04.05.18

Like a local: Roma

İnsanlar, Məkanlar, İlham
Like a local: Roma

Bakılı David Krasiçkov magistratura oxuduğu və İtaliyanın tam ürəyində həyatdan zövq aldığı Romada yaşamağa getdi. Baku Afisha Daviddən daimi şəhərdə həyatın incəlikləri barədə hər şeyi öyrəndi: necə qənaət etmək olar, ən dadlı pastanı harada yemək lazımdır və italyanlar sizə nə öyrədə bilər:

Özün haqqında danış: Haradan, niyə və nə vaxt Romaya köçdün?

Mən Sapienza University of Rome-da Business Management ixtisası üzrə magistraturanın birinci kurs tələbəsiyəm. Romaya mən 2017-ci ilin sentyabrında ADNSU-nu bitirdikdən bir neçə ay sonra köçdüm.

İtaliyanı mən elə-belə seçmədim. Bu ölkə 2000 illik uzun keçmişi ilə həmişə məni özünə heyran qoyub, italyan universitetləri isə boşuna Avropanın ən yaxşılarından hesab olunmurlar. Məsələn, mənim proqramım Avropada 18-ci yerdədir. Təhsil səviyyəsi və mənim ölkəyə olan sevgim qərarımı daimi şəhərdə saxladı.

İlk təəssüratların necə oldu?

Mən hələ bu şəhəri yaxından tanımadan, ilk baxışdan ona aşiq oldum, ama heç nəyə baxmayaraq sevgim hələ də davam edir! İlin 300 günü burada günəş işıq saçır və mən bunu artıq ilk aylarda, oktyabrın sonlarında şəhərdə tək qısaqolda gəzərkən, hələ də isti olduğunda hiss etdim.

Roma havası Bakı havasına çox oxşayır: sərt yay və çox yumşaq qış, mənim çox sevdiyim tək fərq isə odur ki burada demək olar, heç külək yoxdur.

Roma gecələrini hər kəs görməlidir

Gəldiyim günün ertəsi mənə Roma gecəsini göstərdilər və bu hər kəsin həyatında bir dəfə də olsa görməsi gərəkən bir gözəllikdir. Roma məndə unudulmaz təəssüratlar oyatdı və hələ də öz gözəlliyi və tarixi ilə təəccübləndirməyə davam edir.

Şəhər gözlədiklərinə cavab verdimi?

Roma gözlədiyimdən də artıq oldu. Şəhər inanılmaz gözəl, insanlar mehriban və gülərüzdürlər, hər zaman kömək etməyə, yol göstərməyə və hətta başqa yönə gedirsə belə, sizi lazım olan avtobusa ötürməyə hazırdırlar.

Buradakı parklar çox böyükdür! Romada yaşıllıq ərazi olduqca çoxdur və bu məni sevindirir. Şəhərdəki çox sayda park və ağacların sayəsində rahat nəfəs alırsan.

Şəhər öz həyatını yaşayır və bu həyata girmək lazımdır

Şəhər öz həyatını yaşayır və bu həyata girmək lazımdır: Romanın kiçik küçələrində gəzmək, küçə musiqiçilərini dinləmək, hər hansı bir meydana gedib yerli rəqqasları izləmək və onlardan bir neçə metr aralıda opera müğənnisini görmək. Romadan nə gözləsəniz də, onun dünyasına düşən kimi hər şeyi unudacaq və sadəcə bu şəhərdə zamandan həzz alacaqsınız.

Məyus olmamaq üçün şəhərdən nə gözləməməliyik?

İctimai nəqliyyatın dəqiqliyini. Əgər ictimai nəqliyyatdan istifadə etməyə qərar versəniz, onun proqramda göstərdiyi kimi (bu haqda sonra) dəqiqəsində çatmasını gözləməyin. Bu avtobus, tramvay və metroya aiddir. Əgər şəhərlər arası qatarla harasa gedirsinizsə, onda vaxtında gəlin, çünki bu qatarlar hər zaman cədvəl üzrə işləyirlər.

Romada qənaətli şəkildə yaşamaq mümkündürmü?

Roma çox bahalı bir şəhər deyil, ancaq ucuz da demək olmaz. Əgər bir neçə ay öncədən səyahət planlasanız, şəhərin önəmli yerlərinə gəzmə məsafəsində yerləşən otel və hostelləri ucuz qiymətə tapmaq olar.

Təəssüf ki, Bakıdan birbaşa reys yoxdur, ancaq Buta Airways Sofiyaya reys açıb, burada siz növbəti Roma reysinə qədər 24 saat gəzə bilərsiniz və eynilə qayıdarkən. 

Daha rahat marşrut isə Budapeşt aviaşirkəti WizzAir ilə ola bilər, gözləmə 3-5 saat çəkir. Düzgün planlamaqla hər bir şəhərə gedib, qənaətli bir şəkildə ondan həzz almaq olar və Roma da istisna deyil.

Şəhəri yaxından tanımaq üçün nə qədər vaxt lazımdır?

Roma çox böyük və qəliz bir şəhərdir. Ən önəmli yerlər bir-birinə yaxın yerləşsə də, onları balaca küçələr ayırır. Romada bir neçə ay yaşadıqdan sonra mən bir-iki yalnış döngədən sonra bilmədiyim yerlərə gedib çıxdım.

İlin hansı vaxtı getmək daha yaxşı olar?

Roma üçün ən yaxşı vaxt sentyabr-oktyabr və aprel-may aylarıdır. Yayda isə bura gəlmək lazım deyil. Ağır istilər Romadan lazım olduğu kimi həzz almağa imkan verməyəcək.

Harada yemək, yaşamaq, nəyə baxmaq və nə ilə hərəkət etmək lazımdır?

Kolizey və ya digər görkəmli yerlərdəki restoranlarda yeməyi məsləhət görməzdim, parallel küçələrə keçərək eyni yeməkləri və ev şərablarını tapa bilərsiniz. Mütləq "köhnə şəhər" Trastevere-yə gedin. Orada demək olar ki, turist yoxdur, dadlı restoranlar və geniş şərab xəritəsi olan pablar var.

Mərkəzə yaxın bir yerdə qalmaq daha yaxşıdır, çünki Roma böyük şəhərdir, hərdən şəhərin bir nöqtəsindən digərinə getmək bir saat vaxt alır. İdeal yerləşmə Termini D/Y və Via Nazionale-yə parallel küçələrdir.

Hər şeyə baxmaq lazımdır. Hər kəs Romada doğma nə isə tapacaq. Mütləq Vatikan muzeylərinə, Villa Borgeze, Panteona gedin. Çoxları elə bilir ki, Panteon muzeydir. Əslində isə dünyanın ən qədim kilsələrindən biridir, ancaq giriş ödənişlidir - bir nəfər 5 avrodan.

İctimai nəqliyyatla hərəkət etmək olar, o bütün istiqamətlərdə 24 saat işləyir. Kirayə maşın götürməyi tövsiyə etmirəm - Romada park etmə ilə bağlı böyük problemlər var. 

Roma üzrə layfhaklar?

Hər ayın ilk bazar günündə Romada bütün dövlət muzeylərinə giriş ödənişsizdir. Vatikan muzeylərinə də pulsuz getmək olar, ancaq hər ayın son bazar günündə. Əgər Vatikan muzeylərinə getməyə qərar versəniz, özünüzlə audio-bələdçi götürün: muzey çox nəhəngdir, çoxlu sayda eksponatların olduğu 200 otağı var. Audio-bələdçi istifadəsi çox asandır və təxminən 7 avrodur.

Hər kəs Romada doğma bir şey tapacaq

İctimai nəqliyyatı Moovit proqramı ilə izləmək olar. Lazım olan ünvanı yazırsınız "səyahətə başlayın" basırsınız və proqram iki dayanacaq öncədən sizə xəbər edəcək. Siz isə bütün yolu pəncərədən baxaraq , gözəl mənzərədən həzz ala bilərsiniz. Bir minus, proqram daim internetə bağlı olmağı tələb edir. Google Maps də çox rahatdır, dəfələrlə məni xilas edib.

Romanı gəzmək üçün ideal marşrut necədir?

Muzey gəzintiləri istisna olsraq, əlbəttə ki, Kolizeydən başlayırıq. Via dei Fori Imperiali-dən düşürük, hər tərəfdə musiqiçilər və rəqqaslar insanları əyləndirir, qraffitilər çəkir, canlı heykəllər isə sizlə salamlaşmaq istəyirlər.

500 metr sonra sola dönürük və Vittoriano heykəlinin arxa hissəsindən Capitol Hill-ə qalxırıq. Pavel və Peter türməsinin, Roma Forumunun yanından keçiril, Mikelancelo pilləkənləri ilə enirik. Qarşımızda Monumento nazionale a Vittorio Emanuele ilə möhtəşəm Piazza Veneziaya mənzərə açılır.

Daha sonra Via Del Corso küçəsi ilə gedirik, Trevi fəvvarəsinə dönürük, fontana 3 qəpik və Romaya qayıtmaq üçün 4 qəpik bonus atırıq! Trevidən sonra biz dar və kiçik küçələrlə gedirik, ispan pilləkənlərinə çıxırıq.

Oturub dincəldikdən sonra, Panteon istiqamətində hərəkət edirik və gəzintimiz Piazza Navonada dörd çay fəvvarəsində sona çatır.

Bu Romanın yalnızca kiçik bir hissəsidir və bir neçə saata gəzmək olar. Ancaq xatırlatmalıyam ki, Romanın gündüzü və gecəsi tamamilə fərqlidir, bu iki fərqli şəhərdir və mən hansının daha gözəl olduğunu deyə bilmərəm. İkisi də özünə aşiq edir və bu yerləri bir daha ziyarət edəcəyin fikri ilə səni yaşamağa məcbur edir.

Sevdiyin üç qəhvə məkanı?

İtaliyada qəhvə mədəniyyəti bütün dünyadan fərqlənir. Bütün şəhərdə bar piştaxtası və ya bir neçə masası olan kiçik qəhvə məkanları var. İtalyanlar gündə 6-8 dəfə qəhvə içə bilərlər və yalnız espresso içirlər. Ona görə də bu sual açıq qalır: qəhvəni hər yerdə dada bilərsiniz, keyfiyyəti hər yerdə yüksək olacaq. 

Şəhərdə nəyin dadına mütləq baxmaq lazımdır?

Pasta, pizza, lazanya, ev şərabı - demək olar ki bütün restoranlarda. Ponte Sisto körpüsü qarşısında Piazza Trilussa pilləkənlərində oturub, küçə musiqiçilərini dinləmək lazımdır.

Ən sevdiyin italyan yeməyi? Onu harada dadmaq olar?

Mən hələ Romaya gəlməmişdən italyan pastasını çox sevirdim, şablon səslənsə də, İtaliyada ən sevdiyim yemək - pasta, xüsusilə fettuçini növləridir. "Köhnə şəhər" Trastevere-də ən dadlı pastaları hazırlayırlar. Həmçinin Piazza Navonada dörd çay fəvvarəsi mənzərəsi ilə pasta və ya rizottoyla nahar etmək olar.

İtalyanlar sənə nə öyrətdilər?

Rahat olmaq və həyatdan həzz almağı.

Romadan evə mütləq nə gətirmək lazımdır?

Hərə bir şeyə üstünlük verir, ancaq soyuducu üstünə standart maqnit Roma səhayətindən sonra "must have"-dir.

4-5-6 may üçün 6 məşğuliyyət

4-5-6 may üçün 6 məşğuliyyət

Azərbaycan mətbəxi VS gözəl fiqura: Dördüncü gün

Azərbaycan mətbəxi VS gözəl fiqura: Dördüncü gün

Növbəti paylaşım
Top