#WINTER
20.11.18

Hüsniyyə ilə bişiririk: 3 sadə şam yeməyi

İnsanlar, Qida
Hüsniyyə ilə bişiririk: 3 sadə şam yeməyi

Fudbloger @hussniyya, sağlam həyat tərzinə riayət edənlər və şəkillərdən ilham alanlar üçün ideal məsləhətçidir. Bu dəfə Hüsniyyə bizimlə asan və tez hazırlanan şam yeməklərin reseptlərini paylaşacaq:

Kartoflu tökmə piroq

Bizə lazım olacaq: 

  • 1 st - Qatıq və ya xama
  • 1/2 st - Bitki yağı
  • 3 ədəd - Yumurta
  • 1 paket - Qabartma tozu
  • Duz, istiot
  • 2-2,5 st - Un
  • 3 ədəd - Orta ölçülü kartof
  • 1 ədəd - Soğan
  • 100 qr - Holland pendiri
  • 100 qr - Feta pendiri
  • Göyərtilər

Yumurta,qatıq(xama),yağ,duz,istiotu qarışdırıb üzərinə unu və qabartma tozunu ələyirik və tam həll edirik. Kartofu və pendirləri kubik formasında,soğan və göyərtləri xırda formada doğrayıb qarışıma əlavə edirik,istənilən soba qabına töküb(əgər keramika soba qabında bişirsəz daha gec bişəcək,şüşə qabda daha tez bişəcək,həmçinin maffin qablarına tökərək də bişirmək olar). 180 dərəcədə 30-45 dəqiqə bişiririk,üzərinə küncüt,kətan toxumu və ya çörəkotu səpərək daha gözəl görüntü verə bilərik,üzəri qızarmağa başlayanda artıq bişmiş olur.Soyudub süfrəyə vermək məsləhətdi.

Sadə ət və kartof qızartması

Bizə lazım olacaq:

  • Əti marinə etmək üçün sous:
  • 7-8 qaşıq - Zeytun yağı
  • 2 qaşıq - Soya sousu (olmasa da olar)
  • 2 qaşıq - Üzüm və ya alma sirkəsi
  • Duz, qara və qırmızı istiot
  • 1 çay qaşığı - Qurudulmuş kəklikotu və ya rozmarin
  • Yarım limonun suyu
  • 1 soğanın suyu (sürtkəcdən keçirib mini ələklə suyunu süzmək olar,ya da soğanı xırda dilimləyərək ətlərlə birlikdə sousa əlavə etmək olar)

Doğranmış ətləri axşamdan bu sousda saxlayanda həm yumşalacaq,həm də çox gözəl ətir və dad əldə edəcəklər.Sonra isə sadəcə kartofları və əti yağda qızardaraq üzərinə xırda doğranmış şüyüd əlavə etmək qalır.

Sobada pendirli makaron

Bizə lazım olacaq: 

  • 500 qr - Makaron
  • 300 qr - Sosisqa
  • 2-3 ədəd - Kök
  • Duz, istiot
  • 200 qr - Holland pendiri

Makaronu süzürük,sosisqalarə qaynadırıq və halqa doğrayırıq,kökü və holland pendirini sürtkəcdən keçiririk. Makaronu,sosisqanı,kökü və holland pendirini qat-qat formada qaba düzürük aralara kərə yağı və ya bitki yağı əlavə edirik azacıq,azca holland pendiri üzəri üçün saxlayırıq və 15 dəqiqə 180 dərəcə sobada bişirib sonda qalan pendiri üzərinə səpib söndürdüyümüz isti sobaya qoyuruq və hazırdır. Adətən beşamel sousda bişirmək yaxşı olur makaronlar qurumaması üçün,amma beşamel hazırlaya bilməyəndə azacıq makaronu süzdüyümüz su da köməyə çatar,sadəcə yarım stəkan əlavə edin makaronlar qurumayacaq ,həmçinin tomat pastasından da sadə sous hazırlayıb əlavə emək olar.

İldə bir dəfə: Black Friday

İldə bir dəfə: Black Friday

Növbəti paylaşım
Top