#SUMMER
05.08.18

Amaro ilə hazırlanan 3 yay kokteyli

İnsanlar, Qida, Yay
Amaro ilə hazırlanan 3 yay kokteyli

Sərin kokteyllər, açıq veranda, vəfalı dostlar və sevdiyiniz pleylist. Bu həftə sonları biz şəhərdən gedirik və miksoloq Elmar Bağırovun resepti ilə bütün şəhər barlarında içə biləcəyiniz yay kokteylləri hazırlayırıq. Elmar Baku Afisha ilə tünd Amaro likörü əsasında hazırlanan üç resept paylaşdı. Likör Amaro di Angostura L Wine boutique (Zarifa Aliyeva, 97) və Drinks market (Natavan, 1) almaq olar. 

Bu içkiləri axşamlar bağda hazırlaya bilərsiniz, hava ilə bəxtiniz gətirməsə dostlarla görüşünüzü Vinyl qastro-kafedə keçirin, burada sizin üçün məmnuniyyətlə üç kokteyli qarışdırarlar:

Amaro in Red

Amaro in Red hazırlanması çox asan lonq-drink. Onunla başladıqda axşamlar daha əyləncəli və enerjili olur.

Bizə lazım olacaq:

  • 30 ml - Amaro di Angostura
  • 1 banka - Red Bull
  • Buz

İnqrediyentləri şərab stəkanında qarışdırır və biraz şirinliyi olan içkimizdən həzz alırıq.

Amaro Sumakh Spritz

Spritz Avstriyalı hərbçilər tərəfindən düşünülmüş Venesiya aperitividir. Bakıda ən məşhur yay kokteyli içindəki sumax sayəsində xüsusi bir ad qazanıb. 

Bizə lazım olacaq:

  • 30 ml - Amaro di Angostura 
  • 20-30 ml - "Sumax" siropu
  • 100-150 ml - prosekko 
  • Buz

Sirop üçün:

  • 20 qr - quru sumax
  • 500 ml - su
  • 500 qr - şəkər

Qazana su tökürük, sumax əlavə edirik, 20-30 dəqiqə qısıq ocaqda qaynamaya çatmadan bişiririk. İçkini ələkdən süzürük və şəkər əlavə edirik. Yenə oda qoyuruq, şəkər əriyənədək qızdırırıq və mütləq qarışdırırıq. Hazır siropu bir ay soyuducuda saxlamaq olar.

Kokteyli hazırlayırıq, şərab stəkanında sirop və likörü qarışdırır, üzərinə də bir qədər şərab tökürük.

Amaro Carcadet Spritz

Bir qədər şirin və çox dadlı! Əgər tünd çay və şərabı sevirsinizsə, karkadeli spritzi çox sevəcəksiniz.

Bizə lazım olacaq:

  • 30 ml - Amaro di Angostura 
  • 20-30 ml - "Karkade" sirop
  • 100-150 ml - prosekko

Sirop üçün:

  • 20 qr - karkade
  • 500 ml - su
  • 500 qr - şəkər

Sirop hazırlayırıq: suyu qazana tökürük, karkade əlavə edirik və kiçik damlalar yaranana qədər 20-30 dəqiqə bişiririk. İçkini ələkdən süzüb, şəkər əlavə edirik. Yenə oda qoyuruq, şəkər əriyənədək qızdırırıq və mütləq qarışdırırıq. Sirop hazırdır, onu soyuducuda bir ay saxlaya bilərsiniz. İçkiyə başlayırıq amaro, sirop və prosekkonu şərab stəkanında qarışdırırıq. Və artıq həzz almaq olar.

İngilis dili üzrə 3 imtahan

İngilis dili üzrə 3 imtahan

Dondurma və reyhanlı çiyələkli şorba

Dondurma və reyhanlı çiyələkli şorba

Növbəti paylaşım
Top