09.05.19

İNCƏSƏNƏT VƏ HOLOKOST: ŞARLOTTA SALOMON

İnsanlar, İlham
 İNCƏSƏNƏT VƏ HOLOKOST: ŞARLOTTA SALOMON

Holokost - yeni tarixin qorxulu faciəsidir. Ən qaranlıq zamanlarda belə gözəlliyə inam və ümidini itirməyən, yolu işıqlandıran qəhrəmanlar var. Səbinə Hacıyeva nasist düşərgəsində vəfat edən istedadlı Şarlotta Salomonun həyatı haqqında danışır.

Epiqraf: 

1938-ci ildə noyabrın 9-dan 10-a keçən gecə İsaak Şteynerin tekstil mağazasının vitrininə bir daş  uçdu, arxasından ikinci, daha sonra yenə və yenə - qüvvəylə atılan kiçik daşlar.

Kabuslardakı qara çəkməli kölgələrə bənzəyənlər canavar gülüşləri ilə qırılmış şüşələri itələyib, içəri girdilər və bütün boş ərazini doldurdular. 

Kölgələrin bir hissəsi artıq arxa qapıdan qaçmaq fikri üçün gec olduğunu anlayan gənc satıcını zəncirlədi.

Digərləri sanki vəhşi bir heyvan kimi əllərinin çatdıqları həryeri dağıtmağa başladılar. 15 dəqiqə sonra sadəcə canlını yox etmək qaldı.

Satıcını döydülər, ona və vitrinlərə kerosin tökdülər və yandırdılar. İsaak Şteynerin həyatı belə sona çatdı. O özü və mağazası Vena tarixi xəritəsindən silindi. Avstriya və Almaniyada buna "Kristal gecə" deyirdilər.

Bu vaxtlar ekiz Zaydenbyuteli rəssam qardaşlar Lvovda nasist rejimdən gizlənirlər. 

Rəssam Şarlotta Salomonun atası, məşhur cərrah Albert Salomonu Zaksexauzen konsentrasiya düşərgəsinə göndərirlər, ancaq xoşbəxtlikdən bir neçə həftə sonra azad buraxırlar. Ailə bölünmək qərarı alır: Şarlottanı Fransaya göndərirlər, orada babası və nənəsi yaşayır. Valideynlər isə Niderlandda xilas olurlar.

Rəssam Feliks Nussbaim artıq 4 ildir ki, İtaliyada başlayan Mussolini faşist rejimindən qaçıb getdiyi Belçikada yaşayır.

Rəssam Elza Berq həyat yoldaşı Mommi Şvarts ilə  Amsterdama köçmək qərarına gəlirlər.

Dünya fəlakətinin boğucu dairəsi getdikcə daraldı və daha sonra hərkəs vəfat etdi.

Birinci hekayə. Şarlotta Salomon - incəsənət lənətlə mübarizə aparmağa necə kömək etdi.

1917-ci ildə Berlində liberal yəhudi, tibb professoru Albert Salomonun ailəsində bir qız dünyaya gəldi. Ona anasının ölmüş bacısının, xalasının xatirəsinə - Şarlotta adını verdilər, qısaca Lotta deyirdilər.

İki dünya müharibəsi arasındakı 21 il fasilə qıza sülh dolu uşaqlıq bəxş etdi, o şahzadə Bismark orta məktəbində oxuyurdu.

Lottanın 9 yaşı var, otağa atası girir və üzgün bir səslə anasının qripdən öldüyünü söyləyir. Uzun illər sonra babası sirri açır, anası qripdən ölməyib, pəncərəyə çıxıb və özünü aşağı atıb. Deyirdilər ki, o bacısının özünü öldürməsindən sonra emosional təsirdən çıxa bilməmişdi, bacısı isə çayda boğulmuşdu. 

Ancaq Lotta bu haqda çox sonralar öyrənir, hələlik isə o Dövlət Tətbiqi İncəsənət məktəbinə, sınaq müddəti ilə daxil olur. 1935-36-cı illərdir. Artıq 3 ildir ki, Nazi Partiyasında Nürnberq qanunları hökm sürürdü. Şarlottanı təhsil ocağına qəbul etdilər, o hətta birinci yeri da qazana bilərdi, ancaq jüri yəhudi qıza müsabiqəni qazanmağa imkan vermədi, birinci yer haqqında söhbət belə gedə bilməzdi. 

Hər tərəfdən gələn və həyat azadlığını alan antisemitizm 1937-ci ildə universiteti buraxmaq qərarını verdirdi.

1938-ci ilin kristal gecəsi. Atasının həbsi. Onu buraxacaqlar və sağlam düşüncəsi olan hərkəs artıq bilirdi ki, bu cəhənnəmdən qaçmaq lazımdır. Ata və Lottanın ögey anası Paula Niderlanda getmək, Paulanı isə Fransa, Nisə,nənə və babasının yanına göndərmək qərarına gəldilər.

Baba bunu doğuşdan lənət adlandırırdı ancaq müasir həkimlər maniakal-depressiv dərəcəli bipolyar pozğunluq diaqnozu qoyardılar. Bir fazanın kəskin şəkildə dəyişməsinin səbəbi daxili kimyəvi proseslərdən əlavə, xarici də ola bilər. Müharibə isə depressiyanın pəncəsinə düşmək üçün böyük bir zərbədir. 1940-cı ildə Şarlotta nənəsini kəndirdə gördü.

Lottanın məktublarından: "Mənim həyatım, nənəm öz həyatına son qoymaq qərarı verdiyində başladı, onda mən öyrəndim ki, anamın bütün ailəsi də eyni şeyi  edib və öz içimdə dərinliklərdə eyni ölüm duyğusunu hiss etdim"

"mənim həyatım başladı.." sözləri sizə qəribə gəlmir? Sən daim ölüm qorxusunda yaşayırsan, onunla olmağı öyrənirsən, birləşirsən, qoparıb atmaq olmur, sənə deyirlər ki, ana tərəfindən olan bütün qohumların özünə qəsd edib, daim sənə pıçıldayan ölüm istəyinə artıq haqq qazandırırsan. Ancaq bu uçuruma baxırsan, sonra arxanı dönüb uzaqlaşırsan. Şarlotta incəsənətə qayıtdı, onu seçdi, kömək üçün ona yönəldi, o da əlini uzatdı. Ekspressionizmin ən yaxşı ənənələri ilə Edvard Munk, Frans Mark, Mark Şaqal, Oskar Kokoşka, Van Qoq tərzlərində Lotta öz ilk illərdən bəri sənətkarın "DasEnde" sözünü yazmaq üçün uyğun gördüyü həyatın qeyri-müəyyən "indiki" anına qədər öz reallığını yaradır. 18 ay ərzində o 1325 quaş yaradır, onlara mətnlər əlavə edir, bioqrafiyasını dəyişir - Salomon soyadı "Kan" olur, sevimli ögey anası - Paulinka Bimbam olur. Nənə və babasının ailəsi Lottanın təsvirində soyadlarını Knarre ilə əvəz edirlər. İlk sevgisi Amadeus Daberlon ləqəbi ilə göstərilir.

Əsərlərdə reallığn dəyişməsindən əlavə, Lola daha irəliyə gedir, bütün postmodernistlərdən öncə özü və gələcək tamaşaçı arasındakı divarı aşır - musiqi əsərlərinin adları ilə qeydlər buraxır ki, onu dinləyərək bu və ya digər işi tam dərindən anlaya biləsən. Onun başında nələr səslənirdi, nələr oxuyurdu və bir il sonra bizə oxuyacaqdı. 

Obrazlı müqayisə üçüm Şarlotta və digər rəssamların bir neçə işlərindən nümunələr:

- Şarlotta Salomon

 - Mark Şaqall

 - Şarlotta Salomon

 - Oskar Kokoşka

 

 - Şarlotta Salomon

 - Van Qoq

Bu möhtəşəm salnamənin yaranması belə görünürdü, bloknot səhifələri quaşla yazılırdı, mətn kağız üzərində üst-üstə qoyulurdu və biri digəri ilə ayrılmaz əlaqəli idi, şəkil sözlərin müşayiəti ilə oxunurdu, sətrlər isə quaşda şəffaf obrazlarla tamamlanırdı.

- Şarlotta Salomon 

Şarlotta Salomon öz əsərini - "Həyat yoxsa Teatr?" (Leben? Oder Theater) adlandırdı. 

İncəsənət, hər gün rəsm çəkmək, seksual enerji deyil,ölüm qorxusu sublimasiyası güclü bir antidepressant kimi ölümlə görüşü uzaqlaşdırırdı. Şarlotta Avstraliyalı immiqrant Aleksandr Naqlerlə evləndi və 1943-cü ildə hamiləliyinin beşinci ayında həbs olundu. Onu və həyat yoldaşını doğum lənətinin hamı üçün durduğu yerə, uydurulmuş dəhşətin Avropa lənətinə yol verdiyi - Auşvits-Birkenau düşərgəsinə göndərdilər. Hamilə qadının işçi qüvvəsi olaraq heç bir dəyəri yox idi - ona görə çatan kimi ölüm onu gözləyirdi.

1942-ci ilin yayında Lotta iki paket öz rəsmlərindən yaxın bir insana "bunları saxlayın, mənim bütün həyatım burdadır" sözləri ilə göndərə bilmişdi. O həyatı qorudu, Lottanın valideynləri Albert və Paula müharibədən sonra Fransaya gəldikləri zaman, onlara göndərdi

1970-ci illərdən Şarlotta Salomonun işləri Amsterdamın tarixi yəhudi muzeyində saxlanılır, onun həyat hadisələri isə David Fonkinsin "Şarlotta" sənədli və rəssamlıq filmləri və kitablarına əsaslanır.

 Image result for шарлотта саломон книга дэвида

Qoy birinci hekayənin sonunda Lotta özü bizimlə vidalaşsın. Ən önəmli insanlıq haqqı həyatın əlindən alındığı milyonlarla insanın hər birinə - biz danışmaq haqqını qaytarmalıyıq:

"Və bizim Şarlotta ilə qəribə birşey baş verdi. Rəsm çəkərkən günorta günəşində o yuxuladı. Oyandığında isə önündə sevdiyi insan Daberlonun bitmiş portreti dururdu. O vərəqi yüz min parçaya ayırdı və küləyə buraxdı. Sonra oturdu və yenə yatmağa çalışdı və alındı. Bu yenə də Amadeusun üzü idi, ancaq bu dəfə profildən ayaqda duran Şarlottaya baxırdı və o bu qəribə hadisəyə izah axtarırdı. Sonra baxışları onun Qız və Ölümü təsvir edən köhnə bir rəsminə sataşır. Və bir anda o iki şeyi anladı. Birincisi, sanki Daberlonun gözləri "Ölüm və Qız - biz ikimizik" deyirdi, ikincisi isə, o Daberlonu hər zaman olduğu kimi çox sevir. Əgər o - Ölümdürsə, demək, hərşey yaxşıdır, demək, o da qohumları kimi özünü öldürməlidir, çünki onun metoduna görə hamı dirilə bilər - həyatı daha çox sevmək üçün bir dəfə ölmək lazımdır. Şarlotta onun nəzəriyyəsinin canlı modeli idi, və onun "Orfey və ya Ölüm Maskasına Yol" kitabını xatırladı. Daberlon kitabı poema formasında yazmadığı üçün peşman idi. Və yuxulu gözlərlə onu əhatə edən gözəllikləri gördü, dənizi gördü, günəşi hiss etdi və anladı: o bir müddət insan səthindən uzaqlaşmalı və dərinlikdə öz dünyasını yaratmaq üçün mümkün olan bütün qurbanları verməlidir. Bəs həyat? Yoxsa teatr? haradan yarandı?"

Image result for шарлотта саламон фото

Ardı var...

Sabinanın Dare, Be Smart Telegram-bloqunda dünya incəsənət dünyası haqqında daha çox oxuya bilərsiniz.

9-10-11-12 may üçün 12 məşğuliyyət

9-10-11-12 may üçün 12 məşğuliyyət

Sevgi ilə xatirə: qeyri-adi suvenirləri olan 8 instaqram mağazası

Sevgi ilə xatirə: qeyri-adi suvenirləri olan 8 instaqram mağazası

Növbəti paylaşım
Top