#WINTER
09.01.19

Evdə hava: Ətrafımızı səliqəyə salırıq

Stil, İlham, Qış
Evdə hava: Ətrafımızı səliqəyə salırıq

İllüstrasiya - Michelle Mildenberg

Dərin təmizlik gec və ya tez hamının həyatında olur. Qarışıq şkaflar, kiloqramla tozlar və bir neçə metr çeklər uzun aylar bizim gözümüzdən gizlənərək mənzili zəbt edirlər. Bütün artıq şeyləri atmağa başlamadan öncə özünüzü təmizlik prosesinə hazırlamaq, onu maksimal dərəcədə tez etməj və istənilən mənzili geri dönmək istəyəcəyiniz bir evə çevirmək üçün bizim məsləhətlərimizi oxuyun.

Lazımsız əşyalardan xilas oluruq. Köhnə və yaddan çıxan əşyalar - öz yükü ilə bizi geriyə çəkən keçmişdir. Orada ilişib qalmağa dəyməz. Bütün evdəki lazımsız əşyaları bir anda toplamaq mümkün olmaya bilər, xüsusilə də əgər siz "Təcrübə" qutususunuz və çox əşyanız varsa. Heç olmasa nədənsə başlamaq vacibdir. Məsələn, həftə sonu bütün geyimlərinizi ayırın. İnsanlıq üçün kiçik olan bu addım sizin arzularınız üçün böyük addım ola bilər.

Gizli şkaflardakı qarışıqlığı həll edib, görünənlərə keçirik: təəssüf etmədən bizi narahat edən və gözümüzə batan hər şeyi zibil qabına atırıq. Evdə üfüqi səthlərə diqqətli baxın - geometrik xüsusiyyətlər səbəbindən məhz onlar müxtəlif forma və ölçüdə əşyaları özlərində toplayırlar. Pəncərə önləri, mətbəx masasının üstü, soyuducunun üstü, komodlar, masalar, açıq rəflər, stullar, kreslolar və divanlar zaman keçdikcə müxtəlif aksesuarlar, alətlər və geyimlər üçün yerə çevrilə bilər. Tapdığınız hərşeyi toplayın: bütün lazımlı və yadigar əşyaları öz yerlərinə qoyun (məsələn, sənədlər və uşaqlıq şəkilləri), əşyaların hamısını özünə aid yerə qoyun (məsələn, açarların yeri yataq otağı və ya mətbəx deyil, koridorda saxlayın) və aktuallığını itirmiş əşyalardan da qurtulun (məsələn, vaxtı keçmiş biletlərin çap surəti). Lazımsız əşyaların yerinə əlvan yastıqlar, yeni vaza və ya şəkil çərçivələri qoyun - hər hansı bir səth və ya rəf gözəl göründükdə biz ora artıq nə isə qoyub mənzərəni korlamaq istəmirik.

Özünüzə və yaxınlarınıza doğru vərdişlər seçin. Əşyanı istifadə etdikdən dərhal sonra öz yerinə qoyun. Bilirik, asan səslənsə də, bunu etmək çox da asan olmur. Bir həftə ərzində özünüzlə mərcə girin ki, əşyaları istifadədən dərhal sonra yerlərinə qoyacaqsınız. Görəcəksiniz ki, çox zaman bunu etmək bir neçə saniyənizi alır.

Mənzilə kənardan baxın. Hər bir otağın interyerini çəkin, şəkillərə baxın və nəyi bəyənmədiyinizə və ya nəyin sizə mane olduğuna qərar verin. Bəlkə siz kreslonu qarşı küncə qoymaq istəyəcək və ya komod üzərindəki aksesuarların ümumi interyerlə uyğunlaşmadığını görəcəksiniz. 

Mənzili qaydaya saldıq - indi beynimizdəkiləri qaydaya salırıq. Özünüzə söz verin ki, işləri sona çatdıracaqsınız. Ertələdiyiniz iş görüşləri, dostlara verib, əməl etmədiyiniz sözlər, yarım qalmış layihələr - üstünüzə yük toplamamağa çalışın və onları zamanında edin. Yadda saxlayın, sizin başınız məlumatları qəbul edən bir avtomat deyil - planları kağıza və ya telefona yazın və həll etdikcə üzərindən xətt çəkin. Özünüzü kiçik hədiyyələt və diqqətlə mükafatlandırın.

Saydığımız addımları etdikdən sonra özünüzü sakit və rahat bir limanda hiss edəcəksiniz. Ev də məhz belə olmalıdır.

Bir dəqiqə dincəlmirik: Smartfonu əlimizdən necə buraxaq

Bir dəqiqə dincəlmirik: Smartfonu əlimizdən necə buraxaq

11-12-13 yanvar üçün 10 məşğuliyyət 0

11-12-13 yanvar üçün 10 məşğuliyyət 0

Növbəti paylaşım
Top