#WINTER
21.12.18

Bayram gəlir: Səyahətçilər üçün hədiyyələr

İlham, Qış
Bayram gəlir: Səyahətçilər üçün hədiyyələr

Statistikaya görə 86 % insanlar hədiyyə almağı son ana qədər ertələyirlər. Bizim redaksiyamız buna qarşıdır, ona görə də biz hətta Yeni ildə belə yaxınlarınız və dostlarınız üçün hədiyyə axtarışını asanlaşdırmaq üçün siyahı hazırlamışıq. Bu dəfə biz səyahət etməyi sevənləri nə ilə sevindirə biləcəyimiz haqda düşündük.

Tourist Box

Gift bokslar - hər zaman praktik hədiyyələrdir. Əgər dostunuz tez-tez gəzintilərə çıxır və ya böyük qayaları kəşf etməyi arzulayırsa ona gənc turist dəsti hədiyyə edin. Bu əl işi olan taxta qutunun içində termos, kürək, cib kompası, stəkanlar, çanta, yağışlıq və mismarçəkən var.

Qiymət: 129 manat

Kamera və ya smartfon üçün ştativ 

Doğma səyahətçinizin səyahətləri haqda hesabatın İnstagramda daha əlvan və maraqlı olması, üstəlik yoldan keçənlərdən onu çəkmələri üçün xahiş etməsinə ehtiyac buraxmayan bir şey hədiyyə edin. Ştativlər müxtəlif ölçülərdə və müxtəlif cihazlara (kamera/smartfon) uyğun olur, ancaq əsas odur ki, bütün modellər çoz az yer tutur.

Qiymət: 273 manat

Airbnb təəsüratları

Airbnb apartment kirayə xidməti nəyinki mənzilləri bron etmək, həm də onları təəsüratlar saytından almağı təklif edir. Axı yeni bir ölkədə həyat haqqında sizə yerli sakindən daha yaxşı heç kim göstərə və danışa bilməz. Modelləşdirmə və ya rəsm dərsləri, milli yeməklər üzrə master-klasslar, ekskursiyalar və qeyri-adi fotosessiyaları adətən Airbnb-də mənzilləri olan adi şəhər sakinləri təklif edirlər. Airbnb-də qeydiyyatdan keçmək və "Təəsüratlar" bölümünü seçməklə bu cür hədiyyə almaq olar.

Qiymət: təşkilatçının təəsürat və qiymət siyasətindən asılıdır

Skretç-xəritə

Əgər səyahətçi dostunuz və ya rəfiqəniz səyahətlərdən çoxlu suvenirlər gətirib, öz otaqlarınız və ya mənzili dekor etməyi sevirsə, onda onlar mütləq bu qeyri-adi dünya xəritəsini bəyənəcəklər. Onun üst qatı qəpiklə silinə bilir və bununla da səyahətçiyə yeni ölkələrə bilet almaq üçün ilham verir. 

Qiymət: 19-29 manat

Fotoaparat Fujifilm İnstax Mini

Bu miniatür kamera anında kadr tutmağı sevən hər kəs üçün əla hədiyyə olacaq. 90-cı illər nostaljisi yaşayan və səyahətlərdə 10 kadra sığa bilən hamıya hədiyyə edə bilərsiniz.

Qiymət: 165 manatdan

Portfel çanta

Rahat və geniş çanta - hər bir səyahətçinin və aktiv həyat tərzini sevənlərin masthevidir. O əlləri azad edir və uzun müddət artıq yüksüz hərəkət etmə imkanı yaradır. @vurgunleather-dan poçtalyon çanta bir atəşlə iki dovşanı birdən vurur - həm çox dəbli görsənir, həm də qızlara da, oğlanlara da çox yarashır.

Qiymət: 400 manat

Şəhər turu

Sevdiyiniz səyahətçi uzun zamandır ki, işlərin çoxluğundan ölkədən kənara çıxa bilmir? Elə edin ki, o doğma Bakıda özünü turist kimi hiss etsin - şəhərin sarayları üzrə tur sifariş edin və şəhərə yeni baxışlarla baxın.

Qiymət: 8 dollar

Xoş izləmələr: 7 yeni il filmi

Xoş izləmələr: 7 yeni il filmi

Növbəti paylaşım
Top