07.01.19

Xəritə: Tbilisidə 5 kokteyl-bar

Məkanlar, İlham, Xüsusi layihə
Xəritə: Tbilisidə 5 kokteyl-bar

Tbilisiyə nəyə görə getmək lazımdır? Hər kəsin bu suala öz cavabı var. Kiminə görə Gürcüstanın paytaxtı ilk növbədə mətbəxdir: isti acar-sayağı xaçapurilər, lobyalı ədviyyəli salatlar və acikalı xəngəllər. Kimlərsə buraya yeni dəb tendensiyaları və cəsur dizaynerlər axtarışına gedir. Baku Afishanın baş redaktoru Oksana Unchieva və Buddha Bar Bakunun bar-meneceri Rüfət Mehtiyev isə Yeni il ərəfəsində qarşılarına bir tapşırıq qoyaraq, Rustaveli prospektinə getdilər: onlar Tbilisi üzrə ideal kokteyl marşrutu hazırlamalı idilər.

Rüfətin seçimi:

  • Cocktail Factory 

Bar Tbilisinin mərkəzində Petre Melikishvili küçəsindən yuxarıda şərab zavodu ərazisində yerləşir. Məkan həftənin yeddi günü 20:00-01:00 (bazar və bazar ertəsi), qalan günlər isə gecə 02:00-dək işləyir. Personal yalnız barmenlərdən ibarətdir. Məkanda yemək menyusu olmadığından, sadəcə yüngül qəlyanaltılar sifariş edə bilərsiniz. Bar arxasında bizi Mark Zimnenko adlı gülərüz bartender qarşıladı. Markın dediyinə görə hər həftə sonu məkanda 500 kokteyl satılır. Burada daha çox sezon meyvə və tərəvəzləri əsasında hazırlanan yüngül kokteyllər sifariş edirlər.  Biz bal əlavəli klassik Penisillin kokteyllərinin, şabalıdlı bulvardye və rom əsasında hazırlanan qozlu köhnədəbli kokteyllərin dadına baxdıq.

Kokteyllərin orta qiyməti: 15 lari


  • Candy Bar

Şərab zavodu ərazisində, Cocktail Factory yaxınlığında Candy Bar adlı bir məşhur bar daha yerləşir. Barın əsas konsepsiyası - cindir. Onlar bu işə olduqca ciddi yanaşıb və çoxlu müəllif cinlər hazırlayıblar. Siz müəllif laymlı cin, narlı cin, moruqlu cin, qreyfrutda cin və s. dadlarına baxa bilərsiniz. Həftə sonları bartenderlər 60 litrə qədər cin süzürlər. Məkanda fast-fud menyusu da var. Biz 18 lariyə baş aşpazın müəllif burgerini sifariş verdik.

Kokteyllərin orta qiyməti: 12 laridən 25 lariyədək


  • 41 Gradus


Bar Qalaktiona Tabidze küç.19-da yerləşir. Bar şəhər kvartalları arasında gizlənib və Speak Easy kateqoriyasına aiddir. Bu iki məşhur bartender - Moskvada Chainaya Tea & Cocktails barın yaradıcılarından biri Roman Milostiviyin və Kirill Ledaşevin barıdır.

Bara girdikdə biz nuar romanlardakı kimi zəif işıqlı kiçik bir məkan gördük. Barda balaca vintaj alkoqol kolleksiyası var. Bar arxasında bizim üçün 20-ci illərin möhtəşəm quru kokteyllərini hazırlayırdılar. Onlar yerli inqrediyentlərlə işləyirlər - menyuda Rustaveli, Bagrationi kokteyllərini görmək olar.

Kokteyllərin orta qiyməti: 15 lari


Oksananın seçimi:

  • Stamba café

Vera rayonunda yerləşən köhnə tipoqrafiya binasında restoran və kazinosu olan dizayn-otel açıldı. Otelin qurucuları, xüsusilə dizaynerlər sovet konstruktivizm memarlığını art-deko elementləri ilə birləşdirməyi yaxşı bacarıblar. Tbilisi üçün özünəməxsus tərzi olan bir məkan alınıb. Restorana girdiyimdə mənim üçün ən yaddaqalan böyük vintaj çilçıraqlı dairəvi bar oldu. Axşamlar barda çox adam olur - kokteyl xəritəsi inqrediyentlər və fərqli dadlarla zəngindir. Burada giləmeyvə, zəncəfil və marakuyya müxtəlif birləşmələrlə təqdim olunur, ancaq ciddi içkiləri sevənlər üçün klassikalardan neqroni və manhetten də var, bartenderlərdən soruşun və onlar sizə kömək edəcəklər.

Mən Passion Cooleri çox bəyəndim, bu içkini Passion fruita olan sevgimə görə seçdim! Çox ləzzətli idi!

Kokteyllərin orta qiyməti: 17 lari


  • Rooms Hotel

Üç il əvvəl ilk dəfə Tbilisiyə gələndə, biz bu möhtəşəm butik oteldə qaldıq və o vaxtdan buraya hər gəldiyimizdə mütləq ora baş çəkirik, lakin artıq başqa səbəbdən.

İş orasındadır ki, burada öz möhtəşəm abhavası (barda asılan şəkilə diqqət edin - həmişə istəyirəm ki, onu mənə satmalarını xahiş edim) və Londondaki Nightbarın dünyaca məşhur bartenderi Luca Cinalliyə bənzəyən bartenderi ilə bizim yadımızda qalan bar yerləşir. Axşamlar burada dəbli insanlar toplanır, maraqlı musiqi səslənir - bu məkanı must visit kimi tövsiyə edirik. 

Ənənəvi olaraq mənim sifariş etdiyim kokteyl Negronidir. Bu kokteyl Tbilisidə hazırlanan ilk və ən keyfiyyətli içkilərdəndir!

Kokteyllərin orta qiyməti: 15-20 lari

4-5-6 yanvar üçün 8 məşğuliyyət

4-5-6 yanvar üçün 8 məşğuliyyət

Bir dəqiqə dincəlmirik: Smartfonu əlimizdən necə buraxaq

Bir dəqiqə dincəlmirik: Smartfonu əlimizdən necə buraxaq

Növbəti paylaşım

Oxşar paylaşımlar

Top