11.03.19

Tiflisdən sevgilərlə

İnsanlar, Məkanlar, İlham
Tiflisdən sevgilərlə

Biz aktiv şəkildə tonqaldan hoppanaraq,  paxlava və cins gödəkçələrimizlə isti günləri gözləyərkən, Baku Afisha sakit durmur və sizi maraqlı insanlarla tanış etməyə davam edir. Bugün Alla Polonskaya bizə Gürcüstana aşiq Azərbaycanlı bələdçi - Faiq Hüseynov haqqında danışacaq.

  • Kim olduğun və nə ilə məşğul olduğun haqda danış

Mənim adım Faiq Hüseynovdur. Bakıda doğulmuşam, Neft Akademiyasını bitirmişəm. Artıq 8 ildir ki, Gürcüstanda yaşayıram. Çoxdan səyahət edirəm, ancaq bu yaxınlarda İnstagramda aktiv şəkildə bloq aparmağa başladım - @fa_huu. Mən turizmə başqa gözlə baxıram və Gürcüstanda xaçapuri yemək və şərab içməkdən başqa nə ilə məşğul ola biləcəyinizi göstərməyə çalışıram. Mağaralara gediram, qayalara çıxıram, ön qapılar üçün kod seçirəm... Bunların hamısı gizli möcüzələri öz gözümlə görmək üçündür. Bu mənə postlarda və qonaqlarımla paylaşdığım emosiyalar bəxş edir.

  • Niyə Gürcüstanı seçdin?

2011-ci ildə mən ilk dəfə Tiflisə gələndə heç təsəvvür belə etmirdim ki, burada yaşayaram və hətta bloq qurub, Gürcüstan haqda danışaram. Hər şey mən dağ massivi Çauxini gördüyüm zaman dəyişdi. Bu ilk baxışdan sevgi idi. Mən bölgələri gəzməyə, dağlara çıxmağa və bunları gürcü dostlarıma göstərməyə başladıqda isə, bu onların elə xoşuna gəldi ki, bloq açmağa qərar verdim. O vaxtdan Gürcüstana olan sevgim daha da güclənir.

  • Nə hədiyyə gətirək?

Əlbəttə ki, məşhur gürcü şərabı. Bir də cürbəcür ədviyyələr məsləhət görə bilərəm: svan duzu, yerli "snikers" - çurçxela, çaçu və bu cür gözəl, qonaqpərvər ölkədən gözəl təəsüratlar.

  • Gürcüstan haqda hərkəsin bilmədiyi 6 maraqlı fakt söylə

Gürcüstanda evdə ayaqqabı çıxarmırlar. Əgər qonaq ayaqqabısını çıxarırsa, bu hörmətsizlik kimi qəbul oluna bilər.

İstilik: burada daha dəqiq desək "istilik sisteminin olmaması". Bu insanı çox çaşqınlığa salır.

Qapıları bağlamamaq və əşyaları küçədə rahat qoymaq olar. Bəzən olurdu ki, yayda mən maşının pəncərəsini belə bağlamırdım. Burada xaçlanırlar: yerlilərin çoxu məbəd yanından keçərkən mütləq xaçlanırlar. Polislər. Polisə rüşvət verməyi ağlınızdan belə keçirməyin, yoxsa ciddi problemlərlə qarşılaşarsınız. Ödənişli liftlər. Yox, qəbz deyil, siz liftə girərkən pul ödəyirsiniz.

  • Gürcüstanda top-5 must see və must do

Burada mən cavabı Tiflis və Gürcüstana ayırıram.

Tiflisdə:

  • Narikala qalası və park Rike
  • Mtatsminda dağı
  • Tiflis hamamları
  • İtalyan həyətləri və qeyri-adi ön qapılar
  • Rustaveli prospekti

Gürcüstanda:

  • Kazbeki zirvəsi fonunda Qerqeti kilsəsi
  • Dağ bölgəsi Svanetiya (Mestia şəhəri, buzlaqlar, Koruldi gölü və s.)
  • Çimərlik şəhəri Batumi
  • Kaxetiya şərab bölgəsi
  • Gürcüstan İsveçrəsi - Raça

  • Gürcüstandakı həyat boyunca ən böyük kəşf?

Hekayə danışım: hər dəfə, mən harasa, dağ, meşə və ya şəhərdən kənar bir yerə gedəndə, özümlə tullantılar üçün paket götürürəm. Xatırlayıram, bir dəfə Laqodexidə 8 saat boyunca şəlaləyə gedərkən iki belə paket yığmışdım. Milli parkdan çıxdıqda isə, bizi yerli reyncer qarşıladı. Tullantılarla dolu paketi görüb, təəccübləndi və əlimi sıxdı (əllərim çirkli olmasına baxmayaraq), daha sonra isə bunları atanlara əsəbləşdi. Minnətdarlıq üçün o bizi evinə şam yeməyinə dəvət etdi. Biz də əlbəttə ki, razılaşdıq.

  • Bələdçi kimi nə təklif edə bilərsən?

Mən Gürcüstanda qeyri-adi və gözəl yerləri göstərirəm. Mənə bu ölkənin təbiətini görmək və anlamaq istəyənlər müraciət edirlər. Mənim məqsədim isə - bütün palitraları göstərməkdir. Mən kütləvi turlarla məşğul olmur, şablon proqramlar hazırlamıram. Yalnız müəllif turları. Bundan əlavə Tiflisin qeyri-adi yerlərində foto turlar və fotosessiyalar təklif edirəm.

  • Gələcəkdə nə etməyi planlayırsan?

Çooox şey! "Tiflisdə ön qapılar" və "Danış mənə" (yerli sakinlərlə müsahibələr) layihələrini böyütmək istəyirəm. Kazbeki, Didi Abuli və Uşba yüksəkliklərini fəth etmək istəyirəm. Gürcüstanın bütün mağaralarını öyrənmək və bu istiqamətlərdə qeyri-adi turlar təşkil etmək. Tobavarçxili, Kelitsadi və Qara Qaya göllərini ziyarət etmək. İlin əvvəlində siyahı daha böyük idi, indi isə bu üçü qalıb.

Azərbaycanda böyük tura çıxmaq. Hələ ki, məlumat toplayıram. Və mənə elə gəlir ki, bu səyahət bir neçə həftə çəkəcək, çünki göstərməli çox şey var!

Və nəhayət, öz bloq-saytımı qurmaq, hal-hazırda hazırlanır.

İpəklə toxunanlar: Bakıda kəlağayını harada axtaraq

İpəklə toxunanlar: Bakıda kəlağayını harada axtaraq

DƏBDƏyəm: Şəklimi çəkə-çəkə hərdən

DƏBDƏyəm: Şəklimi çəkə-çəkə hərdən

Növbəti paylaşım
Top