08.04.19

Çox az qalıb! Formula-1 haqqında nə bilirsən?

İnsanlar, Məkanlar, İlham
Çox az qalıb! Formula-1 haqqında nə bilirsən?

Əməkdaşlıq materialı

Formula 1 yarışları - bütün dünyada ən məşhur yarışlardır. 

Milyonlarla azarkeş planetin  19 ölkəsinin yollarında mühərriklərin səsi və bu möhtəşəm mübarizəni heyranlıqla izləyirlər. Hər bir yarış Formula 1 fanatları üçün oraya düşmənin böyük xoşbəxtlik olduğu əsl şoudur. Baku Afisha redaksiyası PASHA Travel ilə birlikdə Formula 1 dünyasından maraqlı və qeyri-adi faktlar toplayıb. 

Arıqlamağın ekstremal yolu

Formula 1 yarışçıları həddindən artıq yorğunluqdan 4 kiloqramdan çox çəki itirə bilirlər. Üstəlik onları susuzlaşma da gözləyir, ona görə onlar günə 6-8 litr su içirlər.

Kişi idman növü

İnsanların çoxu Formula 1-i kişilərə aid bir idman növü hesab edirlər. Yarış qaydalarında pilotun cinsiyyətinə aid heç bir söz yoxdur. Bütün Formula 1 tarixində 5 qadın iştirak edib. Böyük uğur qazanmış qadın yarışçı 1975-cu ildə İspaniya Qran-Prisində 6-cı yeri qazanan İtaliyadan Lella Lombardini olmuşdur.

Maşınların xüsusiyyətləri

Formula 1 bolidi (avtomobil) 80 000 detaldan ibarətdir. Onun çəkisi yarım tondur, orta sürət isə 300 km/saatdır.

Möhtəşəm yarışçılar

Bütün Formula-1 tarixi boyunca Mixael Şumaxer 212 yarışda qələbə qazanıb. Xuan Manuel Fanxio isə sübut edib ki, 46 yaşında da (ən maksimal qalib yaşı) çempionatı qazanmaq olar. Ən gənc kubok sahibi isə Yeni Zelandiyalı Mayk Tekvell (19 yaş) olmuşdur.

Nömrə 13

Formula-1 yarışçılarına nömrələri komandanın keçən ilki yarışdakı mövqeyinə görə verirlər. 13 nömrə isə heçkəsə verilmir.

Özləri gedirlər

"Formula-1" komandasının dünya üzrə səyahət etdiyi yükün orta çəkisi 28 tondur. Buraya təkcə bolidlər və onların ehtiyat hissələri deyil, qarajlar və "motorhom" montaj komponentləri olan bir neçə yük maşını da daxildir. Bu cür "motorhoma" 140-dan çox qonaq yerləşə bilər.

Kostyum

Pilotun yanğına davamlı kostyumu 40 saniyə açıq alova dayana bilər.

"Azərbaycan Qran-prisi"

  • 2016-cı ildə Bakıda ilk qalib Niko Rosberq oldu, ancaq o vaxt "Avropa Qran-prisi" adlandırılırdı.
  • Bakı yarış yolunun ümumi uzunluğu 6 006 metrdir və bu göstəricilərlə Spa-Frankorşampdan (Belçika) sonra ikincidir.
  • "Azərbaycan Qran-prisi" saat əqrəbinin əks istiqamətində keçirilir.
  • Bakıda əsas düz yolun uzunluğu - 2,1 kmdir. Bu Formula 1 təqvimində ən uzun düz yoldur.
Digital Garage: Startap Fabriki SIL

Digital Garage: Startap Fabriki SIL

Baku Fashion Expo 2019 – niyə ölkənin ən iddialı Dəb tədbiridir?

Baku Fashion Expo 2019 – niyə ölkənin ən iddialı Dəb tədbiridir?

Növbəti paylaşım

Oxşar paylaşımlar

Top