#WINTER
08.01.19

Bir dəqiqə dincəlmirik: Smartfonu əlimizdən necə buraxaq

İlham
Bir dəqiqə dincəlmirik: Smartfonu əlimizdən necə buraxaq

İllüstrasiya: Kenzo Hamazaki

Biz bütün dünya dillərində istədiyimiz məlumatı bir kliklə ala bildiyimiz, qlobal məsələlərin kabinetlərdən Facebook və Twitter bloqlarına keçdiyi, İnstagramın isə tanışlıq saytları və TEd Talks-u əvəz etdiyi inanılmaz bir dünyada yaşayırıq. İstəsək də, istəməsək də internet bizim həyatımıza təsir edir və dünyaya baxışımızı dəyişir. Biz telefonu 5 dəqiqəlik əlimizə götürürük, ancaq bir saat sonra kənara qoyuruq. Belə bir zaman tələsindəyik. Ondan qurtulmaq üçün aşağıdakıları oxuyun:

Ağ-qara

İOS 8 çıxması ilə iPhoneda meydana gələn monoxrom rejim yuxudan öncə dayanmadan lenti çevirmək adətini dəyişməyə kömək edə bilər. Alimlərin fikrincə, cəzbedici rənglər olmadıqda, beyin ekranda baş verənlərə marağını daha tez itirir, nəyinki maraqlı şəkillərə baxdığı zaman. Ağ-qara rejimi aktiv etmək üçün,  «Parametrlər» — «Əsas» — «Universal giriş» — «Displey adaptasiyası» açın. «İşıq filtrləri» bölməsinə keçin və aktiv edin. «Bozun tonları» adlı filtr açılacaq. Əgər başqası açılsa, lazım olanı özünüz seçin. 

Zaman haraya gedir

İPhoneda İOS 12 yeniləməsindən sonra «ekran zamanı» adlı əla bir funksiya gəldi. Bu bizə qacetdə istifadə olunan tətbiqlərin tam statistikasını verir. Üç gün özünüzü izləyin və başa düşəcəksiniz ki, (böyük bir ehtimal ki, dəhşətə gələcəksiniz) bir devays nə qədər dəyərli vaxtınızı alır. Nəticəni 30-a vurun və itirdiyiniz vaxta nə qədər şey edə biləcəyinizi anlayacaqsınız. Məsələn, sevdiyiniz xobbi ilə məşğul olmaq, idman etmək və ya qonşu şəhərə gedib-gəlmək.

Narahat etməyin

Ekrana çıxan bildirişlər - beynimizin əsas düşmənlərindən biridir və dopamin və serotonin axtarışında ən son qoyduğumuz bir fotoşəkilin altında yeni bir layka diqqətimizi çəkir. Aşağıdakı tətbiqləri gizlət:

  • Telegram - çox sayda insanların olduğu qrup və kanalları Mute edin.
  • Whats App - əgər bir çox qrupda varsınızsa və orda nə vacib məsələlər, nə də iş tapşırıqları müzakirə olunmursa, bildirişləri gizlədin.
  • İnstagram - paylaşımlara qoyulan layklar və yeni storilər haqda bildirişləri bağlayın, həm də sizi əsəbləşdirən paylaşımlar edən akkauntları artıq izləməyin.
  • Facebook - Uzaq tanışları və mübahisəli olduğunuz insanları silin və profil şəkillərinin dəyişməsi haqda bildirişləri bağlayın.
  • Poçt - düz bir ildir ki, açmadığnız məktubların göndərilməsindən imtina edin.

Aviarejim

Özünüzə komendant saatı təşkil edin - saat 22:00-23:00-dan sonra wi-fi bağlayın. Yuxudan yarım saat öncə telefonu əlinizə almamağa çalışın. Yuxunuzu tam aldığınızı görəcəksiniz. Bu qaydanı səhər üçün də uyğunlaşdırmaq olar - günə telefonla başlamayın. 

Tam detoks

Həftədə bir gün seçin (həftə sonu olsa daha yaxşı olar) və smartfonunuzu yalnız telefon kimi istifadə edin. İstər inanın, istər inanmayın, ancaq bir gün messencerlərdəki çatlara girməsəniz dünya tərsinə dönməyəcək. Əgər kiməsə vacib lazım olsanız, mütləq sizə zəng edəcəklər.

Xəritə: Tbilisidə 5 kokteyl-bar

Xəritə: Tbilisidə 5 kokteyl-bar

Evdə hava: Ətrafımızı səliqəyə salırıq

Evdə hava: Ətrafımızı səliqəyə salırıq

Növbəti paylaşım
Top