardan hazırlanmış yeməklər var ona görə də menyuda dovşan və ya qaban kababı görsəniz, qorxmayın. Burada bir dəfə də olsun nahar edənlər, təkrarlayırlar – hər şey çox dadlı və ucuzdur.

Свинарник

  • Ünvan: Rəşid Behbudov küç., Mərkəzi Bankın yanında

Heç bir vay-fay və menyu yoxdur, yalnız dostlar və ət! "Svinarnik", eyni zamanda "Pitixana" qaban kababı ilə bakılıların sevgisini qazanıb! Lakonik və sadə məkan olmasına baxmayaraq öz məşhurluğunu qoruyub saxlayır.

Şəki

  • Ünvan: Mikayıl Müşfiq küç.

Azərbaycan-sayağı "ət klassikası" Şəkidə olur: zərif tikə və lülələr, sac, küftə və daha nələr. Axşamlar isə burada canlı musiqi olur.

Faxrali

  • Ünvan: Sadıq Qocayev küç. 29C

Xəngəllər, şərab, söhbətlər, domino. Sübut olunub ki, Faxralida xəngəllər stresdən uzaqlaşdırır və əhvalı yaxşılaşdırır! Buraya ağır iş həftəsindən sonra gəlin və necə lazımdı dincəlin.

Dəli Dağ

  • Ünvan: Badamdar şosesi 

Dəli Dağda dana basdırması sevənlər klubu görüş keçirə bilərlər (əminik, artıq maraqlara görə belə klublar yaratmağın zamanı gəlib)! Burada marinə edilmiş dana ətini nar şirəsində hazırlayır və porsiyalarla deyil, kiloqramla verirlər.

Medalyon Pub

  • Ünvan: Əcəmi Naxçıvani küç. 15

Pab ilk növbədə bir neçə qədəh içib sakitləşmək üçün pivəxanadır. Medalyon pabda sizi çoxlu qəlyanaltılar və əlbəttə ki, pivə gözləyir. Nəfis irland eli növlərini gözləməyin, doğma Xırdalan sifariş edin və cibinizə ziyan vurmadan rahatca istirahət edin.

Nar

  • Ünvan: Hüseyin Cavid pr. 17

Geniş tütün seçimi və milli stolüstü oyunları olan əla qəlyan məkanı: burada nərd, dama, şahmat, domino  və türk Okeyi var.

Pub Calipso

  • Ünvan: Əcəmi Naxçıvani küç. 15

Calipsoda dadlı, əyləncəli və dostlarla vaxt keçirmək üçün çox rahatdır. Axşam burada gitara çalır, futbol izləyir və açıq el sifariş edirlər. Orta hesab isə 12-20 manat arası dəyişir.

Əfsanə Kafesi

  • Ünvan: Balabal Məcidov küç.

Bakıda ən dadlı sac haradadır? Əlbəttə ki, Əfsanədə! Əfsanəvi adı olan əfsanəvi məkan Sovetskiydə yerləşir və artıq bir ildir ki, şirəli kabablarla ət sevənləri sevindirir.

Saraclı

  • Ünvan: 20 yanvar küç. 20

Xan, gəl! Saraclıda artıq süfrə açıb, ən dadlı qiymə-xəngəli hazırlayıb, sizi və dostlarınızı gözləyirlər. Cümləni sona qədər oxumadan acdınız? Onda nə gözləyirsiniz, Whatsappda “Xəngəl Party" qrupu yaradıb vaxt və tarixi seçməyin əsl zamanıdır.

İndyuşatnik

  • Ünvan: Azadlıq pr. 126

"Dostluq" kinoteatrı arxasında turistlər üçün yox, yalnızca ən yaxın dostlar üçün olan "gizli" bir məkan. Məkanı "İndyuşatnik" və ya "Hinduşka Plaza" adlandırırlar, ancaq burada sizi bişmiş hinduşka deyil, birbaşa manqaldan isti kabablar gözləyir. Burada ümumi və VİP zallar var, ancaq kafeni tapmaq asan iş deyil. Heç bir işarə və göstərici yoxdur. Ona görə də dostlar arasında daimi müştərini tapın və onunla birlikdə kabab yeməyə gedin.

Qaxac Restotanı

  • Ünvan: Mirmahmud Kazımovski küç.

Qaxac qurudulmuş qoyun və ya dana ətidir. Qax rayonunun məşhur yeməyi sürhüllünü hazırlamaq üçün məhz bu ətdən istifadə edirlər. Əgər gözəl rayona səyahət etməyə zamanınız yoxdursa, həftə sonları Qaxaca gedin. Sizi hər şeyin ən dadlısı gözləyir – xəngəl, girs və xingil.

Azərbaycanda feminizm varmı?

Azərbaycanda feminizm varmı?

Bakıda 10 yeni məkan

Bakıda 10 yeni məkan

Növbəti paylaşım
Top