06.02.18

Necə qurulub: PASHA Holidays

İnsanlar, Məkanlar, İlham
Necə qurulub: PASHA Holidays

Atalar deyir ki: xizəkləri yaydan, turlarınızı isə qışdan hazırlayın. Baku Afisha PASHA Holidays tur şirkətinin işçiləri Əzizə Seidova və Pərvanə Ağayeva ilə danışdı – onlar tətil haqqında hər şeyi bilirlər – və bizə azərbaycanlı turistləri komfort zonasından necə çıxarmaq, müştəriyə necə düzgün yanaşmaq və bu yay haralara getmək haqqında danışdılar:

PASHA Holidays ideyası necə yarandı?

Əzizə: PASHA Holidays – PASHA Travelin bir bölməsidir və fəaliyyəti yer kürəsinin ən maraqlı və cəzbedici yerlərinə turlar təşkil etməyə yönəldilib.

PASHA Holidays ofisi 17 yanvar tarixində PASHA Travelin 15 illiyində açıldı. Açılış zamanı da elan edildi ki, PASHA Travel tur agentlikdən tur operatorluq statusuna keçir.

Bizim ofisə girən kimi, sizə müxtəlif macəraların təklif edildiyi böyük səyahətlər dünyasına düşürsünüz: aktiv istirahətdən ənənəvi istirahətə kimi. Burada hər kəs özü üçün tur tapa bilər. Biz isə yenidən gəlməyiniz üçün əlimizdən gələni edəcəyik.

Tur agentlik hansı istiqamətləri əhatə edir?

Əzizə: Biz yer kürəsinin hər bir nöqtəsinə turlar təşkil edirik, indi isə əsasən Çernoqoriyaya uçuşlat təklif edirik. Biz qərar verdik ki, bizim üçün ilk addım məhz bu ölkə olacaq – zamanında olduqca məşhur olan, azərbaycanlılar üçün haradasa yeni bir istiqamətdir.

Niyə Çernoqoriya?

Əzizə: Çernoqoriya əla təbiət və möhtəşəm çimərliklər deməkdir. Həmçinin bu istiqamət həm ailələr, həm də səs-küylü dostlar üçün çox uyğundur.

Pərvanə: Ancaq bu istiqamətin ən böyük üstünlüyü – Azərbaycan üçün vizasız rejimin olmasıdır. Bu Avropada olmayanlar üçün vizasız səyahət edib, bütün bu gözəllikləri görmək baxımından əla şansdır. Çernoqoriya yaxınlığında sadəcə bir neçə saatlıq məsafədə yerləşən Albaniya, Bosniya və Herseqovina, Xorvatiya kimi ölkələr var.

Çernoqoriyanın özündə də böyük turistik yerlər var: Budra, Kotor, Tivat, Beçisi, Herseq-novi, Müqəddəs Stefan – tarixi arxitektura və tarixi abidələrlə zəngin olan ekskursiya və turların seçilməsi. Və Çernoqoriya o qədər yığcamdır ki, bütün ölkəni bir neçə gün ərzində sahillə gəzmək mümkündür.

Nə vaxt uçmaq lazımdır?

Əzizə: Çernoqoriyaya ilin istənilən vaxtı getmək olar – vizasız rejim bütün il ərzində keçərlidir. Ancaq ən yaxşısı yaydır, çünki çoxları buraya gözəl çimərlik, yumşaq iqlim, möhtəşəm təbiət və dadlı yeməklərə görə gəlirlər. Biz yay ortası və payız başlanğıcını tövsiyə edirik: Tivata çarter reyslərimiz 5 iyuldan 13 sentyabradək uçacaq – bu səyahət üçün ən gözəl zamandır.

Pərvanə: Balkan ölkələrində otellərin çoxu qışda bağlanır. Sezon aprel ayından başlayır. Çernoqoriyada bir çox yaşayış yeri növü var – siz buraya gəlib, özünüzə balaca bir otaq da tuta, prestijli lüks bir oteldə də qala bilərsiniz.

Bunun qiyməti nə qədərdir?

Əzizə: Bizim hər zövqə və cibə uyğun paketlərimiz var. Qiymətlər 7 gecə üçün 600$-dan başlayır. Buraya uçuş, transfer, yaşayış yeri və səhər yeməyi daxildir.

Çernoqoriya bahalı ölkə deyil və biz "all inclusive" – "hər şey daxildir" etmək xatirinə turistləri bir neçə otellə kifayətləndirmək istəmədik.

Şəxsən mənim üçün bir yerdə qalmaq darıxdırıcıdır – oteldə səhər yeməyini yeyib, sahildə gəzmək, başqa bir yerdə nahar etmək və ən əsası bütün bu gözəllikləri görmək, hiss etmək olar.

Ofisin işi necə qurulub?

Bizim ofis satış agentlərindən ibarətdir – onlar biletləri, otelləri, turları, ekskursiyaları satan insanlardır. Həmçinin bizdə dünyanın hər bir yerinə viza almaq istəyənlər üçün viza bölməsi, partnyor agentlərlə əlaqələr üçün riteyl komandamız və əlbəttə ki, mühasibat bölməsi – kassa və bek-ofisimiz var.

Əzizə: Bizim ofisdə siz turist xidmətlərin bütün spektrlərini və yüksək enerji alacaqsınız. Biz həmişə qonaqlarımızı şirin bir şeyə qonaq edirik, balacalar üçün isə uşaq otağımız var.

Pərvanə: Bizdə hər zaman musiqi oxunur və rəqs etmək istəyirsən. Tez-tez həm agentlərdən, həm də müştərilərdən bizdə xoş abhavanın olduğunu eşidirik. 

Əzizə: Mən bütün Baku Afisha oxuyucularına bizim ofisə gəlməyi tövsiyə edirəm, bu o demək deyil ki, mütləq nəsə almalısınız.

İdeal tur agent: nələri bacarmaq lazımdır?

Pərvanə: Səyahət proqramını hazırlamaq üçün çox vaxt lazımdır. Müştərilərimizin 90%-i məşğul insanlardır və ildə cəmi bir və ya iki dəfə istirahətə vaxt ayıra bilirlər. Müştəri agentimizə getmək istədiyi ölkəni deyir və agent bütün mümlün variantları təklif edərək proqram hazırlamağa başlayır.

Bizim agent – tur-konsultantdır. Əgər seçdiklərinizdən əminsiniz və özünüzə ideal istirahəti artıq çəkmisinizsə, bizim travel-mütəxəssislər xəyallarınızın istirahətinə rəng qatacaq, seçilən istiqamətdə bir çox turistik xidmətlər təklif edəcəklər.

Əzizə: Bizim agentlər çox səyahət edir, öyrədici turlar keçir, çünki sən bir məhsul satırsansa, onun haqqında çox şey bilməlisən. Bu öyrədici turlar heç də istirahət deyil: agentlər gün ərzində təxminən on otel gəzirlər ki, otaqların görünüşünə, restoranlara SPA-ya baxa bilsinlər. Agentlər bütün görkəmli yerləri görməli və qayıtdıqları zaman kolleqaları ilə bütüm məlumatları paylaşmalıdırlar. 

Tur agent klientləri necə müşayiət edir?

Əzizə: Bizim günün istənilən saatı zəng edə biləcəyiniz qaynar xəttimiz var. Əgər bir sualınız yaransa, məsləhət üçün hər zaman agentə müraciət edə bilərsiniz. Həmçinin bizim Çernoqoriyada ofisi olan həmkarlarımız da var.

Pərvanə: Turistlərə verdiyimiz sənədlərdə hər zaman bütün məlumatların yer aldığı bir hissə var: Çernoqoriyada bələdçilərin və təşkilatçıların əlaqə nömrələri, haraya getmək, alış-veriş etmək, yemək və əylənmək haqqında məlumatlar olur. Bizi də tapmaq çox asandır, hər zaman əlaqə saxlamaq olar.

Müştərilərlə işi necə qurursunuz?

Əzizə: Mən hələ səyahət etməyi sevməyən insan görməmişəm. Bəli, problemlər olur – kiminin büdcəsi az olur, kimsə təyyarədən qorxur, ancaq yenə də sizin hər bir şüphənizə bizim çıxışımız və təklifimiz var.

Hərdən insanlar gəlib deyir: "Hansısa saytda bir şəkil görmüşəm, oraya getmək istəyirəm". Təbii ki, biz bu şəkil haqqında heç bir fikirə sahib deyilik, lakin o yeri axtarıb tapmağa çalışırıq. Və tapdığımız zamanlar da olur.

Hərdən müştəri bizə gəlib, tanımadığımız istiqamətlər haqqında danışır. Biz birlikdə marşrut seçirik, nəticədə interaktiv bir dialoq alınır. Sonda isə əla bir proqram ortaya çıxır.

Hərdən müştəri bu proqramla səyahət edib qayıtdıqdan sonra gəlib bizə deyir: "Bu mənim gördüyüm ən yaxşı proqram idi və istəyirəm ki, onu mənim şərəfimə adlandırıb, öz müştərilərinizə satasınız!".

Çox vaxt tur şirkətinin işini çox gözəl və yüngül kimi qəbul edirlər. Ancaq insanlarla olan hər bir iş emosional dayanıqlıq tələb edir. Sən həm danışmalısan, həm psixoanalitik olmalısan, müştərini dinləməli, başa düşməlisən.

Biri gəlib sizə deyir: "Çox istəyirəm gedim və aktiv turizmlə məşğul olum", ancaq onun gözlərində "Mən şopinqə getmək istəyirəm" yazılıb. Bu halda sən müştərini onun bəyənəcəyi turu seçməyə razı salmalısan.

Tur agentlik yoxsa Booking? Hansı daha yaxşıdır?

Əzizə: Biz insanların seçiminə hörmət edir və heç vaxt öz bukinq sistemimizi məcbur ona məsləhət etmirik. Əgər Çernoqoriyanı seçiriksə – onda biz paket şəklində bilet və otel təklif edirik. Onlayn agentlərdə təkcə aviabilet sizə 500$-a gələcək, biz isə 600$-a yeddi günlük paket təklif edirik.

Turistlərin çoxu indi özləri otel bron edirlər. Ancaq mən qətiyyətlə bron etmədən şərtləri diqqətlə oxumağı tövsiyə edirəm. Hərdən çox yaxşı bir qiymət görürsünüz, ancaq bronu ödədikdə buraya səhər yeməyi, transfer və başqa şeylər əlavə olunur.

Hər zaman sayt qiymətləri ilə tur agentlik qiymətlərini müqayisə edin və unutmayın – tur agentlə bron edərkən siz əmin ola bilərsiniz ki, agent sizin yanınızdadır və hər bir probleminizi həll edə bilər. Vebsayta zəng etməyi yoxlayın – əksər halda bu mümkün olmur.

Necə səyahət planlaşdırmaq və qənaət etmək olar?

Əzizə: Mən həmişə çox sadə bir səbəbdən erkən rezervasiya tərəfdarı olmuşam – nə qədər erkən, o qədər yaxşı qiymətlər. Mən özüm bunu heç vaxt etmirəm (gülür), iş qrafikinə görə öncədən məzuniyyət planlaşdıra bilmirəm.

Yay istirahətinizi fevral və aprel ayları arasındakı zamanda planlaşdırmağı məsləhət görürük. Beləliklə siz 50%-dək endirim ala bilərsiniz, həm də yerin olduğundan əmin olmaq lazımdır, adətən yaxşı otellərdə yerlər çox tez bitir.

Əgər siz yaxşı oteldə yaxşı qiymətə istirahət etmək istəyirsinizsə və gedəcəyiniz tarixi artıq seçmisinizsə, onda heç düşünmədən turunuzu öncədən rezervasiya edin.

Azərbaycan turisti harada dincəlməyi sevir?

Pərvanə: Tipik Azərbaycan turisti yayda Türkiyəni, qışda isə Ərəb əmirliklərini sevir.  Biz hamıya yeni istiqamətləri kəşf etməyi təklif edirik – daha çox Avropaya getmək, okean üzərindən uçmaq, qarlı ölkələrdə dincəlmək.

Biz adətən turistlərimizin getmədiyi yerlərə turlar təşkil etməyə çalışırıq: Dominiko Respublikası, Meksika, Vyetnam, Tayland, Bali, Çernoqoriya.

Düşünürəm ki, Azərbaycan turisti şərq mədəniyyətinə yaxındır və ona görə daha çox Türkiyəni, Əmirlikləri və ya ən az bir türk restoranı tapa biləcəkləri Avropa ölkələrini seçirlər (gülür). Biz çox istərdik ki, hər il yeni istiqamətlərin sayı və gedişi daha da artsın.

Turistlərə komfort zonasından çıxmağa necə kömək edirsiniz?

Əzizə: Biz ənənəvi türk istirahətinə alternativ olaraq, uyğun qiymətə başqa ölkələrə turpaketlər təklif edirik.

Pərvanə: Biz indi bizim üçün yeni olan target-auditoriya ilə işləyirik. Gənclərin çoxu xarici ölkələrdə əyləncələri sevir, həmişə Gürcüstandakı festivallara qatılır, konsertlərə bilet alırlar.

Biz 20 nəfərdən başlayan gənc qruplar üçün uyğun qiymətə zəngin proqramı olan, gənclər üçün bütün aspektlərin olduğu xüsusi turlar planlayırıq.

Yeni başlayan biri necə uğurlu tur agent ola bilər?

Pərvanə: Bizim tur agentliyə xidmət sahəsində təcrübəsi olmayan işçilər gəlməyib. Biz həvəsi və potensialı olan gənc kadrlar seçirik. Bizim sahəmizdə çalışmış, çox yaxşı akademik bazası olan işçilər var, lakin bu tur kompaniyalar deyil, otel və ya aviaşirkətlərdir. Bizim satış atmosferinə daxil olmaq onların bir ayını alır.

Ancaq mütəxəssis bir tur agent olmaq üçün illər lazımdır. Bunu kitablardan öyrənmək, jurnallarda oxumaq mümkün deyil. Sən bir çox tədbirlərə, seminarlara gedə, hətta universitet bitirə bilərsən, ancaq o lazımlı təcrübə yaxşı bir kompaniyada 5-10 il işlədikdən sonra gəlir.

Turizm sahəsində ali təhsil bizim əsas kriteriyamız deyil. Əlbəttə, bizim yeni açılmış Turizm universitetini bitirən işçilərimiz var. Ancaq filialda həmkarlarımızın çoxu 10 ildən çox iş təcrübəsi olanlardır. Ona görə də çoxumuz turizmə marağı olan mühasiblər, mühəndislər, memarlarıq.

Əzizə: Hərənin bir hekayəsi var: Pərvana bizə aviaşirkətdən gəlib, mən isə iki ildir ki, sənayedəyəm - bundan əvvəl mədəniyyət və incəsənət sahəsində işləyirdim.

Ancaq mənim turizmə gəlişim təsadüfi deyil – yaxşı bir musiqi dinləyərkən və ya gözəl bir rəsm əsərinə baxarkən keçirilən hisslər dünyanı səyahət edərkən keçirdiyin hisslərlə çox yaxındır. Mən bütün səyahət və turizm konseptinə mədəniyyət və incəsənət prizmasından baxıram.

Əsas odur ki, bizimlə çalışan insan müştəriyə yönəlmiş olsun. İnsana hansısa bir proqramı öyrətmək olar, ancaq qonaqpərvərliyi və mehribanlığı öyrətmək çox çətindir. Bu agentlərimizdə axtardığımız əsas keyfiyyətdir.

PASHA Holidays – hər kəsin işləməkdən həzz aldığı bir agentlikdir: həm müştərilərin, həm partnyorların, həm də otellərin.

VİDEO: Baku Afisha & Yoga Shahi - Dartınma

VİDEO: Baku Afisha & Yoga Shahi - Dartınma

Sevgi ilə: xanımlar və bəylər üçün hədiyyə ideyaları

Sevgi ilə: xanımlar və bəylər üçün hədiyyə ideyaları

Növbəti paylaşım
Top