04.03.19

London Calling: hər zaman lazım olacaq 8 lüğət

İnsanlar, İlham
London Calling: hər zaman lazım olacaq 8 lüğət

Baku Afisha Rivka Xripunova ilə birlikdə ingilis dilini öyrədir və sizə də məsləhət görür! Bugün Rivka bizimlə ingilis dili öyrənənlərin həyatını asanlaşdırmaq üçün faydalı resurslar paylaşacaq.

Salam, dostlar! Mən sizin üçün lüğətlər, kitablar, filmlər və seriallar siyahısını - bir sözlə ingilis dili öyrənməkdə faydalı ola biləcək hər şeyi paylaşmaq qərarına gəldim.

Sırada ilk - lüğətlərdir. Bugün internetdə hərşeyi tapmaq mümkündür, ancaq belə bir sual yaranır, onlar bizə lazımdırmı? Gəlin özümüz üçün ən yaxşılarını seçək! Hər kəsə bir qovluq açıb, lazım olan hərşeyi oraya atmağı məsləhət görürəm. Bu özüm öyrəndiyim və tələbələrə öyrətdiyim vaxtlarda mənə çox kömək olub.

Diqqət, bu siyahı təkcə ingilis dili öyrənənlər üçün deyil, müəllimlər üçün də faydalı və maraqlı ola bilər! Mən isə sizin şərhlərinizi və tövsiyələrinizi görməyə şad olaram, bəlkə də sizin artıq yeni sözlər öyrənmək üçün maraqlı resurslarınız var! Başlayaq:

  • Wooordhunt.ru - rusca-ingiliscə və ingiliscə-rusca lüğəti. Burada hərşey var: amerikan və ingilis tələffüzü, söz birləşmələri, misallar. Əla alətdir!
  • Collinsdictionary.com - bu lüğətdə bir çox sözlərin trend istifadəsi, video, tələffüz və başqa dillərə tərcümələr var.
  • Oxfordlearnerdictionaries.com - bir çox misallar, ifadələr. Bu və ya digər sözün harada və necə istifadə olunduğunu təcrübədə anlamaq olar.
  • Ldoceonline.com - lüğətin bütün gözəlliyi ondadır ki, sözlə birlikdə "word family", bir çox ifadələr, ibarələr və onların qrammatik xüsusiyyətləri verilir. 
  • Merriam-Webster.com - məşhur amerikan lüğətlərindən biridir, qəzet, kitab və internetdən çox sayda nümunələr var.
  • Thefreedictionary.com - qısaltmalar və idiomlar lüğəti, olduqca ətraflı yazılıb! Burada tibbi və hüquqi sözlər lüğəti də tapmaq olar.
  • Abbyy.lingvo - bu ingiliscə-rusca lüğətdir, ödənişli X6 versiyası var, ancaq inanın, buna dəyər. Hüquqi, tibbi və elmi terminologiya, çox sayda söz birləşmələri var. 
  • Macmillandictionary.com - sözlərin ətraflı nümunələrlə qısa izahı. Həm ingilis, həm də amerikan versiya ilə işləmək olar.
2-3 mart üçün 5 məşğuliyyət

2-3 mart üçün 5 məşğuliyyət

Nə görürsən: incəsənətdə simvollar

Nə görürsən: incəsənətdə simvollar

Növbəti paylaşım
Top