#AUTUMN
02.05.18

Necə qurulub: Nafantano oyuncaqları

İnsanlar, Ast&Musiqi, İlham
Necə qurulub: Nafantano oyuncaqları

Tüklü koalalar, şirin mamontlar və əsl Stiç! Nafantanonun fantastik heyvanlarına ilk baxışdan aşiq olursan. Baku Afisha oyuncaq brendinin qurucusu Toğrul Səmədovla hobbinin necə biznesə çevrilməsi, gəlir və ilham mənbələri, sifarişçilər və biznes sirrləri haqqında danışdı:

Nafantano.com, Facebook, İnstagram 

Özünüz haqda danışın:

Təhsilim üzrə mən stomatoloq, əslində isə iş adamıyam. Öz ilk biznesimə mən 16 yaşında, ATU-ya qəbul olduqdan sonra başladım. Fantastik oyuncaqlar düzəltməyə isə 2 il əvvəl başladım. 

Nafantano nədir?

Nafantano — böyük uşaqlar üçün yumşaq oyuncaqlardır. Onlar reallıqları və özlərində həssaslıq və hiyləgərliyi birləşdirmələri ilə seçilirlər. Bu personajları hazırlarkən mən birləşməsi mümkün olmayan şeyləri birləşdirməyə çalışıram.

Mən uşaqlıqdan rəsm çəkməyi sevirəm, yəqin ki, məhz rəsmə və incəsənətə olan sevgi biznesdə mənə kömək edir. Nafantanoya qədər mən sayt, mobil oyunlar və proqramlar hazırlanması ilə məşğul olurdum. Həmin vaxtlar Sankt-Peterburqda aktiv olaraq Fatal Fight oyunun hazırlanması ilə məşğul idim. Elə alındı ki, oyundan gələn gəlir birdən-birə düşdü, bütün gəlir isə tərtibçi komandanın saxlanmasına gedirdi. Mən ailəmi dolandırmaq üçün əlavə bir biznesə başlamaq qərarına gəldim.

Əgər pulun azdırsa, bütün vaxt və əməyini qoymalısan

Hardasa işə düzəlmək mənlik deyil. Mənə minimum pul yatırımı ilə gəlir gətirə biləcək biznes lazım idi. Yeni bir biznesə başlayanda pul və vaxt miqdarı bir-birinə əks olur. Daha çox boş vaxt istəyirsənsə, çox pul qoymalısan, əgər pulun azdırsa və ya heç yoxdursa, onda bütün vaxt və əməyini qoymalısan. Bu fikirlərlə mən qeyd kitabçamı açdım və öz ideyalarımı qeyd etməyə başladım. Bir vaxtdan sonra atelye açmaq ideyası yarandı.

Mən öz layihələrim üçün adlar tapmağı çox sevirəm. Ən azından işarə və ya domen qeydiyyatında bu bir üstünlük qazandırır. Nafantanoda ailəmdəki adlar birləşir: həyat yoldaşım Nafisa, mən — Toğrul və oğlum Onur — «NAFisa ANd Toghrul ANd Onur».

Nafantano hobbidir yoxsa qazanc?

Çoxlarında hobbi biznesə çevrilir. Məndə isə əksinə. 2016-cı ilin sonunda mən Fatal Fight oyununu satdım və Dubayda yeni biznesə başladım. Hal-hazırda Nafantano mənim hobbimə çevrilib, əslində isə mən biznes olaraq başlamışdım. Mən gördüyüm hər bir işi sevirəm və hər layihəmin mərkəzində incəsənət və yaradıcılığa olan sevgi dayanır.

Proses necə baş verir?

Bütün həyatım boyu mən müxtəlif işlərlə məşğul olmuşam və müxtəlif istiqamətlərdə bacarıq toplamışam. Rəsm çəkməyi uşaqlıqdan bacarırdım, Tibb universitetində diş heykəlləri düzəltməyi öyrəndim. Bundan başqa psixologiya haqqında da anlayışım var, insanlara nə lazım olduğunu anlayıram.

Hələ Nafantano yaranmadan öncə, mən çox istedadlı bir heykəltəraş Elvin Nəbizadə ilə tanış oldum. O mənə heykəllərlə işləmənin incəliklərini öyrətdi, ilk vaxtlar oyuncaqları yaratmağa kömək etdi. Oyuncaqlar düzəltmə prosesi bir neçə mərhələdən ibarətdir və hər biri üçün ayrı material və alətlər lazımdır.

Hər şey polimer gildən baş, əl və dırnaq heykəlindən başlayır. Mən təbii kürkə bənzəyən yüksək keyfiyyətli süni kürkdən, bal skeletindən, gözlər üçün şüşədən, ağırlaşdırma üçün şüşə qranulyatdan, akril boyalardan və toxunduqda pişik əllərini xatırladan xüsusi silikonlardan (Hollivudda onlardan qrim və maskalar düzəldirlər) istifadə edirəm. Bütün materialları mən internetlə müxtəlif ölkələrdən alıram. İlk modellər məndə bir və ya iki həftəya alınırdı. İndi hər şey iki gün vaxt alır.

Ən sevdiyiniz və sevmədiyiniz mərhələ?

Ən sevdiyim mərhələ — geri əlaqədir, yeni sahiblər öz oyuncaqları ilə şəkillər və videolar göndərir, təəssüratlarını paylaşırlar. Sevmədiyim mərhələ isə yoxdur. Dediyim kimi, gördüyüm işi sevirəm, proses zamanı ortaya çıxan problemlər isə mənim üçün yeni bir təcrübə və bilik mənbəyidir. Öyrənməyi sevirəm.

Ən sevdiyim mərhələ — geri əlaqədir

Onlayn-mağaza yaratmaq zərurəti necə ortaya çıxdı?

Mən hələ başlamadan öncə başa düşdüm ki, onlayn-mağaza açmaq lazımdır. Mən öz ilk oyuncağımı yaratmadan öncə, artıq sifarişlər alırdım. Bu necə mümkündür? Hər şey çox sadədir! Mən oyuncaqların konseptini çəkir və yetərincə sifariş toplandıqdan sonra onları hazırlamağa başlayırdım ki, lazım olan material və alətləri alım. İlk müştərilər oyuncaqları ödəmədən 6 ay sonra alırdılar, indi isə bu proses təxminən bir ay çəkir. Orta hesabla mən ayda 10-20 sifariş alıram. Konsept-artlarıma burada baxmaq olar.

Oyuncaqlarınız hansı ölkələrə göndərilib?

Alıcılarımın 80%-i Amerikadandır. İkinci yerdə Avropa ölkələri, sonra isə Asiyadır. Cəmi 23 ölkədən alıcılar saymışam. Sifarişçinin şəxsi eskizi üzrə oyuncaq hazırlanması barədə sifarişlər də çox gəlir, ancaq mən bunu qəbul etmirəm, çünki bu yaradıcılığa mane olur.

Müştəriləriniz kimlərdir?

Oyuncaqları əsasən 25-30 yaş arası qızlar sifariş edir. Hərdən öz xanımları və ya çox nadir hallarda uşaqları üçün hədiyyə seçən kişilər yazırlar.  Fantastik heyvanlar isə - uşaqlar üçün deyil, böyükləri sevindirmək üçündür. Bu sənət əsəridir, yumşaq oyuncaq deyil.

Hansı sifariş yadda qalıb?

Rusiyadan maraqlı bir hadisə olmuşdu, balaca qız dişini diş pərisinə hədiyyə edib, əvəzində Nafantano oyuncağı tələb edirdi. Oyuncaq baha olduğu üçün isə iki dişini vermişdi! Anası özünü saxlaya bilməyib, istədiyi oyuncağı sifariş vermişdi.

Bu sənət əsəridir, yumşaq oyuncaq deyil

Bəs doğmalarınız yaradıcılıq prosesində iştirak edirlər?

Xeyr, doğmalarım və dostlarımdan heç kəs prosesdə iştirak etmir. Ancaq yeni obrazlar və personajların yaranmasına daha çox vaxt ayırmaq üçün müxtəlif mərhələlərdə mənə kömək edən iki köməkçim var.

Əsas tənqidçiniz?

Mən özüm. Mən tənqidçi biriyəm və özümə də yazığm gəlmir.

İlham mənbəyiniz?

Mən müxtəlif heyvanların, cizgi film personajlarının şəkillərinə baxıram və başqa masterlərin işlərini də izləyirəm.

Bunu harada öyrənmək olar?

Müxtəlif texnikaları öyrənmək üçün onlayn master-klasslar var: quru keçəçilik, teddi texnika, qarışıq texnika, silikonlarla işləmək. Mən bütün bu texnikaları öyrəndim və onları maksimal reallıqla birləşdirdim. Hər şeyi sadə bir üsulla öyrəndim: "eksperiment apar — səhv et — öyrən — təkrar et". Sonsuzadək belə. Mənim uğur reseptimin üç inqrediyenti var:

  • Birinci — gördüyün işi sev
  • İkinci — elə et ki, bu kiməsə lazım olsun
  • Üçüncü — öyrənməyə zaman və pul sərf et

Bu cür templə sərbəst vaxtınız qalırmı?

Artıq 30 yaşım olur, ancaq hələ də başa düşə bilmirəm, hobbi və sərbəst vaxt nə deməkdir. Nədən sərbəst? İşdən? Ailədən? Həyat sevmədiyin kəslərə və şeylər sərf etmək üçün çox qısadır. Mən etdiyim hər şeyi və zaman keçirdiyim hər kəsi çox sevirəm.

Baku Afisha məsləhət görür: Yaxşılıq edək

Baku Afisha məsləhət görür: Yaxşılıq edək

Sabina Şahi: Orqanizm və düşüncələri təmizləyirik

Sabina Şahi: Orqanizm və düşüncələri təmizləyirik

Növbəti paylaşım

Oxşar paylaşımlar

Top