10.05.19

Sevgi ilə xatirə: qeyri-adi suvenirləri olan 8 instaqram mağazası

Məkanlar, Stil, Ast&Musiqi, İlham
Sevgi ilə xatirə: qeyri-adi suvenirləri olan 8 instaqram mağazası

İllüstrasiya: Victoria Semykina

Əgər hələlik yeni bir şey almaq planınız yoxdursa belə, vintaj mağazalara, qeyri-adi suvenirlərə və yerli brendlərə baxmağa dəyər. Bu cür şopinq şüurlu istehlaka ən yaxın olması ilə yanaşı, həm də unikal bir əşya tapmaq imkanıdır. Baku Afisha redaksiyası nadir və orjinal əşyaları rahatlıqla tapa biləcəyiniz onlayn mağazaların siyahısını hazırlayıb. 

SATTAR.

Hər bir özünü sevən dəbli xanımın qarderobunda mütləq bir dənə də olsa milli ornamentli aksesuar olmalıdır. Əgər sizdə hələ də yoxdursa, təcili SATTAR-a gedin. Onların çantaları öz şarm və gözəllikləri ilə istənilən obrazı tamamlayacaqlar.

BYJABA

Güzgülər haqqında müxtəlif fikirlər var, məsələn, fen-Şu müəllifləri öz problemlərinin həlli üçün istifadə edirlər, başqaları isə əksinə, istifadə etməməyi məsləhət görürlər. Biz hesab edirik ki, güzgülər - evi dəyişdirməyin və interyerə gözəllik qatmağın ən yaxşı variantıdır. Azərbaycan xalça elementləri ilə bir çox növ güzgüləri isə BYJABA-dan tapa bilərsiniz.

Azerbaijani Socks

Azerbaijani Socks təbii yundan əl işi corabları bu işdə əsl ekspert - analar və nənələr toxuyurlar! Sevgi ilə toxunan corablar təkcə ayaqlarınızı deyil, ruhunuzu da isidəcək. Çünkir onlar hamısı unikaldır və içində insan istiliyi və sevgisi var.

MALYBEILI

Eyni tonlarda və tiplərdə olan mətbəx əşyalarından bezdiniz? Onda mütləq MALYBEILI-yə baxmalısınız. Kiçik rəngli naxışlar və ağacın birləşməsi sizi laqeyd qoymayacaq və mətbəxinizə rəng qatacaq.

SALAMAKHINA

SALAMAKHINA öz hekayəsi və rəng əhvalı olan əlvan və koloritli əşyalar yaradır. Onlar milli yaradıcılıq elementlərini əsas kimi götürüblər və bugünün ritmində və dəb tendensiyasında ona xüsusi görünüş veriblər.

Zili_Azerbaijan

Kim deyir ki, şamları ancaq xüsusi hadisələrdə yandırmaq lazımdır? Rahatlıq və sakitlik ab-havasını hər zaman yarada bilərsiniz. Milli ornamentli Zili_Azerbaijan şamdanları isə evinizdə romantik şərait yaratmaq üçün lazım olan hərşeyi verəcəklər. 

DASTAN

Zərgərlik əşyaları həmişə diqqəti cəlb edir, deməli gözəlliyinizi vurğulamaq üçün bu əla üsuldur. DASTAN-ın hər bir işi unikal və eleqantdır. Onların kolleksiyalarında siz hər cür hadisəyə uyğun olanını tapacaqsınız. 

Baku Corner

Baku Corner-də istedadlı Azərbaycan masterləri tərəfindən hazırlanmış ənənəvi ornamentli əşyalar təqdim olunub. Onların konsepsiyasında əsas məqsəd yerli və xarici masterlərin incəsənət əsərlərini satmaq üçün bir platformanın yaradılmasıdır.

 İNCƏSƏNƏT VƏ HOLOKOST: ŞARLOTTA SALOMON

İNCƏSƏNƏT VƏ HOLOKOST: ŞARLOTTA SALOMON

Köhnə və təzə: Bakıda 15 açıq terras

Köhnə və təzə: Bakıda 15 açıq terras

Növbəti paylaşım
Top