#SUMMER
27.02.18

Bələdçi: Mənzilimizi yaza hazırlayırıq

İlham
Bələdçi: Mənzilimizi yaza hazırlayırıq

İsti külək, parlaq günəş, ətirli nərgiz buketləri. Tezliklə yaz gəlir, güc və yeni ideyalar toplayıb isti küçələrdə bütün gün gəzmək olar. Baku Afisha istilərin gəlişinə sevimli Novruz bayramımızdan öncəki ilk çərşənbə axşamında hazırlaşmağı, yaz təmizliyi etməyi və interyeri canlandırmağı təklif edir:

  • Atmosferi yeniləyirik:

Əgər çiçəklərə qulluq etməyi sevmirsinizsə, evinizə kaktus qoyun. Keramik dibçəklərdə böyük kaktuslar və ya kitab rəflərində kiçik kaktuslar həm gözəl rəng qatacaq, həm də çox qulluq tələb etməyəcək.

Təcrübəli yetişdiricilərin isə digər bitkilərə diqqət yetirmələri tövsiyə olunur: skindapsus, hoya, jasmin, sinqonium və tradeskantia. Vitamin, gübrə və şəkilli dibçəklərdə bitkiləri @gardenshopaz @gulchu.az-da almaq olar. Səməni əkməyi də unutmayın!

Otaq bitkilərini sevmirsiniz? Onda evə gedən yolda əlvan və ətirli gül buketləri almağı adət halına gətirin, görəcəksiniz, onlar otağa yaz abhavası gətirəcəklər.

  • Evi təmizləyirik:

Çoxlarımız üçün yazın gəlişi ilə evdə dərin təmizləmə başlayır. Axı qışdan sonra pəncərələri yumaq, şkafları yığmaq, balkonda və koridordakı qarışıqlığı yığmaq lazımdır. Sonuncu dəfə nə vaxt çilçıraqları təmizləmisiniz, soba və ya mikrodalğanı yumusunuz? Əsas odur ki, hamısını birdən etməyə çalışmayın. Hər bir otağa öz gününü və saatını ayırın.

Layfhak: Pəncərələri yumaq üçün buludlu, küləksiz bir gün seçin, çünki parlaq günəşli bir havada pəncərəni yuduğunuz vasitə tez quruyacaq və ləkələr buraxacaq.

Pərdələri mebel başlığı ilə tozsoranlayın, daha yaxşısı isə onları yüngül tül pərdələrlə dəyişin.

Mebeli təmizləyin: yarım çay qaşığı zeytun yağını yarım stəkan sirkə və ya limon suyu ilə qarışdırmaq mebelləri təmizləmək üçün bəs edəcək.

  • Köhnələri atırıq:

Lazımsız əşyalardan canınızı qurtarın: hansı qalın geyimlərı şkafın dərinliklərinə yığacağınıza, hansıları kimyəvi təmizləməyə göndərəcəyinizə və hansıların isə lazımsız olduğuna qərar verin. Şkafları doldurmayın: yalnızca çox geyindiyiniz, lazımlı əşyalarınızı saxlayın.

  • Yeniləri alırıq:

Interyeri yeni örtüklər, yastıqlar, pərdələr və mebel aksesuarları ilə dəyişmək olar. Yastıqlar və çay üçün yeni stəkanlar üçün @__evimiz_,  yüngül örtüklər, mərmər yazı masası və novruz şirniyyatları sinisi üçün @zelhome, yeni tüllər üçün @decoria_store, şəkilli mebel və vazalar üçün isə @chelebifurniture mağazalarını məsləhət görürük.

@ghdesigno-dan sevdiyiniz kitab və ya mahnıdan sözlərlə poster sifariş edin və ya @ninka_cards-dan sizə əziz insan üçün gözəl çərçivədə xüsusi açıqcalar yığdırın.

Gözəl qab-qacaq və dadlı ev bişintiləri tutqun mart səhərlərində əhvalı qaldırar. @jumbo_azerbaijanda sizi müxtəlif naxışlı rəngli keramik stəkanlar, adi qulp yerinə qanadları olan stəkanlar və əjdahalı qırmızı çay dəsti gözləyir.

Bu cür gözəlliyi layiqincə təqdim etmək lazımdır, məsələn, @forhomeandsoul.az-dan zərif sinilərdə. Bundan başqa burada doğrama və ya pendir və bruskettaları gözəl təqdim etmək üçün mərmər və taxta lövhələr sifariş etmək olar. Bişirməyi sevən hərkəsə @homemart.az-a getməyi tövsiyə edirik: mağazada hər rəng və ölçüdə formalar var.

  • Şəkil çəkirik:

Boş divarlarınız və yaradıcı ruhunuz var? Onda cəsarətlə boya və kətanı götürün! Sizi uşaqlıqda rəssamlıq məktəbinə yazdırmayıblar və boyalarla aranız o qədər də yaxşı deyil? Ruhdan düşməyin və @a.r.t_evi gənc rəssamlar studiyasına yazılın. İstedadlı uşaqlar sizə incəsənətin əsaslarını öyrədəcəklər və bir neçə dərs sonra siz divarınızdan öz ilk işinizi qürurla asa biləcəksiniz.

Əgər siz yeni deyilsinizsə, ancaq yeniliklər axtarırsınızsa, onda @ecaz.az-a girin. Burada parçada çəkmək üçün boyalar, qeyri-adi trafaretlər və şüşə üzərində çəkmək üçün dəstlər tapa bilərsiniz.

Şəkil çəkməyə həvəsiniz yoxdur? Onda @baku.polaroid-də sevdiklərinizlə şəkillərinizi polaroid görünüşündə çap etdirin və gözəl bir çərçivəyə qoyun.

Video: Baku Afisha & Yoga Shahi - Pranayama

Video: Baku Afisha & Yoga Shahi - Pranayama

Sosioloqla film: G - gələcək

Sosioloqla film: G - gələcək

Növbəti paylaşım
Top