#WINTER
27.11.18

Yeniliklər: Hansı filmləri izləyək?

İnsanlar, İlham
Yeniliklər: Hansı filmləri izləyək?

Popkorn ətri, kassada növbələr və qonşu oturacaqdakıların şərhləri. Qarışıq iş günlərində yeni filmləri görməyə vaxtınız olmur? Cellar Door Telegram kanalın müəllifi və Bakı memarlığının mobil fotoqrafı - Alla Polonskaya sizi aylıq afişalarla tanış edəcək.

Payız öz yerini qışa təslim edir və artıq haralardasa ABBA eşidilir. Ancaq yeni il qabağı mağazaları gəzməyə hələ var, ona görə də mən sizinlə noyabr və dekabrda kinoteatrlarda izləyə biləcəyiniz filmlər siyahısını paylaşacam.

Robin Hud: Başlanğıc

Şervud meşəsinin baş xeyirxahı Robin Hud Otto Bathörstün "Robim Hud: başlanğıc" filmində doğma torpaqlarının firavanlığı üçün yenidən savaşacaq. Rejissorun "Kəskin zirvələr" və "Qara güzgü" filmləri bu filmin də izlənəcəyinə ümid verir.

Ekranlarda: 29 noyabrdan

Akvamen

DC kainatı komiks qəhrəmanları və fanatların göz yaşları filmlərilə kainatı böyütməyə davam edir. Bu dəfə dənizin dərinlikləri ilə yaxından tanış olacağıq. Baş qəhrəman - Artur Karri - mayak işçisi Tom Karri və Atlanna adlı bir qadının oğludur. Biz məhz adi oğlanın super gücləri olan yeddi dənizin hökmdarı Akvamenə çevrilməsini izləyəcəyik. Biraz da Momoma tatularını.

Ekranlarda: 20 dekabrdan

Vəhşi şəhərlərin günləri

Əgər siz postapokaliptik dünya üçün darıxmısınızsa və yumruqlu yaxşılığa sentimental hisslər bəsləyirsinizsə "Vəhşi şəhərlərin günlərində" qəhrəmanlar bizə yeri örtən apokalipsisdən miras qalmış nəhəng hərəkət edən meqapolislərin güclü dünyaları ilə mübarizəni göstərəcəklər.

Ekranlarda: 13 dekabrdan

Bamblbi

Avtobotların ən xarizmatiki də soloya layiqdir. "Son cəngavər"in təsiri soyumadan Bamblbi haqda iki saatlıq hekayəni "Kubo. Samuray haqda əfsanə" müəllifi Trevis Nayta əmanət etdilər. Şəkil, partlayan yerin fonunda avtobot və deseptikonların sonsuz savaşları haqda françayzı yenidən başlamasına yönəlib və Çarlinin Kaliforniyada tullantıların arasında qırılmış və məhv olmuş Bamblbini tapdığı 1987-ci il hadisələri haqqında danışacaq. Françayzdan sadiq fanatların gətirdikləri puldan başqa nə gözləmək lazım olduğunu bilmirəm və hər ehtimala qarşı həyəcanlanıram. Xüsusilə də transformerimizin dəbdəbəli Kamarodan Volksvagen Juka evolyusiya etməsi şübhəli bir qərar kimi gəlir. Şəxsi heçnə yoxdur.

Ekranlarda: 20 dekabrdan

Hörümçək adam: Kainat vasitəçiliyi


Marvel kainatının ən məşhur qəhrəmanlarından biri cizgi filmi formatında çıxır! Burada elə sevinirəm ki, heyf siz məni görmürsünüz. Əgər Piter Parker artıq hər şeydə özünü təsdiqləyibsə, düşünün ki, artıq müxtəlif yerlərdə ayrı-ayrı insanlar da bu cür bacarıqlara sahibdirlər və super qəhrəman geyimini artıq hər kəs geyinə bilər!

Ekranlarda: 20 dekabrdan

Elliot

Arzular elə-belə həyata keçmir, bunu hamı bilir. Xüsusilə də hər şeydə başqalarından geri qaldıqda bu daha pis olur. Yeni il də hər şeyin alınması və həyata keçməsinə görə xüsusi bir bayramdır. Santa Klausun marallarından biri olmaq istəyən atın bayram hekayəsi bir şeyi çox istəsəniz mürtləq olacağını xatırladır!

Ekranlarda: 29 noyabrdan

Qrinç

Siz 31 dekabrı bütün hədiyyələrlə qarşılamağa hazırsınız? Tezliklə ən parlaq, əyləncəli və səs-küylü vaxtlar gəlir və o deməkdir ki, köhnə yaşıl dostumuz yenə əhvalımızı pozmağa çalışacaq.

Ekranlarda: 27 dekabrdan


6 ən yaxşı səhər yeməyi məkanı

6 ən yaxşı səhər yeməyi məkanı

DƏBDƏyəm: 2018-2019 Payız/Qış #streetstyle trendləri

DƏBDƏyəm: 2018-2019 Payız/Qış #streetstyle trendləri

Növbəti paylaşım
Top