#WINTER
11.01.19

Əsas eksponat: Bakıda 7 sərgi

İnsanlar, Ast&Musiqi, İlham, Qış
Əsas eksponat: Bakıda 7 sərgi

2019 mədəni hadisələrlə dolu bir il olacağa bənzəyir. Biz Alla Polonskayadan Baku Afisha oxuyucuları üçün yaxın zamanda gedilməsi gərəkən sərgilər haqda soruşduq.

2019-cu ilin ilk müəllif məqaləsi üçün tam da zamandır! Bilirəm ki, çətindir, ancaq tənbəl-tənbəl seriallara baxmaqdan və mandarin yeməkdən əl çəkmək istəməsəniz belə, artıq iş rejiminə keçmək lazımdır. Bugün sizə sərgilər üzrə mədəni bir proqram təklif edirəm, bu da o deməkdir ki, harada nələrə baxmaq haqda danışacağam:

Nə vaxt: 23 yanvaradək 

Harada: Şirvanşahlar Sarayı

Bilet qiyməti: 2 manat

23 yanvaradək siz Şirvanşahlar Sarayında "Şirvanşahlar Mirası dünya muzeylərində" sərgisinə gedə bilərsiniz. Bu sərgidə ən maraqlısı odur ki, dünyanın hər bir yanından eksponatlar toplanıb, gətirə bilmədiklərini isə holoqramla göstəriblər. Təqdim olunan bir çox şey sizinlə qarşılıqlı təsirdə olacaq: təqdim olunan musiqi alətlərini dəstəkdən dinləmək olar, interaktiv ekran isə seçilmiş coğrafi ərazini işıqlandıracaq və onun haqqında tarixi məlumatlar verəcək. Həmçinin sərgidə Şirvanşah Key-Kubadın və I Şirvanşah Xəlilullahın zirehlərinə, Fərrux Yasarın dörd dəbilqəsinin gözəlliyinə təəccüblənəcəksiniz. İndi belə nəhəng zirehləri geyinməyi təsəvvür etmək çox çətindir! Uşaqlar da darıxmayacaqlar, ayrı otaqda xanədanlığın idarə edilməsi haqda animasiya göstərəcəklər.

Nə vaxt: 15 mayadək

Harada: Kichik Qalart Gallery 

Bilet qiyməti: 5 manat

Kichik Qalart Gallerydə "Kəlağayı: Dünən - Bugün - Sabah" sərgisi olacaq. Burada yerli və xarici muzeylərdən unikal materiallar, həmçinin qədimi kəlağayı və möhür kolleksiyası toplanıb. Sərgi interaktiv keçirilir, sərgi zalında stend var, burada ziyarətçilər dörd növ parçanı - kəlağayı, supra, kalamkari və batikanı müqayisə edəcək və öz naxışlarını düzəcəklər. Sərgi kəlağayının Azərbaycan və dünya mədəni mirasında önəmindən danışır. Layihənin kuratoru - istedadlı Əsli Səmədovadır.

Nə vaxt: 10 fevraladək // 14 aprel

Harada: Yarat! Contemporary Art Space

Bilet qiyməti: giriş sərbəstdir

Əgər Yarat! Contemporary Art Space-ə qədər getməyə vaxt ayırsanız, burada iki fərqli müəllifin tematik miflərlə birləşmiş iki sərgisini görəcəksiniz.

10 fevraladək kompleksin birinci mərtəbəsində Pedro Qomes-Eqanya öz işi "SLEIPNIR”i təqdim edəcək. Müəllif öz dinamik geniş ölçülü qurğuları ilə məşhurdur və insanları ona cəlb etməyi çox sevir. "SLEIPNIR” də istisna deyil, ona görə də hazırlaşın, səyahətiniz zamanı mərkəzin işçiləri sizin bələdçiləriniz olacaqlar. Sərgiyə adı Norveç mifologiya tanrısı Odinin mindiyi səkkiz ayaqlı at verib. Pedronun öz işində açdığı nəzəriyyəyə görə vikinqlər Skandinaviyaya Xəzərdən gediblər. Qurğu da məhz bu ideya ilə birləşdirilib.

İkinci mərtəbədə Vajiko Çaçxianinin əntiq sakinləri olan sirrli meşəsi yerləşir. Onun işləri "Milçəklər dişləyirlər - yağışa" adı altında birləşir, onlar sərgi salonunda Vajiko tərəfindən təqdim olunan video işlərlə bunu alıblar. Bütün eksponatları müəllif xüsusi olaraq Yarat! Contemporary Art Space üçün yaradıb və ilk dəfə Bakıda onu xalqa nümayiş etdirir. Siz 14 aprelədən hamısına baxa bilərsiniz! Hər iki sərgiyə giriş sərbəstdir.

Nə vaxt: marta qədər

Harada: Gazelli Art House

Bilet qiyməti: giriş sərbəstdir

Gazelli Art House qalereyasında “Terra” qrup sərgisi keçiriləcək. İştirakçılar arasında Aziz və Kuçer, Derek Boşyer, Stenli Kasselman, Şarlotta Kolbert, Dikipp Kolbert, Ceyn Makadsm Freyd, Şan Xur, Françesko Codis, Kalliopi Lemos, Covanni Ozzols, Ceyms Ostrer və Saad Qureşi, həmçinin Yun-cin Yung, Xyo Myonq-Kim, Yol və Zoniel var. Rəssamlar ətrafımızdakı məkanların bizim şəxsiyyətimizə necə təsir edə biləcəklərini izah edəcəklər. Sərginin mərkəzində - müəllifi Saad Qureşi olan monumental quraşdırma "Quicken" durut.  Bu məhv edilmiş minarə formasındadır və xüsusi olaraq Gazelli Art House üçün yaradılmışdır. Saad Qureshi bu abidə üzərində ailəsi ilə birlikdə çalışıb və müəllifin xatirələrinə əsaslanır. Sərgi 2019-cu ilin mart ayına qədər davam edəcək. Açılış saatləri: hər gün 12:00-dan 20:00-dək (Bazar ertəsi - istirahət günü). Giriş sərbəstdir.

Nə vaxt: 10 martadək

Harada: Heydər Əliyev Mərkəzi 

Bilet qiyməti: 10 manat

10 martadək Heydər Əliyev Mərkəzində "Hiperrealistik heykəltəraşlıq. Canlıdan seçilmir" sərgisi olacaq. Sərgidə ABŞ, Avstraliya, Kanada, Makedoniya, Fransa və digər ölkələrdən təxmini 20 iş təqdim olunacaq. Ən maraqlısı odur ki, insan heykəlləri inanılmaz detallaşdırma ilə düzəlib. Ekspozisiya beş hissədən ibarətdir: burada heyrətləndirici insan obrazları, monoxrom heykəllər, hipertrofik ölçülərdə heykəllər görə bilərsiniz. Masterlər üzlərdəki qırışları, bədəndəki qatları, saçları belə incəliklə işləmiş, damarlar çəkmiş, mənalı baxışlar və dəri xüsusiyyətləri üzərində işləmişlər. Bütün bunlar Bakının ən instagram məkanlarından birini ziyarət etmək üçün bir səbəbdir.

Nə vaxt: 16 fevraladək

Harada: Kapelhaus 

Bilet qiyməti: giriş sərbəstdir

16 fevraladək Kapelhausda "Germanaijan. Alman mirası və memarlığı Azərbaycanda" sərgisinə getmək olar. O Qafqazda alman yerləşməsinin iki yüz illiyi şərəfinə keçirilir və almanların bizə buraxdığı miras haqda danışır. Sərgidə memarlıq abidələri olan xəritə, Bakı tikintilərinin interaktiv xəritəsi, insanların müsahibə formasında hekayələrini, məişət haqda bəzi şeylər, Nobel qardaşları dövrünün neft partlayışı hekayələrini, Kirxa hekayəsini tapmaq olar. Həmçinin burada tarixi daha dərindən hiss etmək üçün bir çox sənədli şəkillər var. Giriş sərbəstdir.

Nə vaxt: 16 yanvaradək 

Harada: Müasir İncəsənət Muzeyi

Bilet qiyməti: 5 manat

Bir bonus xəbər daha: Müasir İncəsənət Muzeyi təmirdən sonra açıldı! İndi orada xalq rəssamı Səttar Bəhlulzadənin 110 yaşına həsr olunmuş "Ştrixlərin melodiyası" sərgisi keçirilir. Burada müəllifin 130-dan çox işi təqdim olunub və 16 yanvaradək davam edəcək. Şəxsən mən buraya Elyar Əlimirzəyevin əl işlərinə baxmaq üçün gedəcəyəm.

11-12-13 yanvar üçün 10 məşğuliyyət 0

11-12-13 yanvar üçün 10 məşğuliyyət 0

Ninja Parents: Erkən rezervasıya haqqında hər şey

Ninja Parents: Erkən rezervasıya haqqında hər şey

Növbəti paylaşım
Top