#WINTER
01.02.19

Görüş yerini dəyişmək olmaz: barmenlər günü

İnsanlar, Qida
Görüş yerini dəyişmək olmaz: barmenlər günü

Baku Afisha bar mədəniyyəti uğrunda mübarizə aparır və onun haqda ən maraqlı şeyləri danışır! Biz artıq F&B Brothers şirkətinin qurucusu Elmar Bağırovdan ev şəraitində alkoqolu necə qarışdırmaq haqda soruşmuşuq, bütün dünya bartenderlərindən müsahibələr almışıq, Buddha Bar Bakunun bar-meneceri Rüfət Mehdiyevdən bayram masasına hansı içkiləri almaq haqda soruşmuş və barledi ilə danışmışıq.

6 fevral bütün dünyada ən yaxşı söhbət yoldaşları, psixoloqlar və alko-ekspertlərin bir flakonda birləşməsi - barmenlərin gününü qeyd edirlər. Yaxınlaşan bayram şərəfinə Buddha Bar Bakıya Moskvada "Китайская грамота", "Black Thai", "Духless", "Южане", "Hong Kong" restoranlarının şef-bartenderi kimi məşhurluq qazanmış istedadlı miksoloq Vasiliy Jeqlov gələcək. 


Emin ƏliyevPinbar resurslarının dəstəyi ilə keçirilən tədbirdə - Vasiliy bar sektorunu inkişaf etdirmək məqsədi ilə "Avanqard texnikalar və müasir tendensiyalar" mövzusunda təcrübəli barmen və ya həvəskar olmasından asılı olmayaraq istəyən hərkəsə master-klass keçirəcək. Öncədən bütün işlərinizi sonraya saxlayıb, çərşənbə axşamını Buddha Barda keçirməyi tövsiyə edirik!


Axşamın proqramı:

  • "Avanqard texnikalar və müasir trendlər" master klassı – 17:00
  • Gestbartrendinq – 21:30

Əgər birdən 6 fevralı Bakıda deyil, məsələn, Moskvada, Piter və ya Tbilisidə keçirsəniz, bizim ən yaxşı barlar üzrə marşrutların olduğu xəritələrimizi mütləq yükləyin.


Карта: 5 коктейль-баров Тбилиси

1-2-3 fevral üçün 8 məşğuliyyət

1-2-3 fevral üçün 8 məşğuliyyət

Nə dinləyək: Parcels

Nə dinləyək: Parcels

Növbəti paylaşım
Top