#SUMMER
13.02.18

Bələdçi: Bakının ət xəritəsi

Məkanlar, Qida, Xüsusi layihə
Bələdçi: Bakının ət xəritəsi

Burgerlər, steyklər, kabablar və qabırğa səbətləri – Baku Afisha ət sevənlər üçün restoranlar və mağazalar üzrə bələdçi hazırlayıb (məqalənin sonunda xəritə də var):

El Portalon

  • Ünvan: Dövlət Bayraq Meydanı

İspaniya dünyaya əla futbol, ehtiraslı flamenko və ləzzətli mətbəx hədiyyə edib. İspan mətbəxi restoranı EL PORTALON-da sizi böyük porsiya tapasa və şəraba qonaq edəcəklər. Əsas yeməyə isə tomahavk steyki sifariş etməyi məsləhət görürük.

Fireworks Urban Kitchen

  • Ünvan: JW Mariott Absheron Baku

Fireworks Urban Kitchen-ın Argentinalı baş aşpazı ətin şirəli və ədviyyəli alınması üçün onu necə hazırlamağı yaxşı bilir. Restoranın menyusunda geniş steyk seçimi var və ətlər birbaşa Amerika və Avstraliyadan gətirilir. Steyk sevənlər Josper qrilində hazırlanmış əti çox bəyənəcəklər.

Atelier Vivanda

  • Ünvan: Port Baku Towers

Mişlen şefi Akram Benallanın fransız steyk-hausunda sizə zərif ribay, şirəli ti-bon və ya ətirli flank hazırlayacaq, yanına xırçıldayan qraten və ya hisə verilmiş qızıl balıqlı Nisuaz salatı verəcəklər. Qapalı terrasda isə isti qlintveynlə dincəlmək olar.

Mangal Steak House

  • Ünvan: Mirzə Mustafayev küç. 3

Manqalı rahat interyeri və dadlı mətbəxinə görə çox sevirlər. Məkan üç zala bölünüb – steyk-haus, içəridə rahat həyəti xatırladan "Muğam" zalı və əlvan pərdələri, köhnə Bakı şəkilləri və rəflərdə dəmir qabları olan milli otaqlar. Burada mütləq şirəli qoyun qabırğalarının və şefdən əsl şərq sucukunu dadın.

Elvet Steakhouse

  • Ünvan: Həsənoğlu küç. 8

Əlvan kokteyllər, şirəli ətlər, desertə isə ağızda əriyən paxlava. Elvet Steakhouseda ənənəvi steyklərin bir çox növünü hazırlayır və şefin xüsusi yeməklərini verirlər. Məsələn, mal ətindən "spagetti" və incə ət dilimləri və qızarmış çörəklə Elvet Special.

PAUL’s

  • Ünvan: Port Baku Towers

Paulun ənənəvi steyk-hausdan daha çox çörəkçi olmağına baxmayaraq, burada şirəli burger və ya ıspanaq sousunda mal əti ilə nahar etmək olar. Bazar brançlarını sevənlərin isə küncütlü yumşaq çörək arasında zərif mal əti kotleti, bekon və yumurtalı Aux Oeuf burgerini çox bəyənəcəklər.

M’EAT

  • Ünvan: Səməd Vurğun küç. 25

M'EAT-in əla əti, sadə inqrediyentləri  interyerindəki zövqlü minimalizmi steyk və loft fanatlarının ürəyincə olacaq. Restoran American Beef Club-un üzvüdür, ona görə də ilk növbədə buraya ənənəvi amerikan steykləri üçün getmək lazımdır. Şatobrian, ribay, striployn və ya ti-bon? Sevdiyiniz yeməyi seçin və özünüz üçün yeni dadlar kəşf edin.

Meating Point

  • Ünvan: Nigar Rəfibəyli küç. 20

Meating Point paytaxtın burger fanatlarının görüş yeridir. Menyuda: üç növ steyk, 10 burger, dana əti medalyonu, bif kesadilya, salatlar, qarnirlər və desertlər var. İsti içkiləri sevənlərə isə ətli yeməyin yanına ədviyyəli qlintveyn sifariş etməyi məsləhət görürük.

Barista & Chief

  • Ünvan: Xəqani küç. 18

Siyahımızın ən qeyri-adi kafesi. Burada cəmi bir burger var ancaq elə bir dadı var ki, onun üçün növbəyə düzülürlər. Bir steyk – onun üçün öncədən masa sifariş edirlər. Ət sevənlər onların Ju sousunda incə mal ətindən Nyu-york Butçerini çox xoşlayırlar. Gülərüz baristalar hər bir yeməyə mütləq uyğun içki təklif edəcəklər.

Qoç Ət

  • Ünvan: Təbriz küç. 10, Zivərbəy Əhmədbəyov küç. 2, Hüseyin Cavid pr. 147A

Qoç Ət həm fermer mağazası, həm də bütün şəhərə çatdırılması olan restorandır. Burada əti daha çox türk üsulu hazırlayırlar, menyuda isə lülədən, antrekota, strit-fud klassikası dönər və dürümə qədər hər şey var. Həmçinin burada yerli təbii bal dadmaq və almaq da olar.

Tonqal Restoranı

  • Ünvan: Akademik Həsən Əliyev küç. 82

Siz qoyun qabırğalarından səbətin dadına baxmısınız? Tonqal aşpazları bu yeməyi çox gözəl hazırlayırlar. Bura taxta döşəməli, xalçalı və kötüklü divarı olan koloritli bir məkandır. Buraya dostlarınızla gəlin və Azərbaycan mətbəxinə bir daha aşiq olun.

Sumakh

  • Ünvan: Xocalı pr. 20/22

Sumakhda orqanik məhsullarla hazırlanmış ən dadlı ənənəvi Azərbaycan yeməklərini dada bilərsiniz. Ət salatı, təndirdə quzu, quzu qovurma və cız-bız. Əsas odur ki, soyumadan hamısını dada biləsiniz!

Nakhchivan

  • Ünvan: Parlament pr. 8A

Naxçıvanın koloritli abhavasına qərq olmaq üçün oraya uçmaq heç də vacib deyil. Restoran Nakhchivan qədim şəhərin Bakıda kiçik bir hissəsidir. Qətiyyətlə yerli ət yeməklərini: daş küftə, ordubad kababı və şirəli Naxçıvan kotletlərini dadmağı tövsiyə edirik. Bir sözlə, ailənizlə doyumlu bir bazar naharı üçün lazım olan hər şey var.

Toro Steakhouse & Grill

  • Ünvan: Atatürk pr.

Toro Gənclik metrosu rayonunda, Atatürk parkında yerləşir. Mütləq kömürdə hazırlanmış Argentina qabırğaları asadonun dadına baxın.  Porsiyalar böyükdür, öncədən öz gücünüzü ölçməyi və ya dostlarınızı köməyə çağırmağı unutmayın. 

Otdix

  • Ünvan: Həsən Salmani küç. 7

Demək olar ki, hər bir Bakılı bir dəfə də olsa Otdıx restoranına corat qutabı, ev turşuları və kabab yemək üçün gedib. Əgər birdən ürəyiniz bağda keçirdiyiniz kabab qonaqlıqlarından istədisə, ancaq hava uyğun deyilsə, həftə sonu yaxınlarınızı rahat kabinetlərdən birinə toplayın və dadlı istirahət edin!

Firuze

  • Ünvan: Fəvvarələr meydanı

Firuzə əsasən milli yeməklər və əlbəttə ki, yerli şərablar üzərinə qurulub. Restoranda açılan gündən burada səs-küylü dostların görüşləri, bayramlar keçirilir, xarici qonaqları milli mətbəximizlə tanış edirlər. Buraya çox ac gəlin, assorti kabab və quzu qabırğalı tərəvəzli plov sifariş edin.

Rodizio

  • Ünvan: Allahyar Nəsibov küç. 5

Zərif steykləri və maraqlı bar xəritəsi olan klassik braziliya çuraskariyası. Hər gün 19:30-dan 00:00-dək burada süfrələr açır və "nə qədər yeyə bilsəniz" 39 AZN devizi altında şam yeməyinə çağırırlar. Günün şorbası, 6 növ təzə salat, 5 növ qarnir, dadlı qəlyanaltılar, ev kolbasaları, qoyun əti medalyonu, steyk flenk və daha nələr – belə bir şam yeməyi ət sevənlərin çox ürəyincə olacaq.

Quzu Təndir & Kabab

  • Ünvan: Şərifzadə küç.14

Milli yeməkləri olan bir məkan daha, ancaq burada ilk növbədə hər cür növdə lülə, tikə, və sacda bişirilən qoyun ətini dadmaq lazımdır. Səhər tez oyananları və xaş sevənləri isə buraya tezdən gəlməyi məsləhət görürük. Sizi böyük porsiyaya qonaq edəcək və mütləq nahara qədər gözləyib, soyutma dadmağı təklif edəcəklər.

Qedim Qebele

  • Ünvan: 9-cu mkr, Mir Cəlal küç. 31/69, Rəşad İsmayılov küç. 9, Afiyəddin Cəlilov küç. 4B

Qədim şəhər Qəbələdə ətdən yaxşı anlayırlar, eyniadlı Bakı restoranında isə ənənələrə sadiq qalır və seçilmiş inqrediyentlərlə hər şeyin ən dadlısını hazırlayırlar. Burada əti qrildə, manqalda, təndirdə bişirir, yanında isə dadlı qəlyanaltılar və duzlu ağ pendirlər verirlər.

Uncle'Z Prime Cut

  • Ünvan: İsmayıl Hidayətzadə küç. 200

Əgər siz steyki evdə hazırlamağı sevirsinizsə, onda Uncle'z Prime Cut-a gedin. Buradan təzə ət: file-minyon, Ti-bon, flank, nyu-york strip və ideal burger üçün mal əti kotleti almaq olar. "Dayı" özü də qril başında dayanmağı, qonaqlara kartof fri və soyuq limonadla klassik burgerlər hazırlamağı çox sevir.

Alov Steakhouse & Jazz Bar

  • Ünvan: Fairmont Baku

Təkcə dadlı yemək yox, həm də gözəl görüntüdən ilham almaq istəyənləri Alov Steakhouseda gözləyirlər. Gün batımında restorandan Xəzər körfəzinə möhtəşəm mənzərə açılır. Burada əsas diqqət premial steyklərə, kokteyllərə və əlbəttə ki, caza ayrılır.

Sky Grill

  • Ünvan: Hilton Baku

Diqqətli personal, ağızda əriyən ət, rahat abhava və möhtəşəm mənzərə. Sky Bar ailəvi nahar və romantik görüş üçün çox uyğun bir məkandır. Ətirli otlar və sarımsaqlı mal əti steyki Tornedos müştərilər arasında xüsusi məşhurluq qazanıb. 

Evde Bar&Grill Amburan

  • Ünvan: Amburan Beach Club

Yayda Evde-yə təzə balıq, qışda isə amerikan mətbəx ənənələri ilə hazırlanmış steyklər üçün getmək lazımdır. Yeri gəlmişkən, restorana milli mətbəxi sevən qohumlarınızı da dəvət edə bilərsiniz – menyuda ribay və striployndan əlavə, assorti kabab və ağızda əriyən lülə də var.

Philly Cheesesteak

  • Ünvan: Azərbaycan pr. 38

Əsl Cheesesteak nədir? Bu incə doğranmış, qızarmış mal əti, ənənəvi reseptlə bişirilmiş yumşaq Hoagie Roll bulkası və üzərinə əlavə edilən qatı pendir sousu deməkdir. İndi bu əfsanəvi çizsteykləri yemək üçün Filadelfiyaya uçmaq lazım deyil. Philly Cheesesteak Bakuda sizi klassik pendir sousları, təzə ət və demokratik qiymətlər gözləyir. Fudzi-tələbələrə əsl lazım olan!

Qabala Xanlar

  • Ünvan: Zabitlər Bağı

Siz nə vaxtsa Qəbələdə olmusunuz? Əgər olmusunuzsa, onda təkcə "Qəbələ Xanlar" adı siz də bir çox dadlı xatirələri oyadacaq. Xoşbəxtlikdən, məşhur qabırğalardan olan "səbəti" dadmaq üçün rayona növbəti yay gəzintisini gözləmək lazım deyil. Restoranın Zabitlər Bağında filialı var. Buraya bütün ailə ilə gəlmək: şirin limonadlar içmək, pendir yemək və manqaldan isti kabab gözləmək lazımdır.

19-20-21 yanvar üçün 8 məşğuliyyət

19-20-21 yanvar üçün 8 məşğuliyyət

İngilis dilini özümüz öyrənirik: 5 metod

İngilis dilini özümüz öyrənirik: 5 metod

Növbəti paylaşım
Top